13 mar 11:36olke, manset

Elçin Məmmədov ad çəkmədi

Elçin Məmmədov ad çəkmədi
“Bəzi klublar bu məsələyə çox peşəkar yanaşır”

Artıq mövsümün başa çatmasına 2 aydan da az qalıb. Həm premyer-liqada, həm də birinci divizionda mübarizə həlledici mərhələyə qədəm qoyub. Qeyd edək ki, reqlamentə əsasən, güclülər dəstəsində sonuncu yeri tutan komanda aşağı yuvarlanacaq, diviziondan 3 klub yüksək liqaya vəsiqə qazanacaq. Növbəti mövsümdən isə premyer-liqada yenidən 10 komanda mübarizə aparacaq. Hər halda, mövsümdən öncə təsdiq olunan Əsasnamədə belə qeyd edilib. Nə bilmək olar, sabah AFFA İcraiyyə Komitəsi yeni qərar qəbul edə və reqlamentdə dəyişikliklər ola bilər. Nəzərə alaq ki, daha öncə belə halların şahidi olmuşuq. Hazırda isə aydın məsələdi ki, elitaya can atan aşağı dəstə təmsilçiləri təkcə yuxarı pillələri tutmaq haqda düşünməməlidi. Klub lisenziya tələblərinə cavab verməyəndən sonra, çempion olsa belə, elitaya yüksələ bilməyəcək. Xüsusən bizdə bunun dəfələrlə şahidi olmuşuq. Bir sözlə, əvvəlki illərdən nəticə çıxaran klublar işini etibarlı tutmalı, vaxtında hərəkətə keçməli, tələb olunan meyarlarla bağlı problemləri tez bir zamanda həll etməlidi.
Maraqlıdı, hədəfi premyer-liqaya vəsiqə qazanmaq olan klublar artıq sənədlərini müvafiq quruma təqdim edibmi? Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxladıq: “Hələ ki bunun üçün vaxt var. Çünki maliyyə sənədləri martın sonuna qədər verilməlidi. Digər meyarlarla bağlı bizim ekspertlər klublarla əlaqə saxlayır. Sənədləri qəbul edirik. İndidən nəticələri demək bir az çətindi. Həmişəki kimi mayda açıqlanacaq. Həmin ay komissiya yığışır və qərar qəbul edir. Hazırda isə sənədlərin qəbul prosesi bitmədiyinə görə bir şey deyə bilməyəcəm. Onu deyə bilərəm ki, premyer-liqanın bütün klubları yox, ancaq əksəriyyəti avrokuboklar, birinci diviziondan bir neçə klub premyer-liqa üçün müraciət edib. Ötən mövsümlərdən fərqli, bəzi klublar bu məsələyə çox peşəkar yanaşır. Ümid edirik ki, bu il birinci diviziondan elitaya yüksələn klub və ya klublar olacaq”.
Heç kimə sirr deyil ki, premyer-liqaya ən real namizədlər kimi “Səbail”lə “Zaqatala”nın adı çəkilir. Görəsən, bu iki klubda lisenziyalaşdırma ilə bağlı vəziyyət necədi? Məmmədovu dinləyək: “Ad çəkməyim düzgün deyil. Biz qərarları açıqlayanda orda adlar da bəlli olur. Lisenziya alan və almayan klublar göstərilir. Ordan aydın olur ki, mövsümboyu gedən prosesdə kimlər iştirak edirdi. Bizdə məxfilik qaydası var, adları indidən açıqlamırıq. Lakin klublar özləri istəsə, onların haqqı var ki, mətbuata müraciət edib-etmədiklərini bildirsinlər. Amma biz qərar verməmiş ad çəkmirik, klubların ümumi sayını açıqlamırıq. Bu mövsümün gedişində idman nəticələrinə təsir göstərə bilər. Tutaq ki, mən çıxıb elan edirəm, birinci diviziondan heç kim müraciət etməyib. Bu o deməkdi ki, premyer-liqada sonuncu yerlərdə qərarlaşan klublar rahatlaşar, yəni düşünərlər ki, heç kim müraciət etməyibsə, biz elitada qalacağıq. Belə deyim, lisenziyalaşdırma mövsüm gedə-gedə idman nəticələrinə təsir etməməlidi. Ona görə biz bunu sona saxlayırıq”.
Elçin bəy “belə çıxır, əsas məsələ maliyyə meyarıdı” sualımızı belə cavbladı: “Təbii. Bütün meyarları yerinə yetirmək, deyək ki, uşaq komandaları, stadion - bunları reallaşdırmaq üçün maliyyə lazımdı. Maliyyə olmasa, başqa tələbləri də yerinə yetirə bilməyəcəklər. Və maliyyə meyarları ən sonda verilir. Yanvar-fevral aylarında digər sənədlər təqdim olunur, maliyyə sənədi isə martda verilir. Düzdü, hansısa sənəd çatışmayanda o da martda gətirilir. Ancaq əsas hissə martın sonu-aprelin əvvəlində bilinir ki, klub maliyyə tələblərinə cavab verir, ya yox. Maliyyə hesabatı bizə verilir və bizim ekspertlər bunu araşdırır, baxır, arayışlar yığılır ki, klubun borcu var, yoxdu və başqa bir neçə tələb nəzərdən keçirilir. Klub meyarlara uyğun gəlirsə, böyük ehtimalla, lisenziya alacaq. Yenə deyirəm, maliyyə qaydasındadısa, deməli, klub başqa meyarları da yerinə yetirməyə qadirdi. Məsələn, bizdə tələb yoxdu ki, öz stadionu olsun. Klub gedib icarə müqaviləsi də bağlaya bilər. Bunun üçün də maliyyə lazımdı”.
Məmmədov İcraiyyə Komitəsinin klublara əlavə vaxt tanıya biləcəyini də söylədi: “Bizdə qayda belədi ki, mayın 15-nə qədər komissiya yığışsın. Son tarix həmin gündü. Biz indi hadisələrin axarına baxacağıq. Heç bir sual qalmasa, bəlkə də mayın ilk 10 günündə keçirilsin. Yox, belə olmasa, hər halda, ayın 15-nə kimi keçirilməlidi. Prosedur belədi. Çünki biz də o qərarı göndəririk UEFA-ya. Qitə futbol qurumu da baxır ki, avrokuboklarda kimlər, premyer-liqada kimlər iştirak edəcək. Ona görə bizdə də vaxt məhdudiyyəti var. Bu üzdən onu istədiyimiz qədər uzada bilmirik. Ötən mövsüm UEFA ilə yox, premyer-liqa ilə bağlı əlavə vaxt verilmişdi. İcraiyyə Komitəsinin xüsusi qərarı var idi ki, əlavə vaxt verilsin. Bu artıq AFFA-nın ali orqanının qərarı idi və qaydaları onlar təsdiq edir. İK-nın ixtiyarı var ki, xüsusi şərtlərlə vəziyyətə baxaraq həmin müddəti uzatsın”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar