09 yan 10:46olke

“Araz” Adəmi də yola salıb iranlı qapıçı sınayır

“Araz” Adəmi də yola salıb iranlı qapıçı sınayır
Salyanski: “Çox güman, əcnəbilərin sayı 6-ya çatacaq”
“Araz” mövsümün ikinci yarısının hazırlığına start verib. İlk məşq dünən səhər Bakı İdman Sarayında baş tutub. Baş məşqçi Joze Alesio da Silva da artıq istirahətini başa vuraraq Bakıya dönüb və komandanı dünənki məşqə özü çıxarıb. Hazırlığın ilk həftəsi fiziki təmrinlərə həsr olunacaq. Naxçıvan təmsilçisi sabahdan tam heyətlə məşq edə biləcək. Məsələ burasındadı ki, “Xəzər Cənub”dan transfer olunan Əli Mikaili və Məsud Nəsirzadə hələ gəlib çıxmayıb. Təbrizli futzalçılar klub rəhbərliyindən birgünlük icazə alıb və bu gecə düşərgəyə təşrif buyuracaqlar. Daha bir yeni transfer, “Yasamal” MFK-nın sabiq üzvü Sadiq Cavid isə ilk məşqdə iştirak edib.
Qış fasiləsində Ramiz Çovdarov, Ruzigar İbrahimzadə və Elşən İbramxəlilovla yollarını ayıran “Araz” daha bir heyət üzvünü göndərməyə qərar verib. Adəm Həbibovla müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Bu haqda qəzetimizə bilgi verən “Araz”ın idman direktoru Marat Salyanskidən yeni transfer sorağı da aldıq: “Mikaili və Nəsirzadənin yolunu gözləyirik, onlar gələndən sonra 3 iranlı ilə münasibətlərimizi rəsmiləşdirəcəyik. Bütün detallar razılaşdırılıb, sadəcə, müqaviləyə imza atmaq qalıb. Sadiq hətta ilk məşqdə də iştirak etdi. Yeri gəlmişkən, qəzetiniz vasitəsilə “Araz”ın adından “Xəzər Cənub” rəhbərliyinə, Azər müəllimə təşəkkürümü bildirmək istəyirəm. İki aparıcı heyət üzvü ilə anlaşmağımıza mane olmadılar, təmənna güdmədilər. Bildiyimə görə, “Xəzər Cənub” da güclənəcək, komandaya yeni oyunçular cəlb edəcəklər. Çempionluq uğrunda mübarizəni sona qədər davam etdirmək istəyirlər. Onlara uğur arzulayırıq.
Biz də legioner sayını artıracağıq. Çox güman, əcnəbilərin sayı 6-ya çatacaq. Çünki komandadan gedənlər olub, həm boşluqları doldurmalı, həm də əlavə qüvvə cəlb etməliyik. Mövsümün ikinci yarısı daha gərgin keçəcək. Bildiyiniz kimi, Ramiz Çovdarov, Ruzigar İbrahimzadə və Elşən İbramxəlilov komandadan göndərilib. Daha bir nəfərlə yolları ayırdıq. Rusiyadan gələn Adəm Həbibovun çıxışı baş məşqçini qane etmədi. Beləliklə, 4 heyət üzvünün yeri boş qalıb. Artıq 3 transfer gerçəkləşdirmişik. Hazırda düşərgəmizdə daha bir iranlı var ki, onu da tanıyırsız.
“Liman”ın 26 yaşlı qapıçısı Seyid Əhməd Yaqubi baxışdadı. Özünü doğrultsa, “çərçivə” ilə bağlı da rəqabəti artırmaq istəyirik. Baş məşqçi ilə axtarışdayıq, namizədləri gözdən keçiririk. Alınsa, heyətə daha iki iranlı cəlb olunacaq. Transfer çalışmalarını mümkün qədər tez yekunlaşdırmaq istəyirik ki, toplanışı optimal heyətlə keçə bilək. Hazırlığın ilk həftəsində fiziki çalışmalar olacaq. Növbəti mərhələdə yoxlama oyunu keçirə bilərik. Hələlik sınaqçı-rəqib tapmamışıq. Onu da deyim ki, toplanışı elə Bakıda keçəcəyik”.
Qeyd edək ki, “Araz” ilk iki dövrədən sonra yüksək liqada 27 xal toplayıb və lider “Ekol”dan 2 xal geri qalır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar