09 yan 10:38olke

“Qəbələ”nin fiziki hazırlıq üzrə məşqçisi futbolçularla vidalaşdı

“Qəbələ”nin fiziki hazırlıq üzrə məşqçisi futbolçularla vidalaşdı
Sənan Qurbanov: “Bəziləri də var ki, baxışa yox, birbaşa müqaviləyə gələcəklər”
Fasiləni başa vuran “Qəbələ” srağagündən təlim-məşq toplanışının ilk mərhələsinə start verib. Futbol ictimaiyyətinin bəzi nümayəndələri kimi, “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov da fasilə müddətindən yararlanaraq Ümrə ziyarətində olub.
Dünən “Qəbələ”nin Biləcəri Futbol Mərkəzində gerçəkləşən məşqinə baş çəkməkdə məqsədim hazırlıq prosesində kimlərin iştirak etdiyini, kollektivə yeni futbolçunun qoşulub-qoşulmadığını bilmək, baş məşqçi ilə toplanış barədə söhbətləşmək idi. Onu da qeyd edim ki, ilk məşq günündə şimallıların legionerləri iştirak etməmişdi. Bunun səbəbini komandanın meneceri, məşqi izləyən Səbuhi Səfiyarlıdan öyrənərkən məlum oldu ki, İstanbulda və Kiyevdə havaların qarlı olması əksər təyyarə reyslərinin yubanmasına səbəb olub. Bu üzdən əcnəbilər bir gün yubanıblar. Daha doğrusu, onlar yanvarın 6-sı axşam saatlarında Bakıya çatıblar ki, belə də məşqçilər korpusu legionerlərin yol yorğunluğunu nəzərə alaraq, onlara əlavə bir gün dincəlmək imkanı yaradıb. Saat 16.30-da başlayan məşqin ilk hissəsini “Qəbələ”nin futbolçuları trenajor salonunda keçirdilər. Bu proses təxminən 1 saat çəkdi. Ardınca isə kollektiv yaşıl meydana çıxdı. Bu vaxt komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı Miloş Yevtiçin meydanda olmaq əvəzinə məşqi kənardan izləməsi diqqətimdən yayınmadı. Səbuhi bəylə söhbətləşən serb mütəxəssis bir qədər sonra, ümumiyyətlə, bazanın qapısına tərəf yollandı. Adətən, toplanışın ilk mərhələsində fiziki hazırlıq üzrə məşqçilərin üzərinə daha çox iş düşür. İstirahətdən qayıdan futbolçular məhz fiziki yükləmələr altında çalışır ki, bu proqramı da onlara fiziki hazırlıq üzrə məşqçi verir. Ancaq nədənsə Miloş komanda üzvlərinə tapşırıq vermək, oyunçuları müxtəlif təmrinlərlə tərlətmək əvəzinə məşqi erkən tərk etdi. Bunun səbəbini bilmək üçün bu dəfə də Səfiyarlıya yaxnlaşdım. Və məlum oldu ki, Yevtiç artıq “Qəbələ”nin məşqçilər korpusunda çalışmır. O bir neçə gündən sonra yeni klubda işə başlayacaq. Serb mütəxəssis Qazaxıstan təmsilçisi, köhnə tanışı, “İnter”də birgə çalışdığı Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu “Ordabası” ilə müqavilə imzalayıb.
“Qırmızı-qaralar”ın yaşıl meydandakı çalışmaları da daha çox gücə hesablanmışdı. Sənan Qurbanov və köməkçiləri futbolçuların fitnes zalından çıxmasına baxmayaraq, kollektivi iki hissəyə bölüb müxtəlif qaçış elementləri üzərində işlədirdi. Onu da qeyd edim ki, komanda üzvləri nə qədər yorğun olsalar da, məşqçilər korpusunun verdiyi tapşırıqları maksimum yerinə yetirir, qısa və orta məsafələrə qaçış zamanı bir-birindən geri qalmaq istəmirdilər. Məşqin sonunda isə futbolçular təxminən 10 dəqiqə qapıya zərbələr vurdular. Meydan oyunçuları meydanda tər tökdüyü vaxt şimallıların qapıçıları – Dmitri Bezotosnı, Murad Popov və kollektivin köhnə-təzə üzvü Anar Nəzirov isə bir tərəfdə qapıçılarla işləyən məşqçinin rəhbərliyi altında gərgin hazırlıq keçirdilər. Hazırlıq prosesi meydanın ətrafında yüngül qaçışla başa çatdı. Futbolçular paltardəyişmə otağına yollanan vaxt isə inzibatçı yanvarın 8-i və 9-da gündə iki məşqin olacağını komanda üzvlərinin diqqətinə çatdırdı.
Məşq başa çatandan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanova yaxınlaşdıq. Sənan bəy sualımızı gözləmədən özü danışmağa başladı.
- Qış toplanışından çox şey gözləyirəm. Futbolçularla söhbətdə də vəziyyəti onlara çatdırıb, ətraflı məlumat vermişik. Təxminən 3 həftədən bir qədər artıq vaxtımız var ki, bütün çatışmazlıqları aradan qaldıraq. Bir sözlə, fasilədən maksimum yararlanmalıyıq.
- “Səbail”lə kubok görüşündən sonra mediaya iddialı açıqlama verməklə yadda qaldız. Qışdan sonra fərqli “Qəbələ” görəcəyimizi bildirdiz. Mövsümün ilk yarısındakı “Qəbələ” ilə qışdan sonrakı komanda arasında hansı fərq olacaq? Nəyə ümid olub bu sözləri dilə gətirmisiz?
- İlk iki dövrənin gedişində də bu haqda çox danışmışam. Yenə həmin məqama qayıtmaq istəyirəm. Bəzi oyunlarda rəqibdən üstün ola-ola, xal və xallar itirməyimiz komandaya psixoloji zərbə vurdu. Çox çalışsaq da, bu zərbədən ayıla bilmirdik. Sözün düzü, daxildə də elə böyük problemlərimiz yox idi ki, deyim bunun da hardasa bizə təsiri oldu. Sadəcə, psixoloji cəhətdən sınmışdıq. Vaxt ötdükcə isə uşaqlar toparlanmağı bacardılar. Onların işə yanaşması da bir qədər fərqli oldu. Əl-ələ verib çətin anları geridə qoymağı bacardıq ki, bu da çox keçmədən nəticələrdə əksini tapdı. Birinci dövrədə öz oyununu itirən kollektiv ikinci dövrədə artıq daha yaxşı təsir bağışlamağa başladı. Belə davam etmək, oyunla yanaşı, nəticələrimizi də yaxşılaşdırmaq üçün var qüvvəmizlə çalışacağıq.
- Mövsümün ilk yarısı sizin üçün də təcrübə oldu deyə bilərik? Hər halda, ilk dəfə baş məşqçi kimi komandanı oyunlara çıxardız...
- Tam doğrudu, bu fikirlə razıyam. O qədər səhvlər oldu ki... Futbolda səhvlər hər zaman olur, ancaq bundan dərs çıxarmaq, bir daha həmin səhvə yol verməmək lazımdı. Vaxt ötdükcə mən də müəyyən təcrübəyə yiyələndim, nəyi harda və necə etmək lazım olduğunu özüm üçün müəyyənləşdirdim.
- Baş məşqçi kimi özünüz üçün nəyi müəyyənləşdirdiz? Harda səhv, harda düz addım atdığınızı düşünürsüz?
- Bir şeyi dəqiq deyə bilərəm. İstər məşqçilər korpusu, istər futbolçular, istərsə də texniki personalda çalışan insanlar işinə tam peşəkar yanaşmalı, hər xırda detala diqqət yetirməlidi. Hardasa kiçik də olsa, boşluğa yol versən, zəncir qırılacaq. Bu da mexanizmin tam qüvvəsi ilə işləməsinə imkan verməyəcək. Bir də hər işdə nizam-intizam, səliqə-səhman olmalıdı. Hər qab rəfdə öz yerində olmalıdı ki, əlini atanda onu götürə biləsən. Əks halda istədiyini görə bilməyəcəksən, düşündüyünü reallaşdırmaqda çətinlik çəkəcəksən. Mənə elə gəlir, ikinci dövrədən etibarən biz yavaş-yavaş bunu bacarırıq.
- Qış fasiləsində komandanın güclənəcəyi gözlənilsə də, əksi baş verdi. “Qəbələ” aparıcı futbolçularından birini – Təmkin Xəlilzadəni itirdi. Onun gedişi sizə nə dərəcədə təsir edəcək?
- Təmkin yaxşı futbolçudu. Ancaq elə vəziyyət yarandı ki, həm futbolçu, həm də klublar öz aralarında belə razılığa gəldilər. Xəlilzadəni hardasa başa düşmək olar. Sərfəli təklif gəldi, o da qəbul etdi. Ancaq Xəlilzadənin düşərgəmizdən ayrılması o demək deyil ki, “Qəbələ” zəifləyəcək. Fasilədə heyətə yeni oyunçular cəlb etmək niyyətindəyik. Hələ ortada konkret heç nə olmadığından ad çəkmək istəmirəm.
- Məndə olan məlumata görə, komanda Türkiyədə olduğu müddətdə baxışa yeni futbolçular gələcək. Sizə elə gəlmir ki, inkişaf etmək əvəzinə “Qəbələ” keçmiş günlərə qayıdır.
- Nə mənada?
- Ona görə ki, Syominin, Qriqorçukun vaxtında legionerlər birbaşa müqaviləyə dəvət olunurdular. Bu da ondan irəli gəlirdi ki, həmin əcnəbilər əvvəlcədən izlənilirdi, nəyə qadir olduqları bilinirdi. İndi isə legionerləri baxışa dəvət edirsiz. Baxışa gələn futbolçu da kəsilməmiş qarpız kimidi. İki-üç məşqdə özünü yaxşı tərəfdən göstərib istədiyi anlaşmaya qol çəkdikdən sonra mövsümboyu ümidləri doğrultmaya bilər.
- Bəzi gənclər var ki, onlara mütləq baxmaq lazımdı. Ancaq bəziləri də var ki, baxışa yox, birbaşa müqaviləyə gələcəklər. Bu gün bizə elə oyunçu lazımdı ki, komandaya fayda versin. Bir görüşdə 5 qol vurub, mövsümün qalan matçlarında papağı günə verən oyunçu istəmirəm. Sabit oyun sərgiləyənləri axtarırıq. Transfer xatirinə transfer etmək istəmirik.
- Komandanın fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç də “Qəbələ” ilə yollarını ayırdı. Onu kiminlə əvəzləməyi planlaşdırırsız? Maraqlandığız, danışıq apardığız mütəxəssis var?
- Miloşla əvvəlcədən danışığımız belə olmuşdu. O bizə qışa qədər kömək edəcəyini hələ yayda demişdi. Bu gün də gəlib komanda üzvləri ilə vidalaşdı. Bilirdik ki, fasilədə yenidən Tsxadadzenin yanına qayıdacaq. Artıq onun yerinə başqa namizədlər axtarırıq.
- Namizədlər kimlərdi?
- Konkret ad çəkə bilmərəm. Sadəcə, danışıqlar gedir. Sözün düzü, bizim birgə çalışmaq istədiyimiz mütəxəssislər var. Ancaq onlardan hanısa biri hələ “hə” deməyib. Ona görə də ad çəkmirəm.
- Həmin mütəxəssislər yerlidi, yoxsa əcnəbi?
- Yerli. Türkiyəyə yollanana qədər bu məsələ həll olunmalıdı. Ola bilsin, sabah (bu gün) artıq onunla müqavilə bağladıq.
- Premyer-liqa təmsilçilərinin, demək olar ki, hamısında fiziki hazırlıq üzrə məşqçi əcnəbidi. Belə fikir formalaşıb ki, bizimkilərin arasında bu sahəni dərindən bilən mütəxəssis yoxdu. Belə olan halda siz nə üçün yerli məşqçi ilə çalışmaq istəyirsiz?
- Dəvət edəcəyimiz məşqçi sırf fiziki hazırlığa görə cavab verməyəcək. Bu işi məşqçilər korpusu görəcək. Əsas odu, yeni gələn də işinə ciddi yanaşsın, ümumi amal uğrunda bilik və bacarığını ortaya qoysun.
- Türkiyəyə olduğunuz müddətdə 4 yoxlama görüşü keçirməyi planlaşdırırsız. Sizə elə gəlmir ki, ötən illərlə müqayisədə qarşılaşacağınız komandaların səviyyəsi aşağıdı?
- Əvvəlcə onu bildirim ki, Türkiyəyə yollanmamış Bakıda bir yoxlama oyunu keçirəcəyik. Yanvarın 11-də “Qaradağ Lökbatan”la üz-üzə gələcəyik. O ki qaldı ordakı rəqiblərimizə, mən heç də sizin kimi düşünmürəm. Mənə sürətli oyuna üstünlük verən komandalar lazım idi. Ona görə də matçlar razılaşdırılmamışdan əvvəl bir-bir onların oyunlarını izləmişəm. Ola bilsin, ilk görüşdəki rəqibimiz bir qədər zəifdi. Ancaq bu da başadüşüləndi. Ağır fiziki məşqlərdən sonra hər bir komanda ilk qarşılaşmanı zəifə qarşı keçirir. “Fakel”, “Yenisey”, MTK normal heyətə malik, güclü komandalardı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar