12 yan 15:38olke

“Zirə” iki afrikalı transfer edir

“Zirə” iki afrikalı transfer edir
Samir Abasov: “Onun tərəfindən bir problem çıxmasa, razılıq vermişik, götürəcəyik”
Əksər elita klubları kimi, “Zirə” də təlim-məşq toplanışının birinci mərhələsini Bakıda gerçəkləşdirir. Dünən “qartallar”ın hazırlıq prosesini izləmək üçün Biləcəri Futbol Mərkəzinin yolunu tutdum. Samir Abasovun yetirmələrinin məşqi saat 12.00-da start götürdü. Öncə onu qeyd edim ki, hazırlığın saatyarım davam edəcəyini düşünsəm də, Abasov yetirmələrini 2 saat çalışdırdı.
Əvvəlcə komanda ilə bağlı bəzi məqamları diqqətinizə çatdırım. Qəsəbə təmsilçisinin bu qış fasiləsində heyətinə qatdığı hər iki transferi – Orxan Sadıqlı və Bəxtiyar Həsənalızadə sanki uzun müddətdi bu kollektivdəymiş. Legionerlərin altısı da düşərgədədi. Yalnız bir futbolçu məqşdə iştirak etmirdi. Bu da bir gün əvvəlki hazırlıqda yüngül zədə alan İlkin Muradov idi. Qalan bütün futbolçular baş məşqçinin sərəncamında idi. Abasov “Zirə”nin 2-ci komandasından 3 futbolçunun da əsas heyətlə məşq etməsini istəyib. Bunlar Hüseyn Əhmədov, Səbuhi Əliyev və Tapdıq Əhmədovdu. Yeri gəlmişkən, “Zirə”nin iki legioner transfer etməyə yaxın olduğu haqda informasiya da əldə etdim. Hər ikisi irəli xətt oyunçusudu, “qartallar”ın Antalyadakı toplanışına təşrif buyuracaqlar. Özü də onlardan biri birbaşa müqaviləyə gələcək. Adlarını və ölkələrini dəqiqləşdirə bilməsəm də, hər iksi afrikalıdı.
Məşqə gəlincə, hazırlıq prosesi əsasən toplu çalışmalarla keçdi. Yalnız lap əvvəldə isinmə hərəkətləri və prosesin sonunda sürətli qaçışlar bu mənada istisna idi. Sırf məşqlərə əsaslanıb ab-havanın yüksək səviyyədə olduğunu söyləmək mümkündü. Abasov özü isə hazırlıq zamanı “canını qoyur”. Təkcə oyunlar zamanı emosional deyil bu çalışdırıcı. Məşqin ikinci saatında komanda üzvləri “sarılar” və “qırmızılar”a bölünüb top uğrunda mübarizəyə başladılar. Bu zaman köməkçi-məşqçi Seymur Rəhimovun “Miloş deyir ki, məndən top alan olsa, futbolu qurtaracam” deməsinə Abasovun “o futbola başlayıb ki, bitirə də” cavabı ətrafdakıların gülüşünə səbəb oldu. Samir bəyin digər köməkçisi Vəfadar Quliyev isə şəxsi işləri ilə bağlı dünənki məşqdə yox idi.
Məşqdən sonra Samir Abasovla söhbətləşdim. O, öncə hazırlıq prosesinin geridə qalan hissəsini dəyərləndirdi: “Uşaqlar yaxşı təsir bağışlayır. Futbolçulara proqram vermişdik. Bunu fasiləyə yollanandan sonra onların mobil telefonuna göndərmişdik. Görünən odu ki, bir-iki nəfəri çıxmaq şərtilə qalanları hazır gəlib. Çatışmazlıq hiss olunanlarda isə bu, onların müəyyən zədəsinin olması ilə bağlıdı. Hər şey yaxşıdı, ürəkaçandı. Legionerlər də artıq bizə qoşulublar. Əcnəbilərə bir qədər artıq istirahət vermişdik. Bu da təbiidi. Başqa ölkədən gəlirlər, aylarla burda olurlar. Onlara bir qədər fürsət verdik ki, ailələri ilə vaxt keçirsinlər. Bir sözlə, hər şey normaldı. Sabah (bu gün) burda iki məşqimiz var. Bununla da Bakıdakı hazırlıq prosesini başa vurub, Antalyaya yollanırıq”.
Yadınızdadısa, “Zirə”də ab-havanın elə də yaxşı olmadığı haqda informasiyalar dolaşırdı. Daha doğrusu, futbolçuların baş məşqçidən narazılığı haqda söz-söhbət yayılmışdı. Hər halda, dünənki məşqdə belə bir şey hiss olunmadı. Samir bəy həmin məsələ ilə bağlı bunları dedi: “Ab-havanı müəyyənləşdirmək üçün ən azı komandanın içində, futbolçulara yaxın olmalısan. Açığı, komandadakı ab-havanı düzəltmək üçün vaxta ehtiyac var. Hər bir xasiyyətə uyğunlaşmaq lazımdı, yaxud da belə bir şey olarsa, hər kəs bir-biri ilə dil tapmalıdı. İnanın, doğrudan da hər şey əladı. Ab-havadan şikayət etmirik. İstəyimiz məşqlərdi, bu da super keçir”.
Abasov Orxanın transferi haqda düşüncələrini də dilə gətirdi: “Deməzdim ki, Orxanın “Keşlə”dən ayrılması göydəndüşmə idi. Ancaq onunla müqavilə imzalamağımız bizim üçün yaxşı oldu. Çünki əvəlcədən də sizə açıqlamamda demişdim ki, legioner qapıçı götürmək fikrimiz yoxdu. Əcnəbi limitini “çərçivə”də itirmək istəmirdik. Yerli qapıçı da yox idi. Orxan da bizim üçün fürsət oldu. Artıq komandaya qoşulub. Antalyaya da birlikdə gedəcəyik”.
Yuxarıda da “Zirə”nin iki futbolçunun transferini həll etmək üzrə olduğunu qeyd etdim. Yenilərlə bağlı Samir bəy bunları dedi: “Türkiyəyə iki nəfər gələcək. Biri baxışa, digəri isə birbaşa müqaviləyə. Başqa bir-iki nəfərin də olacağına ümid edirik. Bu da tapıb-tapmamağımızdan asılıdı. Gələn oyunçuları götürüb-götürməməyimiz isə onların bizi nə dərəcədə qane edəcəyinə bağlıdı. Rəhbərlik və transfer imkanı baxımından hansısa problem yoxdu. Sadəcə, oyunçunu bəyənməliyik. Gələcəyi dəqiqləşən hər iki futbolçu hücumameyillidi. İkisi də afrikalıdı, dediyim kimi, biri baxışa gəlir, özü bunu istəyib, biz də “hə” demişik. Ondan başqa da bir neçə futbolçunun baxışa gələcəyi istisna deyil. Agentlər tərəfindən bizə təklif olunur, bizim də itiriləsi bir şeyimiz yoxdu. Gəlsinlər, baxacağıq. Bir nəfərlə isə anlaşma yönündə proses gedir, ancaq hələ ki müqavilə bağladığımızı deyə bilmərəm. “Artıq bizim komandadadı” deyə bir şey yoxdu. Danışıqlar həll olunmaq üzrədi. Onun tərəfindən bir problem çıxmasa, münasibətlər rəsmiləşəcək. Problem də Azərbaycana gəlmək ola bilər, yaxud da agenti beyninə nəsə sala bilər. Bunlar olmasa, biz razılıq vermişik ki, götürəcəyik”.
Abasov Bakıda yoldaşlıq görüşü keçirməmələrinin səbəbini də izah etdi: “Burda yoxlama oyununa ehtiyac görməməyimin səbəbi var. Az öncə qeyd etdiyim kimi, legionerlərə əlavə istirahət imkanı vermişdik. Onlardan ən sonuncusu yanvarın 9-da düşərgəyə gəlib. Ona görə də qalan iki günə yoxlama oyunu salmağa ehtiyac görmədik. Səbəb budu. Bizə bu məşqlər də yetərlidi. Sevindirici haldı ki, komanda kimi komplektləşmişik, istəkli şəkildə məşq edirik. Təəssüf ki, İlkin Muradov dünən məşqdə zərbə vururkən ayağında ağrı hiss etdi. Bu gün həkimlər onun durumu ilə bağlı bizi məlumatlandıracaq. Ancaq o da bizimlə Antalyaya gedəcək. Orda 4 yoxlama matçı keçirəcəyimizi bilirsiz. Bir sözlə, hər şey ürəkaçandı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar