12 yan 15:08olke

“Yasamal”ın rəhbərindən etiraf

“Yasamal”ın rəhbərindən etiraf
Orxan Allahverdiyev: “Hər biri ilə danışığımız olub, aylıq “şirinlik” verəcəklər”
Qəzetimizin ötən saylarında növbə ilə futzal üzrə yüksək liqa təmsilçilərinin qış hazırlıq planlarına yer vermişik, müsahibələr dərc etmişik. Bu dəfə sırada “Yasamal”dı. Həmin “Yasamal” ki, qış fasiləsində hələlik yalnız adı dəyişib. Komanda təlim-məşq toplanışına start verə bilmir. Niyə? Səbəbi komandanın rəhbəri Orxan Allahverdiyevdən eşidəcəyik.
- Hələ hazırlığa başlamamışıq. Əslində plan hazırdı. Ancaq bir araya gələ, məşqlərə başlaya bilmirik. Bu da səbəbsiz deyil. Heyətlə bağlı sıxıntımız var. Komandanı yenidən formalaşdırmaq məcburiyyətindəyik. Yanvarın sonuna kimi vaxtımız var. İrandan bir neçə legioner dəvət etmişik. Ancaq yeni oyunçularımızın ölkəyə keçməsini gözləyirik. Viza məsələləri ilə məşğuluq. Əvvəlki klublarından sənədlərini də almalıdılar. Bilmirəm, xəbəriniz var, ya yox, bizim heyətin bir neçə üzvü “Araz”a və “Neftçi”yə keçib.
- Sadiq Cavidin “Araz”la anlaşdığını bilirik. “Neftçi”yə kimlər keçib?
- Bizdə 10-11 legioner var idi. Onların 6-sı daha güclü futzalçı idi. Oyunu da əsasən onların üzərində qururduq. Həmin 6 nəfərdən üçü İranın yüksək liqasına keçib. Səid Əmini, Behzad Amani və Həmidrza Bəxşi karyerasını öz ölkəsində davam etdirməyə qərar verdi. Üç oyunçumuz isə öz klublarımızla anlaşıb. Sadiq “Araz”da, Salar Şahnasi və Sina Camali “Neftçi”dədi.
- Onlara görə büdcənizə transfer məbləği köçürüldü?
- Azərbaycan reallığını nəzərə almaq lazımdı. Bizdə oyunçu satıb transfer haqqı əldə etmək qəliz məsələdi. Demək olar, havayı buraxdıq, qəpik-quruşa. Əslində onlara yeni klublarındakı qədər maaş verə bilmirdik, ona görə problem yaratmadıq.
- Qəpik-quruş deyəndə söhbət hansı məbləğdən gedir?
- Hər biri ilə danışığımız olub, aylıq “şirinlik” verəcəklər. Alacağımız pulu da komandanın ehtiyaclarına sərf edəcəm.
- Bir qədər əvvəl dediz ki, İrandan yenə bir neçə oyunçu dəvət etmisiz. Onlara ödəyəcəyiniz maaşa elə “köhnələr”i saxlayardız da.
- Yeni anlaşdıqlarımız əsasən gənclərdi. 19-20 yaşlı istedadlı oyunçulardı. Əvvəlki heyətdən qalan 4-5 nəfər isə təcrübəlilərdi. Bildiyiniz kimi, ötən mövsümün bombardirlərindən olan Murtuza Cahandost sıralarımıza qayıdıb. Əslində onu çempionatın əvvəlində sifariş etmişdik. Ancaq ailə probleminə görə yubandı. Artıq dönəcəyinə ümidimiz qalmamışdı. Lakin qış fasiləsi ərəfəsində döndü və 2-3 oyunda bizə kömək etdi. Yenə əvvəlki kimi məhsuldarlıq nümayiş etdirməsi bizi sevindirir. Ona böyük ümidlər bəsləyirik.
- “Araz” və “Neftçi” iranlı legionerləri “ikinci əl”dən, yəni sizdən alsalar da, “Yasamal” birbaşa qonşu ölkədən cəlb edir. Bunu necə edirsiz?
- Təbrizdə menecerlik fəaliyyəti ilə məşğul olan dostum var. Azərbaycanlıdı, illərdi birgə çalışırıq. O, futzalçı tapır, videosunu, linkləri mənə göndərir, baxıram. Sonra özüm gedirəm ora və bəyənirəmsə, danışıq aparıb gətirirəm. Yeri gəlmişkən, bu həftəsonu kubok oyunumuzdan sonra İrana yola düşəcəm və gözaltı etdiyim daha bir neçə futzalçıya yerində baxıb qərar verəcəm.
- Qış fasiləsində neçə oyunçu transfer etmək niyyətindəsiz?
- Komandanı 6 nəfər tərk edib, elə 6 transfer də gerçəkləşdirəcəyik. Yəni boşluqları dolduracağıq.
- Niyə yalnız İrana üz tutursuz? Yerli futzalçılardan boşda olanlar var.
- Bunu çox adam deyir. Ancaq nəzərə almırlar ki, “Yasamal” iki komanda ilə çıxış edir və bizdə yerli oyunçular əsasən aşağı liqada çıxış edir. “Yasamal-B”dəkiləri də nəzərə alsaq, ən çox yerli oyunçu bizdədi – 18 nəfər. Amma yüksək liqada sırf yerlilərlə oynamaq olmur. Söhbət gənclərdən gedir. Təcrübəliləri transfer etməyə gücümüz çatmaz. Hamısının öz komandası var. Belədə gənclərə üz tutmaq məcburiyyətində qalırıq, sırf yerli uşaqlarla isə çətin olur. Ortada “Yasamal İSK” nümunəsi var. Legioner gətiririk ki, iddialılarla rəqabət apara bilək.
- Komandanızın mövsümün ilk yarısındakı çıxışı ürəyinizcədi?
- Təbii ki, yox. Çempionatın əvvəlində iddiamız böyük idi. Qış fasiləsinə 2-ci pillədə yollanmağı qarşıya məqsəd qoymuşduq. Ancaq alınmadı, komanda istənilən oyunu sərgiləyə bilmədi. Əslində transfer siyasətini düzgün qurmuş, səviyyəli oyunçular götürmüşdük. Belə olmasaydı, “Araz”, “Neftçi”, İranın güclülər liqası təmsilçiləri bizim legionerlərə maraq göstərməzdilər. Hamı şahid oldu ki, yayda səviyyəli legionerlər gətirmişdik. Ancaq nəsə oyun planında axsadıq. Heyətdə dəyişiklik edib mövsümün ikinci yarısına daha yaxşı hazırlaşmaq, nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Həm də növbəti mövsüm üçün iddialı komanda formalaşdırmaq əzmindəyik.
- “Yasamal”ı “Yasamal MFK Baku”ya dəyişməyinizin səbəbi nə ilə bağlıdı?
- Ad dəyişikliyi də növbəti mövsümlə bağlı hədəflərdən irəli gəlir. Sentyabra kimi yeni sponsor cəlb etmək istəyirik. Bu mövsüm müəyyən sıxıntılarımız oldu. Hətta qış fasiləsinə yaxın 1-2 legioneri geri göndərdik, çünki maaşını verməkdə çətinlik çəkirdik. Əsasən gənc legioner dəvət etməyimiz də gələn mövsümlə bağlı planlara xidmət edir. İstənilən halda, qışdan sonrakı komandamız indikindən daha yaxşı olacaq. Hər halda, mən nəticələrimizin yaxşı olacağına inanıram.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar