09 yan 14:14olke

İranlı forvard “hə” deməyə tələsmir, Seyidovla Həşımov baxışdadı

İranlı forvard “hə” deməyə tələsmir, Seyidovla Həşımov baxışdadı
Ayxan Abbasov: “Həftəsonuna kimi hansı klublarla qarşılaşacağımız dəqiqləşəcək”
Mövsümün ilk yarısı göstərdi ki, qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulan “Sumqayıt”ın bir qədər də güclənməsinə ehtiyac var. “Kimyaçılar”, demək olar, hər mövqeyə daha güclü oyunçu dəvət etməsə, çətin ki, qitəmiqyaslı turnirlərə yollanan “4-lük”də yer ala biləcək. Bu yöndə xüsusilə hücumu göstərmək olar. 14 turda tək Atilla Yıldırımın ümidinə qalan komandada məşqçilər daha kimləri irəlidə oynatmadı? Atillanın istənilən formada olmaması, qolçuluq məharətini göstərə bilməməsi səbəbindən istər Nazim Süleymanov, istərsə də xələfi Ayxan Abbasov gah Aleksey İsayevi, gah da Əfran İsmayılovu forvard kimi sınadı. Ancaq bu yerdəyişmələr də istənilən effekti vermədi. Bəzi matçlarda isə “gənclik şəhəri”nin təmsilçisi, ümumiyyətlə, meydana forvardsız çıxmaqla hamını təəccübləndirdi. Düzdü, ehtiyatda Ülvi İsgəndərli kimi gənc hücumçu da var. Lakin Ülvi əvəzedicilərin çempionatında göstərdiyi bombardirlik keyfiyyətini hələ ki premyer-liqada nümayiş etdirə bilmir. Gözləmək olardı ki, fasilə başlayar-başlamaz “Sumqayıt”ın rəhbərliyi ilk növbədə bu problemi həll edəcək, komandaya “vuran ayaq” dəvət edəcək. Ancaq gözlənilənlərin əksinə, başbilənlər transferlərə qapıdan başlayıb. Qısa müddətdə “Neftçi”dən Rəşad Əzizli və “Sabah”dan Aydın İbrahimov düşərgəyə dəvət olunub. “Sumqayıt”ın kütləvi qapıçı ixracı isə artıq futbol ictimaiyyəti arasında gülüşlə qarşılanır. Bəzilərinin fikrincə, istedadlı qapıçıları bir yerə toplayan “kimyaçılar” ölkədə səviyyəli qolkiper azlığından yararlanıb sonradan onları başqa komandalara baha qiymətə satmaqla büdcəsini doldurmaq niyyətindədi. Zarafat, ironiya öz yerində, doğrudan da ölkə kubokunun yarımfinalına vəsiqə qazanan komandanın transfer bazarında susqunluğu yerli azarkeşlər tərəfindən də narazılıqla qarşılanır.
“Kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasov da bizimlə söhbətdə futbolçu tapmaqda çətinliklə üzləşdiklərini bildirdi: “Bu gün bizə nəinki hücuma, bütün mövqelərə oyunçu lazımdı. Şəhriyar Əliyevin zədəsi ciddidi və böyük ehtimalla fasilədən sonra bir neçə tur buraxmalı olacaq. Odu ki, hazırda hər mövqeyə futbolçu axtarırıq. Fasilə ərəfəsində İrandan olan, əslən azərbaycanlı bir neçə oyunçu ilə danışmışdıq. Danışıqlar artıq yekunlaşmaq üzrə idi. Öz komandalarında daim oynamadıqlarından keçidə razılaşmışdılar. Elə bil bizi gözləyirdilər. Komandada baş məşqçi dəyişikliyi oldu və yeni gələn mütəxəssis həmin futbolçulara oynamaq şansı yaratdı ki, buna görə də “Sumayıt”a gəlməkdən imtina etdilər. Hazırda danışıq apardığımız bir hücumçu var, o da əslən Cənubi Azərbaycandandı. Yaxın günlərdə bizə konkret cavab verməlidi. Açığı, onun da bura gələcəyinə o qədər də inamım yoxdu. Söhbət heç də maliyyədən getmir. Riad Rəfiyev transferlər üçün lazmi maliyyəni ayırıb. Sadəcə, bəzi səbəblərə görə danışıqlar zamanı istənilən nəticə olmur. Çalışacağıq Türkiyə toplanışına qədər nəsə edək”.
Türkiyə toplanışından söz düşmüşkən, “Sumqayıt” premyer-liqa təmsilçiləri arasında yeganə komandadı ki, hələ də qardaş ölkədə keçiriləcək toplanışda hansı rəqiblərlə üz-üzə gələcəyi müəyyənləşməyib. Ayxan bəylə söhbətdə bu mövzuya da toxunduq: “Oyunları təşkil edən şirkətdən cavab gözləyirik. Daha dəqiq desəm, müqavilə. Hər şeyin sənəd üzərində olmasını istəyirəm ki, sabah orda hansısa problemlə üzləşməyək. İlkin olaraq bizə Qazaxıstan, Makedoniya, Polşa və Özbəkistan klubları ilə qarşılaşacğımız deyilmişdi. Bu gün həmin şirkətin nümayəndəsi yenidən bizimlə əlaqə saxlayıb, Makedoniya klubunun toplanışa gəlməyəcəyini bildirdi və buna görə də başqa komanda ilə oynamağımızı istədi. Belə dəyişiklikləri nəzərə alıb rəsmi sənəd tələb etmişəm onlardan. İndi deyirlər ki, Rumıniya klubu ilə üz-üzə gəlmək istəyirsiz? “Səviyyəli, yüksək liqada çıxış edən komanda olsun” cavabını verdik. Həftəsonuna kimi artıq hansı klublarla qarşılaşacağımız dəqiqləşəcək”.
“Kimyaçılar”ın baş məşqçisi sonda hazırda düşərgədə baxışda olan yerli oyunçulardan da söz açdı: “Artıq bir neçə gündü ki, “Bakı”nın yetirməsi olan Valeh Seyidov və Mirkamil Həşimov komanda ilə birgə məşq edir. Onlarla bağlı hələ yekin qərar verilməyib. Daha bir neçə gün bizimlə birgə olmalarını istəmişəm. Özlərini göstərə bilsələr, komandaya cəlb edəcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar