13 yan 18:11olke

Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır

Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır
"Belə şayiələrin hardan çıxdığını bilmək istərdim"
“Neftçi” uzun müddətdən sonra əcnəbi baş məşqçiyə həvalə olunanda təyinata münasibət birmənalı deyildi. Avroliqadakı uğursuzluqdan sonra "ağ-qaralar"ın çempionatda da qeyri-sabit çıxış edəcəyini düşünənlər var idi. Bununla belə, paytaxt təmsilçisi qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollandı. Ən yaxın izləyicisi "Qarabağ"ı 3 xal qabaqlayan flaqman kubokda uğurlu ola bilmədi. 1/4 finalda "Sumqayıt" tərəfindən mübarizədən kənarlaşdırılan Roberto Bordinin komandası artıq yalnız çempionluğa köklənib. Qızıl medal hədəfini gerçəkləşdirmək üçün qış fasiləsində yüksək səviyyədə toplanış keçmək, həmçinin zəif mövqeləri yeni transferlərlə gücləndirmək vacibdi. Bütün bunlarla bağlı sualları dünən Bordinə ünvanladıq. İtaliyalı mütəxəssis "Neftçi"nin "Türk Hava Yolları Futbol Mərkəzi"ndəki açıq məşqindən öncə brifinq keçirdi, media nümayəndələrinin maraqlandığı məqamlara aydınlıq gətirdi.
- "Neftçi" artıq 5 gündü təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi necə gedir?
- Hazırda bərpa məşqləri gedir. Hazırlığımız bu xarakterdədi. Bundan sonra isə fiziki məşqlərə başlayacağıq və toplu çalışmalar olacaq.
- Qış fasiləsində xüsusən bir futbolçunun "Neftçi"də qalıb-qalmayacağı müzakirə olunur. Bu, Kvame Karikaridi. Onun qalmasını, yoxsa getməsini uyğun sayırsız?
- Bu futbolçu ilə çox yaxşı münasibətim var. Ümumiyyətlə, komandanın hər bir üzvü haqda eyni sözləri deyə bilərəm. Bizim məlum məqsədimiz var. Həmin hədəf uğrunda mübarizə aparırıq. Karikari də bizimlə birgə qarşıya qoyulan məqsəd uğrunda çalışan futbolçulardan biridi. Mən də daxil olmaqla, hər kəs Kvamedən daha çox şey gözləyirdik. Hazırda Karikarinin bir neçə klubdan təklifi var. Onun son qərarını - təklifləri necə dəyərləndirəcəyini gözləyirik.
- Adətən, əcnəbi baş məşqçilər bura gələndə tanıdığı və əvvəlki komandasında olan futbolçuları da gətirir. Siz Moldova “Şerif”inə rəhbərlik etdiyiniz dönəmdən yaxşı tanıdığınız futbolçulardan niyə heç birini “Neftçi”yə gətirmədiz? Yəni orda bu səviyyədə oyunçu yoxdu?
- (gülümsəyir) Keçmiş futbolçularımdan heç kimi burda görmək istəmədiyimi söyləməmişəm. Hazırda “transfer pəncərəsi” açıqdı və maraqlandığımız oyunçular var. Amma artıq komandaya gətirmək üçün konkret qərar verdiyimiz biri yoxdu.
- Bəs hansı mövqelərə oyunçu axtarırsız?
- Karikarinin məsələsinə görə gözləmə mövqeyindəyik. Buna baxmayaraq, həm yarımmüdafiəçi, həm də hücumçu mövqeyinə oyunçu axtarırıq. Əsas odu ki, bura gələn futbolçu hansı məqsədlər uğrunda mübarizə apardığımızı anlasın, hədəfimizin nədən ibarət olduğunu dərk etsin.
- “Qarabağ” Reynaldonu qaytardı, Riçard Almeydanın dönüşü üçün də danışıqlar yekunlaşmaq üzrədi. Bu transferlərdən sonra çempionluq mübarizəsinin "Neftçi" üçün daha çətin olacağını düşünmürsüz?
- Əlbəttə, hər ikisi komandanın əldə etdiyi çox güclü ifaçılardı. Hamı bilir ki, onlar əvvəllər də çıxış etdikləri vaxt “Qarabağ” çox yaxşı oyun sərgiləyib. Lakin biz daha çox özümüzə diqqət yetiririk. Həmçinin ötən müddət ərzində gördüyümüz işlərə görə şadıq. Komandamız hələlik çempionatda liderdi. Təbii, “Neftçi”ni gücləndirə biləcək yeni oyunçular tapsaq, sevinərik. Bunun üçün zamanımız var. Komandaya fərq yarada biləcək futbolçular cəlb etməyə çalışacağıq.
- “Neftçi” ölkə kubokunda mübarizəni dayandırdı, çempionatda isə ikinci pillədə yer alan “Qarabağ”dan cəmi 3 xal öndədi. Halbuki aradakı məsafə daha böyük idi. Hətta belə bir vəziyyətdə mətbuatda komandadan gedəcəyinizə dair xəbərlər də çıxırdı. Bu amillər sizdə psixoloji gərginlik yaratmır?
- (çiynini çəkir) Komandanı tərk edəcəyimlə bağlı şayiələrin hardan çıxdığını bilmək istərdim. Bu, sizin fikrinizdi?
- Xeyr, mətbuatda bu haqda informasiyalar yer almışdı...
- Bu, bizi qətiyyən maraqlandırmır. İşimizə köklənmişik və komandamız birinci yerdədi. Çempionluq yarışına gəlincə, əlbəttə, çətin olacaq. Qarşıda iki dövrə var. Bundan sonra da ciddi şəkildə hazırlaşacağıq.
- Karikaridən başqa, Slavko Braliçin də komandadan getməsi gündəmdədi. Onunla bağlı vəziyyət nə yerdədi?
- Slavkoda da Karikari ilə eyni durumdu, bir neçə təklifi var. Onun da seçimini gözləyirik.
- "Neftçi" Bakıdakı toplanış dönəmində yoxlama matçı keçirmədi, Antalyada isə cəmi üç oyun planlaşdırmısız. Halbuki rəqiblər ən azı 4 belə qarşılaşmada qüvvəsini sınayacaq. Sınaq görüşlərinin azlığı sonradan sizə çətinlik yaratmayacaq?
- Rəqiblərin hazırlıq planına nəzər salmalı olduğumuzu düşünmürəm. Hazırda məşqlərə diqqəti yönəltmişik. Bizim öz proqramımız var və 3 yoxlama matçını tam yetərli hesab edirəm.
- Əvəzedici heyətdən əsas komandaya oyunçu götürmək haqda düşünürsüz?
- Bəli, əvəzedici heyətdən bir neçə oyunçunu əsas komandanın hazırlıq prosesinə cəlb etmişik. Ehtiyac yaranan mövqelərə uyğun olaraq, hazırlıq dönəmində bizə kömək edirlər.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar