28 dek 23:34olke

“Region Liqasını istədiyimiz səviyyəyə çatdırandan sonra bu məsələni aktuallaşdırmaq olar”

“Region Liqasını istədiyimiz səviyyəyə çatdırandan sonra bu məsələni aktuallaşdırmaq olar”
Yusif Vəliyev texniki məğlubiyyətləri normal sayır
Ötən sayımızda Region Liqasında çıxış edən komandaların da istirahətə çəkildiyini xəbər vermişdik. Futbolla az-çox maraqlananların, mütəxəssislərin əksəriyyətinin fikrincə, liqa həvəskar status daşımasına baxmayaraq, səviyyəsinə görə heç də birinci diviziondan geri qalmır. Birvaxtlar aparıcı elita klublarında, hətta millidə çıxış edən bəzi futbolçuların liqaya üz tutması mübarizəyə marağı daha da artırıb. İlin sonuna sayılı günlər qalmış Region Liqasının İşçi qrupunun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə görüşüb söhbətləşdik. Yusif bəy həm Region Liqası, həm də aşağı yaş qrupları arasında keçirilən çempionatlarla bağlı suallarımızı cavabladı.
- Artıq il başa çatmaq üzrədi. İstərdik ki, cavabdehlik daşıdığınız sahə üzrə 2018-ci ili dəyərləndirəsiz.
- Bizim şöbənin əsas işi, adından da görünüdüyü kimi, müxtəlif yaş qrupları arasında yarışları təşkil etməkdi. Bundan başqa, şöbə Region Liqasının İşçi qrupunda da təmsil olunur. Öncə Region Liqası ilə bağlı fikirlərimi bildirmək istərdim. Başa çatmaqda olan il bu liqa üçün çox yaxşı alındı. Bir oyunda belə texniki məğlubiyyət olmadı. Düzdü, bəzi görüşlərdə xırda insidentlər yaşandı. Nəzərə almaq lazımdı ki, bu həvəskarlar arasında keçirilən turnirdi. Bu üzdən bir-iki qarşılaşmada narazılıq oldu. Ancaq biz hər zaman çalışırıq ki, təşkilatçılıqla bağlı heç bir problem yaşanmasın, oyunların keçirildiyi stadionlarda asayiş təmin olunsun. Yeni mövsüm ərəfəsində Region Liqasında iştirak üçün 50-dən çox komanda müraciət etmişdi. Onların hamısı ilə bir-bir görüşüb ciddiyyətini, davamiyyətini nəzərə alıb müəyyən araşdırmalar apardıqdan sonra qərarımızı verdik. Mövcud durumu nəzərə alıb, İşçi qrupun verdiyi qərarların özünü doğrultduğunu söyləyə bilərəm. Heç bir komanda ilə bağlı oyuna getməmək və ya matçı yarımçıq qoymaq kimi problem olmadı. AFFA tərəfindən bütün komandalar idman geyimləri, toplar və inventarlar ilə təmin olunub. Çalışırıq ki, bütün komandalara maksimum dəstək göstərək.
- AFFA liqada çıxış edən komandalara maddi cəhətdən də yardım edir?
- Xeyr. AFFA, sadəcə, bütün İcra Hakimiyyətlərinə məktublar ünvanlayıb, bölgəni təmsil edən komandaya dəstək verməyi xahiş edib. Bunun özü də bir dəstəkdi. Çünki göndərilən məktublar yerli İcra Hakimiyyətləri tərəfindən müsbət dəyərləndirildi və əksər komandalara lazım olan maliyyə həmin icra orqanlarından ayrılır. Çox sevindirici haldı ki, bununla yanaşı, sponsorlar tərəfindən maliyyələşən komandalar da var. Məsələn “FC Baku”, “Füzuli”, “Şahdağ”, “Tufan”, son çempion “Uğur”u qeyd edə bilərəm.
- Sponsorların Region Liqasına maraq göstərdiyini vurğuladız. Komandaya himayədarlıq edən şirkət və ya iş adamı xərclədiyi pulun qarşılığını görmək istəyir. Bu il liqanın qalibi olacaq kollektivin birinci diviziona yüksəlmək ehtimalı var?
- Bu məsələ ilk növbədə Əsasnamədə əksini tapmalıdı. Bu günə kimi isə bununla bağlı müzakirə olmayıb. Hazırda əsas məqsəd liqada sağlam mühit formalaşdırmaq, davamiyyəti təmin etməkdi. Düşünürən ki, Region Liqasını istədiyimiz səviyyəyə çatdırandan sonra bu məsələni aktuallaşdırmaq olar. Ancaq onu da istisna etmirəm ki, mövsümün qalan hissəsində bu yöndə müzakirələr aparılsın. Hər şey katiblikdən və İcraiyyə Komitəsindən asılıdı.
- Bu gün oyunları qəbul edən stadionlarda vəziyyət necədi? Arena hansı tələblərə cavab verməlidi ki, orda matçlar keçirilsin?
- Təbii ki, belə tələblər var. Məsələn, “Şirvanovka”nın ev oyunlarını keçirdiyi stadionu götürək. Çempionat ərəfəsində həm ora, həm də başqa stadionlara baxış keçirdik. Təbi ki, ilkin mərhələdə biz onlardan çox şey tələb edə bilməzdik. Bizim üçün ən vacib olan meydanın durumu idi. Onlar da minimum tələblərə cavab verirlər. Düzdü, bəzən hansısa komanda meydan sahiblərinin oyundan sonra onları isti su ilə təmin etməməsindən şikayətçi olur. Narazılıq edənləri başa düşürük. Lakin onu da nəzərə alırıq ki, bu gün su sistemini yenidən quraşdırmaq, yeni avadanlıqlar almaq həmin komandaya baha başa gəlir. Tədricən belə çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Elə olub ki, hansısa komandanın yeni qapılara ehtiyacı olub. AFFA bu yöndə də köməyini əsirgəməyib, texniki tərəfdən də yardım edirik. Bundan başqa, liqa oyunlarını qəbul edən arenalarda təhlükəsizlik tədbirləri görülməlidi. Ya klub, ya da yerli İcra Hakimiyyəti tərəfindən belə təminat almasaq, görüşlər keçirilə bilməz. Hər matçda “təcili tibbi yardım” maşınının olması da vacib şərtdi. Paltardəyişmə otaqları da normal vəziyyətdə olmalıdı. Təbii ki, ildən-ilə bizim də tələblərimiz sərtləşəcək.
- Üçüncü tura təsadüf edən “Kürmük” – “Şəki” görüşündə kütləvi dava-dalaş yaşandı. Meydandan qovulan futbolçulardan başqa kimlərəsə cəza verildi?
- Hər iki komandaya sonuncu dəfə ciddi xəbərdarlıq olundu. Bu hal bir daha təkrarlansa, liqadan kənarlaşdırılacaqlar. Bundan başqa, “Kürmüy”ün 3 ev oyununu səfərdə keçirməsi ilə bağlı qərar qəbul olundu. Bu iki komanda ilə yanaşı, “Şahdağ” və “FC Baku”ya da eyni xəbərdarlıq olunub. Xatırlayırsızsa, onların da arasında baş tutan ilk görüşdə insident yaşanmışdı. Təəssüf ki, hər iki insidentdə azarkeşlər yox, komandalar arasında xoşagəlməz olay yaşanmışdı. Bunu nəzərə alıb müxtəlif kommunikasiya vasitələri ilə birincilikdə iştirak edən bütün komandalarla əlaqə saxlayır, maarifləndirmə işi aparırıq ki, bir daha belə hallar yaşanmasın.
- Bu gün liqada çıxış edən “Şıxlar”, “Gənclik İK” kimi komandalar hər oyunda böyük hesabla məğlub olurlar. Sizə elə gəlmir ki, 0:15, 0:20 hesabı ilə uduzan komandalar liqanın nüfuzuna xələl gətirir?
- Mən belə düşünmürəm. Bu gün UEFA-nın bayrağı altında təşkil olunan yarışlarda San Marino, Cəbəllütariq kimi zəif yığmalar çıxış edir. Onlar da bir çox qarşılaşmalarda böyük hesabla uduzurlar. Buna görə qitə futbol qurumu həmin yığmaları turnirlərdən kənarlaşdırmır ki? Bu idman prinsiplərinə də ziddi. “Şıxlar”a gəlincə, onlarda olan həvəs, istək bəlkə də heç bir komandada yoxdu. Məsuliyyət baxımından da digər kollektivləri qabaqlayırlar. Hər oyunda udzmalarına baxmayaraq, görüş başa çatandan sonra bizimlə əlaqə saxlayıb “nə yaxşı ki, bizim kimi komandalara bu liqada çıxış etməyə imkan yaradırsız” deyib, təşəkkür edirlər. Onlar futbolla nəfəs alırlar. Liqada çıxış etmək onlar üçün əsl bayramdı. Niyə biz komandanı bu sevincdən məhrum edək? Ruhdan düşmürlər, sona qədər mübarizə aparırlar. “Tufan”ı götürək. Son turlarda uğursuz çıxış etsələr də, rəhbərlik işinə çox peşəkar yanaşır.
- Bir qədər də aşağı liqalar barədə danışaq. Ordakı vəziyyət sizi qane edir?
- Müxtəlif yaş qrupları üzrə çempionatlar təşkil olunan ilk vaxtlarda qarşılaşdığımız ən böyük problem “lipa” ilə bağlı idi. Demək olar ki, əksər komandalarda bu hal yaşanırdı. Ancaq görülən tədbirlər nəticəsində artıq bu çatışmazlıq sıfır səviyyəsinə enib. Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində TMS proqramının köməyi ilə artıq hər bir uşaq haqda məlumat bazası yaradılıb. Artıq elə şərait yoxdu ki, kimlərsə əyri yollara əl atsın.
- Hər tur müxtəlif yaş qruplarının yarışlarında texniki məğlubiyyətlərin verildiyinin şahidi oluruq. Bu nə ilə bağlıdı?
- Uşaq futbolunda bu hal qaçılmazdı. Müxtəlif yaş qruplarında 200-dən artıq komanda çıxış edir. Bu rəqəmin qarşılığında 2-3 matçda hansısa komandaya texniki məğlubiyyət verilməsi normaldı. Məsələn, bu gün hava soyuqdu, valideyn uşağını oyuna buraxmır. Bir kollektivdən də bir neçə oyunçu gəlmirsə, artıq komandada yetərsəy olmadığından meydana buraxılmır. Və yaxud hansısa komandada “lipa” aşkar olunur və buna görə də onlara texniki məğlubiyyət verilir. Bizi qınamasınlar deyə, saxtakarlığa göz yummalı deyilik ki? Mövsümün əvvəlində isə bəzi kollektivlər futbolçuların sənədlərini düzəltmədiyindən oyuna çıxa bilmədilər. Yenə deyirəm, 200-dən artıq komandanın çıxış etdiyi liqalarda belə hallar olub, var və olacaq.
- Bir neçə il əvvəl AFFA bütün yaş qruplarına top və forma verirdi. Artıq bu dayandırılıb. Elita, pullu futbol məktəblərinin təmsilçiləri özləri-özlərini təmin edə bilirlər. İmkanı olmayan idman məktəblərində isə vəziyyət ağırdı. Heç olmasa, onlara güzəşt etmək olmazdı?
- 4-5 il əvvəl 3 yaş qrupu üzrə yarışlar keçirilirdi. Artıq 10 və 11 yaş qrupları da bura daxildi. 5 yaş qrupunda Bakı və regionlar da daxil olmaqla görün neçə komanda çıxış edir? Onların hamısını forma və topla təmin etmək çox böyük vəsait tələb edir. Əvəzində Bakı zonasını çıxmaq şərti ilə bölgələrdə çıxış edən bütün komandalara AFFA tərəfindən nəqliyyat xərcləri ayrılır. Bu da az məbləğ təşkil etmir. Ancaq forma və topla bağlı hansı komanda bizə müraciət edirsə, onlara kömək edirik. Heç kim deyə bilməz ki, AFFA-ya müraciətimiz cavabsız qalıb.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar