09 yan 10:39olke

Rauf Əliyev narazıdı

Rauf Əliyev narazıdı
“Qəbələ”nin məşqində böyük həvəslə çalışanlardan biri də mövsümün ilk yarısında ümidləri doğrultmayan Rauf Əliyev idi. Forvardın işi vurduğu qollarla azarkeşlərə sevincli anlar bəxş etmək olsa da, Əliyev daha çox intizamsızlığı və ehtiyat oyunçular skamyasında oturması ilə yadda qaldı. Məşqdən sonra hamıdan gec, ayağını sürüyərək meydanı tərk edən, çox yorğun görünən forvarda yaxınlaşıb həm hazırlıq, həm də ilk iki dövrə ilə bağlı fikirlərini öyrəndim: “Tətildən sonra keçirilən ilk məşqlər həmişə ağır olur. Fasilədə fərdi hazırlaşsaq da, təbii ki, bütün bunlar intensiv məşqlərin yerini vermir. Fiziki hazırlığın yüksəlməsinə söykənən məşqlər xüsusilə ağır olur. Lakin bütün bunlar futbolun bir hissəsidi və istəsək də, istəməsək də, bu yolu keçməliyik. İndi normal güc yığmasaq, çempionatda bizə çox ağır ola bilər. Yorğunluğa gəlincə, tək mən yox, bütün komanda eyni vəziyyətdədi. İki gündü ağır məşqlər keçirik. Özünüz də gördüz ki, bu gün fitnes zalından çıxdıqdan sonra meydanda da çox qaçdıq. Onu nəzərə alın ki, daha çox sürət üzərində çalışdıq. Mövsümün ilk yarısı komandamız üçün heç də uğurlu alınmadı. İlk dövrə daha pis alındı. Çox çalışsaq da, “qara zolaq”dan çıxa bilmirdik. Sanki bəxt də bizdən üz döndərmişdi. Top tirə, dirəklərə dəyib qapıdan keçmirdi. Ardıcıl uğursuz çıxış olanda isə komandada bir qədər əsəbi ab-hava yaranır, futbolçuların əhval-ruhiyyəsi pozulur. Şükürlər olsun ki, ikinci dövrədə mövqeyimizi bir qədər yaxşılaşdırdıq, oyunumuzu tapdıq. Ümid edirəm ki, qarşıdakı iki dövrədə hər şey istədiyimiz axarda gedəcək və mövsümü mükafatçılar sırasında başa vuracağıq. Özümə gəlincə, çıxışımdan narazı qaldım. Məşqlərdə var qüvvəmlə çalışsam da, meydana çıxanda istədiyim oyunu göstərə bilmirdim. Bu da məni çox üzürdü. Fasilədə yaxşı istirahət etdim, bir qədər özümə gəldim. Açığı, futbol üçün də darıxmışam. Toplanış müddətində yenidən optimal formamı bərpa edib, komandaya faydalı olmağa çalışacam”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar