13 yan 18:01olke

“Səbail” Bakını Antalyaya dəyişdi

“Səbail” Bakını Antalyaya dəyişdi
Aftandil Hacıyev: “Komandanı tədricən yerliləşdirməyə qərar vermişik”
Yanvarın 5-də bir araya gələrək mövsümün ikinci yarısının hazırlığına başlayan “Səbail” təlim-məşq toplanışının birinci mərhələsini başa vurdu. Aftandil Hacıyev dünən yetirmələrinə istirahət verib. Komanda bu səhər Türkiyənin Antalya şəhərinə yola düşür. Bələkdə planlaşdırılan ikihəftəlik toplanış ərzində “dənizçilər” “Mirakl” otelində məskən salacaq.
Dünən “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə əlaqə saxlayıb hazırlığın ilk mərhələsi ilə bağlı danışdıq, transfer çalışmalarının ləng getməsinin, yoxlama oyunu keçirməmələrinin səbəbini soruşduq.
- Birhəftəlik proses necə keçdi?
- Bildiyiniz kimi, ilk mərhələni “Bayıl Arena”da keçdik. Yanvarın 5-də yığışdıq, ancaq ilk günlərdə optimal heyətlə çalışa bilmədik. Legionerlərə bir qədər artıq istirahət vermişdik, çünki yol uzaqlığı səbəbindən daha az istirahət etmişdilər. Demək olar, tam heyətlə yanvarın 8-dən məşqlərə başlaya bildik. Legionerlər ayın 6-7-də gəldilər. Əslində hələ də optimal heyətlə bir araya gələ bilmirik.
- Yəqin zədəliləri nəzərdə tutursuz?
- Təbii ki. İqor Korotetski uzun müddətə sıradan çıxıb. O, 4-5 ay bizə kömək edə bilməyəcək. Bizimlə Antalyaya getməyəcək, Bakıda qalıb müalicəsini davam etdirəcək. Eltun Yaqublu da hələ tam hazır deyil. Bəzən fərdi, bəzən komanda ilə məşq edib. O, bizimlə Türkiyəyə gedir, hər şey Eltunun sürətlə bərpa olub-olmayacağından asılıdı. Elvin Yunuszadə də komandaya gec qoşuldu.
- Fəhmin Muradbəyli ilə Vüqar Bəybalayevin durumu necədi?
- Fəhmin artıq sıraya dönüb, komanda ilə məşq edir. Vüqar isə Türkiyədə komanda ilə məşqlərə start verəcək. Yəni burda fərdi məşq edirdi.
- Yetirmələriniz fasilədən necə dönmüşdü?
- Normal. Artıq çəki yox idi. Təbii ki, zədə səbəbindən uzun müddət məşq etməyənlərdən, eləcə də Yunuszadədən optimal forma tələb edə bilməzdik. Həmçinin Tamazi Tsetsxladze 5-6 aydı az oynayıb, formada ola bilməsi mümkünsüzdü. Onlar Türkiyədə də fiziki hazırlıq üzrə çalışacaq, əlavə yüklənəcəklər. Ümumiyyətlə, Bakıdakı məşqlərdən razı qaldım. Komanda lazımi qədər yüklənmə aldı. Antalyada taktiki yöndə çalışmalara və yoxlama oyunlarına üstünlük verəcəyik.
- Nədənsə burda olduğunuz müddətdə yoxlama oyunu keçirmədiz. Halbuki “Keşlə” və “Sumqayıt” ilk mərhələdə də sınaq matçında gücünü sınadı.
- Qeyd etdiyim kimi, məşqlərə tam heyətlə bir qədər gec başladıq. Üç gün məşq edən futbolçunu sınamaq effekt verməyəcəkdi. Əslində dünən ikitərəfli oyun keçirdik. Əvəzedicilərdən ibarət komandamızın üzvlərini də cəlb edib öz aramızda oynadıq. Həmin effekti ala bildik. Digər komanda ilə qarşılaşmağı lazım bilmədik.
- Transfer çalışmaları baxımından fəal deyilsiz. Cəmi bir transfer həyata keçirilib. Bu durum sizi qane edir?
- Düşüncəmiz, istəyimiz odu ki, komandanı tədricən yerliləşdirək. Legioner də olacaq, ancaq sıradan əcnəbini gətirmək istəmirik. Vacib mövqelər hansıdı, ora bir-iki istisna ola bilər. Mümkün qədər yerli bazara üstünlük veriləcək. Elvin Yunuszadənin transferi ilə müdafiədə sıxıntını yoluna qoyduq. Bizə cəmi iki mövqeyə legioner lazımdı. İndiki məqamda hücumçu axtarışı bizim üçün təxirəsalınmazdı. Pleymeyker də tapsaq, alacağıq. Təklif olunan, baxışa gəlmək istəyənlər var. Hələlik araşdırmalarımızı davam etdiririk. Yerli bazarda istədiyimiz oyunçuların klubları ilə müqaviləsi var. Qışda oyunçu götürmək çətindi. Bəlkə klubunda ehtiyatda qalan, az oynayan futbolçu oldu, danışıq apara bilərik. Özümüzdə də gənc oyunçularımız var. Konkret əvəzedicilərdən ibarət komandamızdan Ruslan Hacıyevi məşqlərə cəlb etmişik.
- “Səbail” Türkiyədə dörd sınaq matçı keçirəcək, ancaq rəqiblərin hamısının adını bilmirik.
- Yanvarın 18-də də oyunumuz olacaq, ancaq hələlik həmin tarixdə kiminlə qarşılaşacağımızı biz də bilmirik. Bir gün sonraya oyun təklif edilmişdi, bu bizim planlarımıza uyğun deyildi. İlk oyunumuz yanvarın 15-də olacaq, “Aqvital”la münasibətləri aydınlaşdıracağıq. Nisbətən zəif rəqiblə oynamağı özümüz istədik. Hərçənd o komanda da normal futbolçulara sahibdi. Ayın 21-də Ukrayna “Desna”sı, 24-də isə Qazaxıstan “Kaysar”ı ilə gücümüzü sınayacağıq. Yanvarın 18-i üçün nəzərdə tutulan rəqibimizin kimliyini Antalyada öyrənəcəyik.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar