11 yan 16:58olke

Zaur Həşimov “Qəbələ”ni “Qarabağ”dan üstün tutdu

Zaur Həşimov “Qəbələ”ni “Qarabağ”dan üstün tutdu
Hacıağa Hacılı isə fərqli addım atdı
Ötən sayımızda “Qəbələ”nin fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiçin “qırmızı-qaralar”dan ayrılaraq Qazaxıstana yollandığını xəbər vermişdik. Onu da bildirmişdik ki, serb mütəxəssis bundan sonra fəaliyyətini köhnə tanışı, birvaxtlar “İnter”də birgə çalışdığı Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu “Ordabası”da davam etdirəcək.
Serbiyalı məşqçinin yeri çox da boş qalmadı. Srağagün “Qəbələ”nin məşqçilər korpusuna yeni təyinat rerallaşıb. Zaur Həşimov bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 38 yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb. Xatırladaq ki, Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt” klublarının, həmçinin ölkənin əsas və müxtəlif yaş qrupları üzrə millilərinin şərəfini qroyub. Məşqçi kimi isə Zaur bəy “Qəbələ”yə qədər “Qarabağ” və “Zirə”də köməkçi-məşqçi kimi çalışıb. O həmçinin U-18-in “sükanı arxasında” olub.
Yeni köməkçisi ilə bağlı şimallıların baş məşqçisi Sənan Qurbanovun fikirlərini öyrəndik: “Yevtiçin komandadan ayrıldığını bilən ilk siz olduz. O düşərgədən gedəndən sonra məşqçilər korpusunda bir yer boş qalmışdı. Ona görə fikirləşdik ki, Zauru gətirək. Həşimovu çoxdan, uşaqlıqdan tanıyıram, bir yerdə oynamışıq. Yaxın münasibətimiz var, "Zirə"dən işinə bələdik. Həyat tərzi, işə yanaşması tam bizə uyğun idi. Açığı, Zaura bir neçə yerdən təklif də var idi. "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi olması da real variant idi. Sağ olsun, mən xahiş edəndən sonra təklifimizi qəbul etdi. Onsuz da plan üzrə işləyirdik. Hər şeyi mən deyirdim, köməkçilərim bəzən öz fikirlərini söyləyirdilər, yeni ideyalar verirdilər. Yenə eyni qaydada yolumuza davam edəcəyik. Onsuz da həftəlik proqramımız var ki, bura həm fiziki, həm də texniki-taktiki hazırlıq daxildi. Düzdü, futbolda fiziki hazırlıq üzrə ayrıca məşqçi olur. Ancaq bizdə bu yer boşluq kimi görünməyəcək".
Məşqçilər korpusuna yeni müətəxəssis cəb edən şimallılar əvəzində gənc və perspektivli futbolçusunu itirib. Söhbət klubun öz yetirməsi olan Hacıağa Hacılıdan gedir. Mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirən yarımmüdafiəçi növbəti 3 ildə “köhlən atlar”ın şərəfini qoruyacaq. Ağdam təmsilçisi onun transfer hüququna sahib çıxıb.
Sonda “qırmızı-qaralar”ın məşq prosesi barədə də məlumat verək. Hazırlığın 4-cü gününü komanda iki məşqlə yekunlaşdırıb. Bakı Olimpiya Stadionunda baş tutan hazırlıq zamanı futbolçular toplu çalışmaları icra ediblər. Günün ikinci yarısındakı məşq Biləcəri Futbol Mərkəzində gerçəkləşib. Sənan Qurbanovun rəhbərliyi altında futbolçular daha çox fiziki hazırlığın yüksəlməsinə hesablanan təmrinləri yerinə yetiriblər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar