11 yan 16:47olke

İlin ilk oyununda darmadağın

İlin ilk oyununda darmadağın
Təlim-məşq toplanışını davam etdirən “Keşlə” dünən yoxlama matçında qüvvəsini sınadı. Tərlan Əhmədovun komandası Bakıxanovda – Türk Hava Yolları Futbol Mərkəzində birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşdı.
Bir gün əvvəl isə Hakimlər Komitəsinin sədri "Keşlə"nin düşərgəsinə gələrək seminar keçirib. "ASK Arena"nın konfrans salonunda təşkil olunan seminar hakimlik məsələlərinə və oyun qaydalarına həsr olunub. Komitə sədri Frits Stuxlik yeni oyun qaydaları haqda ətraflı danışıb. Tədbirdə "Keşlə"nin məşqçilər heyəti və futbolçular iştirak ediblər. Ümumiyyətlə, çərşənbə axşamı bakılılar üçün məhsuldar gün sayılmalıdı. Belə ki, “Keşlə” bir gün əvvəl iki transfer rəsmiləşdirmiş, bir oyunçu ilə yollarını ayırmışdı. Paytaxt təmsilçisinin qış fasiləsində müqaviləsinə xitam verdiyi 7-ci futbolçu Orxan Sadıqlıdı. Mövsümün ilk yarısını icarə əsasında “Sumqayıt”da keçirən, Ayxan Abbasovun komandasında görmək istəmədiyi qolkiper “yuva”ya dönmək niyyətində idi. Ancaq o, Tərlan Əhmədova da lazım olmayıb. Bu üzdən onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, “Keşlə” buna qədər Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami, Elnur Cəfərov və Məmməd Quliyevi yola salmışdı. Vaqif Cavadovla da yollar ayrılacaq. Əslində təcrübəli yarımmüdafiəçi düşərgədə deyil, sadəcə, müqaviləsinə rəsmən xitam verilməyib.
Əvəzində “Keşlə” iki transferi rəsmən elan edib. Vüsal İsgəndərli və Con Kamara ilə müqavilə imzalanıb. Hər iki futbolçu ilə müqavilə ilyramlıq müddəti əhatə edir. “Qaradağ Lökbatan”la oyunda isə aydın oldu ki, bir neçə gündü düşərgədə olan Emin Mehdiyevlə də ortaq məxrəcə gəlinib.
Gənc referi Səbuhi Bayramovun idarə etdiyi görüş saat 12.00-da başladı. Tərlan Əhmədov yeni transferlərdən Kamaranı ehtiyatda saxlamış, İsgəndərlini, həmçinin Mehdiyevi start heyətində meydana buraxmışdı. Beləliklə, “Keşlə” meydana bu “11-lik”lə çıxmışdı: Kamran Ağayev, Emin Mehdiyev, Edvinas Girdvainis, Tərlan Quliyev, Sərtan Taşkın, Seymur Əsədov, Samir Məsimov, Nikola Mitroviç, Conatan Ayite, Vüsal İsgəndərov, Amil Yunanov.
Beşgünlük fiziki məşqlərin ardından ilk matçına çıxan “Keşlə” bir qədər yorğun görünsə də, ustalıq özünü göstərirdi. “Qaradağ Lökbatan” rəqibə yarımsaat müqavimət göstərə bildi. Premyer-liqa təmsilçisi rəqibini 30-cu dəqiqədə meydanın mərkəzinə dəvət etdi. Belə ki, Mitroviç kobud oyuna görə hakimin təyin etdiyi penaltidən dəqiq yararlanaraq hesabı açdı. Növbəti qol da standart vəziyyətdən sonra vuruldu. 35-ci dəqiqədə Seymur Əsədov cərimə zərbəsindən baxımlı qola imza atdı. Fasilə ərəfəsində isə hesab darmadağın həddinə çatdı. 44-cü dəqiqədə Vüsal İsgəndərli yeni komandasında qol hesabını açdı - 3:0.
Tərlan Əhmədov ikinci hissəyə fərqli heyət buraxdı. Baş məşqçi Tərlan, Amil, Mitroviç və Vüsal istisna olmaqla, qalan oyunçuları dəyişdi. Şahin Zəkiyev, Denis Silva, Ruslan Əmircanov, Cabir Əmirli, Slavik Alxasov, Andre Klennon və yeni transfer Con Kamara ikinci 45 dəqiqədə şans qazandılar. Təcrübəli mütəxəssis sonradan əvəzedici heyətin bir neçə üzvünü də sınadı. Heç şübhəsiz, əsas diqqətlər son klubu Qazaxıstan “Kaysar”ı olan Kamaraya yönəlmişdi. İnsafən, dayaq yarımmüdafiəçisi ilk sınaqda yaxşı təsir bağışladı. Sərt oyuna meyilli olsa da, fiziki imkanları yüksək səviyyədə olan syerra leoneli topla da yaxşı davranır, oyun qurucusu funksiyasını yerinə yetirə bilir.
İkinci hissədə cəmi 1 qol vuruldu. Tam üstün olan və rəqibini qapısına yaxın buraxmayan “Keşlə” matçda son nöqtəni 89-cu dəqiqədə qoydu. Bazar ertəsi Bakıya dönən və dünən bir məşqə çıxan Klennon başla fərqləndi. Beləliklə, ilin ilk oyunu 4:0 hesablı darmadağınla bitdi.
Yeri gəlmişkən, “Keşlə” Davud Kəriminin xidmətindən bir müddət yararlana bilməyəcək. O, qolundan əməliyyat olunub. Bu səbəbdən Tərlan Əhmədov Kamran Ağayevlə Şahin Zəkiyevin ümidinə qalıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar