09 yan 10:44olke

“Müşfiq” oyunlara icra nümayəndəliyinin avtomobili ilə gəlib-gedir

“Müşfiq” oyunlara icra nümayəndəliyinin avtomobili ilə gəlib-gedir
Xəyyam Xəlilov: “Bizdən bir şey olmayıb, heç olmasa, uşaqlar bir yerə çıxsın”
Kənd və qəsəbələrin həvəskar komandaları arasında keçirilən yarışda bir debutant da var. Müşfiqabad qəsəbəsini təmsil edən “Müşfiq” ilk turda istirahət etmiş, ikinci turda isə “Hunters”ə minimal hesabla uduzmuşdu. İlk qələbəsini ötən həftə darmadağınla əldə edən komandanın məşqçisi Xəyyam Xəlilovdu. Ailəsini fəhləliklə dolandıran Xəlilovun futbola sevgisi çoxdu. Hərçənd özü üçün artıq “qatarın getdiyini” düşünür və komandasına cəlb etdiyi gənclərə məsləhətləri var.
- Yarış necə keçir? Təşkilatçılıq necədi?
- Hər şey yüksək səviyyədə təşkil olunub. Federasiya prezidenti Vaqif Davudova təşkilatçılığa və göstərdiyi qayğıya görə komandamın adından təşəkkürümü çatdırıram. Futbol oynamaq üçün hər cür şərait yaradılıb. Hakimlər, həkimlər, polislər – hamısı federasiya tərəfindən təmin olunub. Çempionata təmənnasız qoşulmuşuq. Hətta Vaqif müəllim bizə topla bağlı kömək də edib.
- Bəs komandaların səviyyəsi necədi?
- Aşağı-yuxarı hamısı eyni səviyyədə komandalardı. Bütün iştirakçılara uğur arzulayıram. İstərdik ki, oyunlar “feyr-pley” qaydalarına uyğun baş tutsun.
- Sizə maddi cəhətdən kim kömək edir?
- Komandanı yığmaq bir qədər çətin oldu. Çünki sıfırdan başladıq. Hərə özünə forma, buts, qoruyucu, getr aldı. Allah Vaqif müəllimdən razı olsun. Bizim qəsəbənin icra nümayəndəliyinə kömək üçün ağız açdı. Bundan sonra qəsəbə nümayəndəsi Coşqun Bayramov komandaya maşın ayırdı. Oyunlara icranın ayırdığı nəqliyyat vasitəsi ilə gedib-gəlirik. Coşqun müəllim xeyirxah insandı. Qəsəbəmizdə hər kəs ondan razıdı, xeyli abadlıq işləri görülüb. O bizdən soruşdu ki, formanız var? Biləndə ki, özümüz almışıq, danladı. Dedi, gərək əvvəldən deyəydiz, onu da özüm alıb verərdim. Yeganə çatışmazlığımız stadiondu. İnşallah, o da olar. Meydanımız olsa, daha çox məşq edər, oyunlara yüksək səviyyədə hazırlaşarıq.
- Bu turda ən məhsuldar və ən yaxşı oyunçu sizin komandanın üzvü Ülvi Quliyev oldu. Onun potensialı peşəkar səviyyədə futbol oynamağa imkan verirmi?
- Bizdə hamısı cavan, potensiallı uşaqlardı. Hələ təzə başlamışıq. Mövsümboyu özünü yaxşı tərəfdən göstərə bilən futbolçular, heç şübhəsiz, başqa komandaların diqqətini çəkə bilər. Bu, hər kəsin özündən asılıdı.
- Hədəfiniz nədi?
- Hədəfimiz odu ki, sağlam nəsil üçün nümunə olaq. Bizdən bir şey olmayıb, heç olmasa, uşaqlar bir yerə çıxsın. İstəyimiz odu ki, uşaqlarımız çirkaba bulaşmasın. Gənclərimiz narkoman yox, idmançı olsunlar. Bəlkə aralarından kimsə gələcəkdə bayrağımızı yüksəklərə qaldıracaq.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar