08 yan 15:25olke

Yoldaşlıq oyunu Rəşad Sadıqovun təşəbbüsü olub

Yoldaşlıq oyunu Rəşad Sadıqovun təşəbbüsü olub
Elnur Quliyev: “Bu matçın “İmarət”in 10 illiyinə aidiyyatı yox idi”
Çempionatda yaranan fasilədən “Qarabağ”ın futbolçuları hərtərəfli yararlanmağı bacardılar. 15 günü ailələrinə və kurort şəhərlərində dincəlməyə həsr edənlər heç bir halda idmansız qala bilmirdilər. Biri badminton turnirində qalib oldu, bir başqası mini-futbol yarışında iştirak etdi, kimisi də “ilin ən yaxşıları” nominasiyasında qalib seçildiyi üçün mükafatının dalınca yollandı. Təbii, söhbət “köhlən atlar”ın legionerlərindən gedir.
Yerlilər isə təlim-məşq toplanışının startına iki gün qalmış gündəmə gəldilər. Yanvarın 4-də “Qarabağ”ın futbolçuları ilə “İmarət”in üzvləri arasında yoldaşlıq oyunu baş tutdu ki, şounun kifayət qədər tutarlı alındığını qeyd etmək yerinə düşər. Soyuq havada isinmək üçün əla fürsət idi.
Düzü, belə bir oyunun baş tutacağının cəmi iki gün əvvəl bilinməsi olduqca təəccüblü idi. Adətən, bu cür tədbirlər, şoular haqda bir həftə, yaxud bir ay öncə məlumat verilir, insanlar xəbərdar olur. Həm də 2019-un yanvarına təsadüf etməsinin özü də olduqca şübhəli idi. Bu il “İmarət”in 10 yaşı tamam olur deyə, məlum görüşü yubiley tədbirinin bir hissəsi kimi qəbul edənlər də vardı. Qrupun İdarə Heyətinin üzvü Elnur Quliyevlə söhbətdə məlum oldu ki, oyun qəfil ortaya atılan ideyanın “məhsul”u olub: “Bu barədə kapitan Rəşad Sadıqovla söhbətimiz oldu. Daha doğrusu, Sadıqovdan mesaj aldıq. Bildirdi ki, fasilə dönəmindən yararlanıb belə bir matç keçirmək yerinə düşər. Həm ailə ortamı yaratmaq, həm azarkeşlərlə futbolçuların yaxınlaşması, həm də Antalya səfəri ərəfəsində tərləmək üçün əla imkan idi. Yəni klubluq bir şey yox idi. Sırf Rəşad Sadıqovla futbolçuların təşəbbüsünün nəticəsi idi. Biz “İmarət”çilərə isə yalnız əl çalmaq, sevinmək qaldı. Gördüyünüz kimi, həm oyun maraqlı alındı, həm də azarkeşlərimiz möhtəşəm ab-hava yaratmağı bacardılar. Lakin bu matçın “İmarət”in 10 illiyinə aidiyyatı yox idi. Yubileylə bağlı tədbirlər haqda düşünürük, müəyyən planlarımız var”.
Əlbəttə, ideya olaraq yaxşıdı. Lakin bir məqama diqqət yetirməmək olmur. Meydanda top dalınca qaçan əsas komandanın üzvləri həvəskarlara qarşı mübarizə aparırdı ki, bu da zədə almaq riskini artırır. Qurban Qurbanov isə belə məsələlərə həssas yanaşan adamdı. Maraqlıdı, bu məqam futbolçuların özünü, ya da baş məşqçini narahat edirdi? Və ya kim(lər)insə zədələnməsini necə qəbul edəcəkdilər? Təşəbbüsün sahibi Rəşad Sadıqovu dinləyək: “Belə deyim, hər iki tərəfin təklifinin nəticəsi olaraq belə bir oyun baş tutdu. Əslində ilk belə hal deyildi. Təxminən ilyarım əvvəl də belə bir oyunda üz-üzə gəlmişdik. Qurban Qurbanovu məlumatlandırdıq, icazə aldıq və heç bir problemin olmadığını biləndən sonra meydana çıxdıq. Zədəyə gəlincə, gördüyünüz kimi, sərt oyun olmadı. O ki qaldı zədə riskinə, insan adi vəziyyətdə də zədə ala bilir. Önəmli olan zədə riskini göz önünə gətirmək yox, ilboyu bizə dəstək verən azarkeşlərə daha da yaxınlaşmaq idi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar