08 yan 15:07olke

Ruzi əlacsızlıqdan İsveçə gedibmiş

Ruzi əlacsızlıqdan İsveçə gedibmiş
“24 yaşım var, oynamağa komanda tapa bilmirəm”
Klubsuz qalan, gələcəyi qeyri-müəyyən olan futbolçular formada qalmaq, futboldan uzaqlaşmamaq üçün günlərini paytaxtdakı ödənişli süni örtüklü meydançalarda keçirirlər. Xüsusən də “AST Arena”dakı meydançalarda xeyli sayda premyer-liqa təcrübəsi olanlara rast gəlmək mümkündü. Necə ki, üç gün əvvəl Davud Kərimi, Ruzi Qiyaslı, İlqar Ələkbərov, Elgün Abbaslını dostları ilə futbol oynamağa hazırlaşarkən gördüm.
Xeyli vaxtdı gözdən itən Ruzi ilə rastlaşmaq maraqlı alındı. Ayaqüstü söhbətdə məlum oldu ki, vaxtilə “Neftçi”nin sıralarında olan qapıçı İsveçdən qayıdıb. Ötən ili Skandinaviyada keçirən 24 yaşlı qolkiper bir neçə aylıq olsa da, legioner həyatı yaşamağı qərara alıbmış. Söhbətin davamında marağıma səbəb olan suallara cavab tapmağa çalışdım.
- İsveçdən qayıtdığını deyirsən. Nə məsələdi?
- Ötən ilin yanvarında “Kəpəz”dən ayrılandan sonra birinci divizionda mübarizə aparan “Sabah”a keçmişdim. Lakin orda çox qalmadım. Apreldə İsveçin 3-cü liqasında mübarizə aparan komandadan təklif gəldi deyə, ora yollandım. Ölkənin şimalında yerləşən Lyuksele qəsəbəsinin eyniadlı komandası idi. Birbaşa müqaviləyə dəvət etmişdilər. Orda çempionat “yaz-payız” sistemində keçirilir. Oktyabrda yarış başa çatdığından vətənə qayıtmalı oldum. İki aydı buralardayam.
- Həvəskar liqa sayılır?
- Düzünü desəm, dildə həvəskar adlanır. Amma səviyyə, şərait, oyun və maraq baxımından bizim birinci diviziondan heç də geri qalmır. Stadionlarına baxırsan, vallah, bizim bəzi komandaların elə stadionları yoxdu.
- İsveçin 3-cü liqa təmsilçisində çıxış etməyə razılıq vermək məcburiyyətdən atılan addımdan başqa nəyəsə oxşamır.
- Əlbəttə, elədi. Futbolçuyam, futbol oynamaq istəyirəm. Burda təklif olmayandan sonra nə etməliyəm? 24 yaşım var, oynamağa komanda tapa bilmirəm. Elitada 8 komandadı, əsasən təcrübəlilərə və əcnəbilərə güvənirlər. Belə deyim, zərrə qədər də şansım yoxdu. Aşağı dəstədə də limitə görə əlacsızlıqdı. Əlacsızlıqdan İsveçə getdim ki, şansımı yoxlayım. İsveç böyük ölkədi, bütün liqaları izləyirlər. Dedim, bəlkə daha yuxarı liqalara yolum açılar. Amma baxıram ki, orda da əlaqələrin olmalıdı.
- İsveçə necə gedib çıxdın?
- Ad çəkməyəcəm, azərbaycanlı məşqçi var, həmin komandada işləyirdi. Komandanı 4-cü dəstədən 3-cü liqaya qaldırmışdı. Burdan bir nəfər məni həmin məşqçiyə məsləhət görmüşdü, o da “gəlsin” demişdi.
- Aylıq maaş necəydi?
- Maaş deyəndə ki, 3-cü liqada nə maaş olacaq? Oyunbaşına alırdım, ayda hardasa 400-500 avro edirdi, bizim pulla 800-1000 manat. Bizim birinci divizion səviyyəsində. Qalmağa ev vermişdilər, qidalanmaq da onların boynundaydı. Düzdü, İsveç üçün çox azdı. Amma mən ora pul dalınca yox, başqa niyyətlə getmişdim.
- Yenidən ora qayıtmağa dəyər, yoxsa vətəndə qalmaq istəyirsən?
- Açığı, burda qalmaq həvəsindəyəm. Amma baxıram ki, heç kimə lazım deyiləm. Nə çağıran var, nə maraqlanan. Limit klubları da, bizi də çox çətin vəziyyətə salıb. Gözləyirəm, bəlkə kimsə xidmətimə ehtiyac duyar, təklif göndərər. Alınmasa, fevralda, ya da martda yenidən İsveçə gedə bilərəm. Çempionat apreldə başlayacaq. Gedəndə də demişdilər ki, qayıtmaq istəsən, problem yoxdu.
- Klubsuzların çoxu Türkiyənin BAL liqasına üz tutur...
- Variant olsa, gedərəm. Bunun üçün əlaqələrin olmalıdı. Tanışın olmasa, çox çətindi.
- Yeri gəlmişkən, İsveçdə komanda yoldaşlarınla, məşqçilərlə hansı dildə əlaqə qururdun?
- İlk dönəmlərdə bu baxımdan çətinlik çəkirdim. Tədricən İsveç dilini öyrənməyə başladım. Danışanları başa düşürdüm, fikrimi çətin də olsa, izah etməyə çalışırdım. İnsanıq da, harda qalsaq, mühitə öyrəşirik, dili mənimsəyirik. Elə də çətin dil deyil, başa düşmək olur.
- Qaldığın bölgədə azərbaycanlılar çoxdu?
- Ora yeni gedəndə Elsəvərlə yaxınlıq edirdim. O da azərbaycanlıdı, 23 yaşı var, vaxtilə “Qəbələ”də olub, “Sumqayıt”da oynayıb. Amma o orda çox qalmadı. Birinci dövrədən sonra bizdən ayrıldı. Bildiyimə görə, futboldan uzaqlaşdı, atası başqa ölkədəydi, onun yanına işləməyə getdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar