13 yan 18:38olke

Ayxan Abbasov baxışda olanları bəyənməyib

Ayxan Abbasov baxışda olanları bəyənməyib
“Son anda gerçəkləşən keçidlər çox vaxt özünü doğrultmur”
Qarşılaşma başa çatandan sonra Ayxan Abbasova yaxınlaşıb həm təlim-məşq toplanışının birinci mərhələsi haqda fikilərini öyrəndik, həm də bizi maraqlandıran başqa suallara cavab tapmaq çalışdıq.
- Nəticə ürəkaçan oldu, bəs oyun planında ilk yoxlama görüşündən razı qaldız?
- Mənim üçün bu görüşdə nə nəticə maraqlı idi, nə də komandamdan parlaq oyun gözləyirdim. Heç futbolçularımdan belə tələbim də yox idi. Komanda yanvarın 4-dən bir araya gəlib və bu müddətdə 6 məşq etmişik. Bilirdim ki, hamısı ağır fiziki çalışmalardan sonra çox yorğundu. Bu gün isə komanda səhər də məşq etmişdi. “Şüvəlan”la qarşılaşmada əsas məqsəd oyunçuların fiziki yükləmələr fonunda necə təsir bağışladığını görmək idi. Futbolçulara bəzi tapşırıqlar verilmişdi. Matç ərzində ara-sıra onları gördük. Ümumi götürəndə belə soyuq havada komandanın çıxışından razı qaldım. Ancaq hələ çox işləməli, çatışmazlıqları aradan qaldırmalıyıq.
- Bu oyunda komandanın bəzi aparıcı futbolçuları – Aleksey İsayev, Mehti Cənnətov, Əfran İsmayılov, Atilla Yıldırım, Əli Babayev və Elvin Məmmədovu nə meydanda gördük, nə də düşərgədə. Onların komanda ilə birgə olmaması nə ilə bağlıdı?
- Ölkə kənarında yaşayan və bəzi yerlilər məndən icazə alaraq təlim-məşq toplanışına bir gün gec qoşulmuşdular. Onlara iki gün artıq istirahət etmək hüququ vermişdik. Hazırlığa gec başladıqlarından tam hazır deyillər. Bu gün meydanda gördüyünüz oyunçular isə əvvəlcədən tərtib olunmuş proqrama uyğun məşq ediblər. Bu məqamı nəzərə alıb adını qeyd etdiyiniz futbolçularla bağlı risk etməyi lazım bilmədim. Hazır olmayan futbolçunun zədə almaq ehtimalı yüksək olur. Onlar bu gün fərdi məşqlərlə kifayətləniblər. Türkiyədə isə hamı bir yerdə hazırlaşacaq.
- Premyer-liqanın əksər klubları artıq bir neçə transfer həyata keçirsə də, “Sumqayıt” yalnız iki qolkiperlə güclənib. Sizə elə gəlmir ki, bu məsələdə gecikirsiz?
- Sizi inandırım ki, bu məsələ istər klub rəhbərliyini, istərsə də məşqçilər korpusunu çox narahat edir. Gecə-gündüz futbolçu axtarışındayıq. Kor-təbii transfer etmək istəmirik. İstəyirik ki, “Sumqayıt”ın iddiasına uyğun oyunçu ilə anlaşaq. Transfer söhbəti çox həssas məsələdi. Ona görə də tələsik addım atmaq fikrimiz yoxdu. Yalandan transfer adı ilə özümüz-özümüzü aldada bilmərik. Qısa vaxtda iki-üç futbolçu dəvət edək və hamıya da deyək ki, biz yeni oyunçularla güclənmişik. Bəs sonra? Qarşıda bizi daha çətin çempionat oyunları, ölkə kubokunun yarımfinalı gözləyir. Yüz ölçüb, bir biçdikdən sonra qərar verəcəyik. Hazırda bəzi variantlar üzərində işləyirik. Maraq dairəmizdə olan və bizə kömək edə biləcək bir neçə futbolçu ilə söhbət edirik. Sevindirici haldı ki, danışıq apardıqlarımız Azərbaycana və “Sumqayıt”a gəlməkdə maraqlıdılar. Ancaq müqavilə ilə məxsus olduqları klublar onlara problem yaradır. Rəhbərliyimiz bununla bağlı işləri davam etdirir, danışıqlar gedir.
- Qeyd etdiz ki, tələsib yanlış transfer etmək istəmirik. Ancaq bir məsəli də unutmaq olmaz: bu gün tezdi, sabah gec. Komandaya yeni qoşulan futbolçunun özünü göstərməsi, yerli mühitə uyğunlaşması müəyyən vaxt aparır. Bu üzdən transferlər nə qədər tez gerçəkləşsə, bir o qədər effektli olar.
- Çox istərdim bir məqama diqqət yetirəsiz. Fikir vermisizsə, premyer-liqanın başqa klubları da transfer məsələsində bir qədər ehtiyatlı davranır. Halbuki onlar bu məsələdə bizdən bir addım öndədilər. “Sumqayıt”dan fərqli, o biri 7 kluba legioner transfer etmək olar. Biz isə ancaq yerli futbolçularla güclənə bilərik. Onlar da heyətə yeni oyunçu cəlb etməkdə çətinlik çəkirlər. Həqiqətən qışda transfer etmək çətindi. Çünki baxdıqlarının 90 faizi mövsümün ilk yarısında klublarında oynamayanlardı. Ona görə də hər hansı oyunçunu heyətə cəlb edərkən bir qədər riskli addım atmış olursan. Düşünürəm ki, Antalyada olduğumuz müddətdə də son iki oyuna kimi transfer oldu-oldu, olmadı, yola elə indiki heyətlə davam edəcəyik. Son anda kerçəkləşən keçidlər çox vaxt özünü doğrultmur. Həmin futbolçulara azı 2 həftə vaxt tələb olunur ki, formaya düşsünlər, komandanın oyun fəlsəfəsinə uyğunlaşsınlar. Maraq dairəmizdə olan oyunçularla bağlı bütün suallara bir həftə ərzində nöqtə qoyulmalıdı.
- Antalyada qarşılaşacağınız komandaları özünüz seçmisiz, yoxsa oyunları təşkil edən şirkət ancaq bu klublarla qarşılacağınızı bildirib?
- Yoxlama görüşləri elədi ki, komandanın hazırlıq planına uyğun gəlməlidi. Bu tək bir komandanın istəyi ilə alınan məsələ deyil. Qarşılaşmaq istədiyin rəqibin də həmin gün oyun keçirmək istəyi olmalıdı. Biz də ilk gündən çalışdıq ki, planımıza uyğun olan günlərdə güclü rəqiblərlə qarşılaşaq. Bilirsiz ki, “Vardar” Makedoniyanın aparıcı klublarındandı, Bosniya və Hersoqovina təmsilçisi “Çelik” öz çempionatında qış fasiləsinə ikinci pillədə yollanıb, “Jetısu” da zəif rəqib deyil. Yəni bizə təklif olunanlar arasından ən güclüləri seçmişik.
- Məndə olan bilgiyə görə, Bələkdə Zaqreb “Dinamo”su ilə görüşmək şansınız olub. Ancaq imtina etmisiz. Səbəbini bilmək istərdik.
- Bəli, belə variant var idi. Ancaq planımızda bir dəfə dəyişiklik etdiyimizdən, növbəti dəfə bu addımı ata bilməzdik. Çünki orda keçirəcəyimiz və razılıq verdiyimiz qarşılaşmaların arasında minimum iki gün vaxt olmalıdı. Heyətimiz elə də geniş deyil ki, bu məqama göz yumaq. Bu səbəbdən qarşı tərəfin istəyinə “yox” dedik.
- Bu gün meydana çıxanlar arasında baxışda olan Valeh Seyidov və Mirkamil Haşımlı da var idi. Onlar barədə nə fikirdəsiz? Bu futbolçularla müqavilə bağlayacaqsız?
- Bu barədə məşqçilər korpusu ilə danışıb müzakirələr apardıqdan sonra fikrimi bildirəcəm. Onların da ideal formada olmadıqlarını bilirik. Buna baxmayaraq, hər ikisi özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Təəssüf ki, bizim də vaxtımız çox azdı. O durumda deyilik ki, hansısa futbolçunun formaya düşməsini gözləyək. Şəxsi fikrimə gəlincə, hər ikisinin potensialı var, lakin bu gün bizim komandada rəqabət aparacaq səviyyədə deyillər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar