13 yan 18:36olke

“Sumqayıt” ikinci yarıda coşdu

“Sumqayıt” ikinci yarıda coşdu
“Sumqayıt” təlim-məşq toplanışının birinci mərhələsini dünən keçirilən yoxlama görüşü ilə başa vurdu. Ötən sayımızda xəbər verdiyimiz kimi, “kimyaçılar”ın rəqibi birinci divizion təmsilçisi “Şüvəlan” idi. Xatırladaq ki, matç yığmaların Mərdəkandakı təlim-tədris bazasının 3-cü meydanında baş tutdu. “Ağ-göylər”in baş məşqçisi Ayxan Abbasov birinci divizion təmsilçisi ilə görüşdə ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmağa imkan yaratmışdı: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 5. Adil Nağıyev, 6. Səbuhi Abdullazadə, 7. Cavid Tağıyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 21. Arif Daşdəmirov, 97. Xəyal Nəcəfov, Valeh Seyidov.
İlk dəqiqələr elita təmsilçisinin üstünülüyü şəraitində keçsə də, vaxt ötdükcə “Şüvəlan” oyunu bərabərləşdirməyi bacardı. Anar Vəliyevin rəhbərliyi altında meydana çıxan komandanın heyətində Tural Qürbətov, Azər Tağıyev, Nodar Məmmədov kimi birvaxtlar premyer-liqada çıxış etmiş oyunçuların olmasını da vurğulamaq lazımdı. Güclü küləyin əsməsi bəzən hər iki komandanın futbolçularına istədikləri oyunu nümayiş etdirməyə imkan vermirdi. Xüsusilə də küləyə qarşı oynaması “kimyaçılar”ın fərqlənməsinə mane olurdu. Buna baxmayaraq, “gənclik şəhəri”nin təmsilçisinin ilk 45 dəqiqədə iki real qol şansı oldu. Ancaq bundan yararlana bilmədilər. Əvvəlcə baxışda olan Seyidovun zərbəsi qeyri-dəqiq alındı. Müqavilə bağlamadığına görə nömrəsiz meydana çıxan forvardın təxminən 20 metrdən zərbəsi son anda müdafiəçiyə dəyib meydanı tərk etdi. Hissənin sonlarına yaxın isə Nicat Qurbanov müdafiəçidən sıyrılıb cərimə meydançasının daxilindən qapını nişan alsa da, “çərçivə”yə düşə bilmədi.
Fasilədə hər iki komandanın baş məşqçisi çoxsaylı dəyişikliklər etməyi lazım bildilər. Ayxan bəy ikinci hissədə Rəşad Əzizli, Ehtiram Şahverdiyev, Rüfət Abdullazadə, Baxşəli Baxşəliyev, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Murad Xaçayev, Mirkamil Haşımlını meydana buraxdı. “Yeni qan” isə çox keçmədən bəhrə verdi. 52-ci dəqiqədə Xaçayev komandasının çoxgedişli kombinasiyasını dəqiq zərbə ilə tamamladı. 68-ci dəqiqədə isə Ülvi hesab arasındakı fərqi iki topa çatdırdı. Müdafiəçilərin penalti nöqtəsi yaxınlığında boş qoyduğu İsgəndərov komanda yoldaşının ötürməsini çətinlik çəkmədən tora qovuşdurdu. Mövsümün ilk yarısını zədə səbəbindən buraxan Ehtiramın qolu isə daha baxımlı alındı. Yarımmüdafiəçi təxminən 25 metrdən topu uzaq “9-luğ”a sancdı. Qapısında 3 qol görən “Şüvəlan”nın futbolçuları çox çalışsalar da, Əzizlini məyus edə bilmədilər. 75-ci dəqiqədə Rəhman Musayevə fərqlənmək üçün heç kim mane olmasa da, forvardın ayağı yerə dəydiyindən yaxın məsafədən zərbəsi zəif alındı ki, Rəşad üstünə gələn topu asanlıqla tutdu. Matçın sonuna 1 dəqiqə qalmış, daha dəqiq desək, 89-cu dəqiqədə Rüfət Abdullazadə oyunda son nöqtəni qoydu – 4:0. Yeri gəlmişkən, qarşılaşmanı izləyənlər arasında “Zirə”nin aşağı yaş qrupları üzrə əlaqələndiricisi Adil Şükürov, “Bakı”nın sabiq vitse-prezidenti Yaşar Seyidov da var idi. Yaşar bəyin oğlunun oyununa baxmaq üçün Mərdəkana gəldiyi bəlli idisə, Şükürovun soyuq və küləkli havada görüşü sona qədər izləməsi bizə qaranlıq qaldı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar