13 yan 17:56olke

Brard məşhur portala “Qəbələ” akademiyasından danışdı

Brard məşhur portala “Qəbələ” akademiyasından danışdı
“Oynamağa çətinliklə stadion tapan klub indi Azərbaycanın ən məhsuldar akademiyasına çevrilib”
“Feyenoord” Futbol Akademiyasının direktoru, vaxtilə “Qəbələ”də eyni vəzifəni icra edən Stenli Brard bugünlərdə “Football365” portalına açıqlama verib. Avropada tanınmış idman funksioneri “Qəbələ” ilə bağlı xatirələrini də bölüşüb: “Ötən ilin sonunda “Qəbələ” FK (FK yox, İK) Moldova “Şerif”inə Tiraspol stadionunda 3-cü qolunu vuranda, bu gənc komandanın Avropa miqyasında iş görəcəyinin siqnalını eşitdik. Yekunda alman nəhəngi Berlin “Herta”sı “Qəbələ”ni yarışdan kənarlaşdıracaqdı, amma cari mövsümkü performans ümidverici inkişafın işartısı idi. “Şerif”in əsas komandası son 12 ilin 10-da çempion olmaqla Moldova futbolunda tam dominantlıq edirsə, “Qəbələ”nin əsas komandası heç vaxt bu titulu qazana bilməyib. Halbuki siz gənc komandanın yola necə başlamalı olduğunu görmək istəyirsizsə, “Qəbələ” nümunəsi çox maraqlıdı.
Qəbələ Qafqazın ucqar bölgəsi olaraq, peşəkar akademiya qurmaq və inkişaf etdirmək, Avropada yüksək səviyyədə çıxış edəcək futbolçu yetişdirmək üçün heç də münasib yer deyil. Həqiqətən də mən ilk dəfə belə fikirləşmişdim. Lakin klub prezidenti Tale Heydərov və komandasının səbirli, eləcə də qəti fəaliyyəti nəticəsində bir vaxtlar az qala oynamağa çətinliklə stadion tapan klub indi Azərbaycanın ən məhsuldar akademiyasına çevrilib. Bu gün Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarının 70 faizini “Qəbələ” akademiyasının yetirmələri təşkil edir. Bu, nəzərəçarpan irəliləyişə səbəb olub: son dekadada Azərbaycan UEFA reytinqində 10 pillə irəliləyib. Bu mövsüm Millətlər Liqasında əsas milli 6 oyunun cəmi 1-də məğlub olub. Komanda hələ də AÇ-2020 arzusunu davam etdirir. Tarixən uşaq futbol akademiyalarının bənzər dominantlıq nümunələri bir ovucun içinə sığacaq qədərdi. İngiltərədə “Mançester Yunayted”in hörmətəlayiq “92-lər sinifi”ndən Devid Bekhem, Pol Skoulz və Qari Nevill kimi ulduzlar çıxmışdı. “Ayaks”ın “95-lər sinfi” Hollandiyaya dünya səviyyəli Patrik Klyuvert, Mark Overmars və Edvin var der Saarı verdi. “Qəbələ” hələlik elə bərq vuran yüksəkliklərdə deyil, amma akademiya doğru yolda olduğunun işartılarını verir. Uğurun bir hissəsi 2010-cu ildə baş məşqçi təyin olunmuş və sonralar idman direktoru postunu tutmuş, “Arsenal” və İngiltərə yığmasının əfsanəsi Toni Adamsa aiddi. Bu yaxınlarda “Football365”də dərc olunan məqaləsi, eləcə də avtobioqrafiyasında Avropa səviyyəsinə yaraşan, lakin bazası olmayan bir klub haqda bəhs etmişdi. Heydərov onu yuxarı posta qaldırdıqdan sonra Toni uşaq akademiyasının formalaşdırılmasını əsas prioritetlərdən biri kimi təsdiqlədi və məni “Feyenoord”un rahat mühitindən çıxararaq layihənin başına gətirdi. Hələ də işlərinə davam edən Halim Fıçıcı və Nail Kərimovla birlikdə çalışaraq akademiyanı Azərbaycanın ən uğurlu və müasir akademiyasına çevirdik. “Mançester Yunayted”in əfsanəvi uşaq məşqçisi Erik Herrison ilk dəfə Ser Aleks Ferqyusonla görüşəndə yetərli resursların təqdim ediləcəyi halda keyfiyyətli oyunçular yetişdirəcəyinə söz vermişdi. Adams da bənzər vəziyyətdə idi, dəyişiklik üçün struktur, infrastruktur və peşəkar kadr yetişdirilməsinin vacibliyini Heydərova açıq şəkildə demişdi. Ferqyusonun timsalında nəticədə dünyanın ən yaxşı gənc məzunları ortaya çıxmışdı. Adamsın işini indidən tam qiymətləndirmək olmaz, amma ümidverici nəticələr görmək mümkündü. Azərbaycanda futbolun peşəkarlaşma dövrünün nə qədər qısa olduğunu nəzərə alsaq, futbolun inkişafı üçün göstərilən fədakarlıqlar göz önündədi. Hazırda ölkə U-19 Dünya Kuboku, illik təqvimin əsas oyunlarından olan Avropa Liqasının final matçı, həmçinin 1/4 final da daxil olmaqla AÇ-2020-nin 4 oyununu qəbul etməyə hazırdı. Daxili çempionat güclənir, azarkeş sayı artır (burda şişirtməyə yol verib), bazalar inkişaf edir, yüksək səviyyəli əcnəbi oyunçular karyeralarının davamı üçün Azərbaycanı seçirlər. Daha geniş oyunçu seçiminin vacib olmasına baxmayaraq, “Qəbələ” kimi klubların işi azərbaycanlı gənclərin yetişməsi üçün çox önəmlidi. Ölkə Avropa futbol ierarxiyasında irəlilədikcə Azərbaycanın futbol liderləri yerli oyunçuların ön plana çıxmasına çalışırlar. Oyunçular AÇ-2020-də Bakı Olimpiya Stadionunun qazonuna ayaq basanda onları Avropa və dünyada milyonlar izləyəcək və bu Azərbaycanın Avropa futbol ailəsinə inteqrasiyasında ciddi mərhələ olacaq. Milli komanda nəsildən nəsilə qitənin nüfuzlu turnirlərində futbol elitasına yüksəlmək üçün daha yaxşı şanslar qazanacaq. Halim və Nailin rəhbərliyi altında “Qəbələ” kimi akademiyaların öncül olmaları bu arzuları reallığa çevirəcək. Çox şadam ki, mənim də “Qəbələ”nin uğurlarında kiçik payım var”.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar