28 dek 20:17olke

“Qəbələ”nin 12 məqamı

“Qəbələ”nin 12 məqamı
“Qəbələ”nin saytı 2018-ci ilə yekun vurub. Fərqləndirilən ən yaddaqalan 12 məqamı məyyən redaktə ilə diqqətinizə çatdırırıq.
1. Ardıcıl 5-ci mükafat
2005-ci ildə yaranmasına baxmayaraq, qısa müddətdə Azərbaycan futbolunun liderləri sırasına qoşulan “Qəbələ” 2017/18 mövsümünü də yüksək pillələrdə bitirib. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda çempionatı 2-ci yerdə başa vurub. Bu, “qırmızı-qaralar”ın ardıcıl 2-ci gümüş mükafatı olub. Ümumilikdə isə komanda ardıcıl 5-ci dəfə mövsümü medalçılar sırasında yekunlaşdırıb. 2013/14, 2014/15 və 2015/16 mövsümlərində premyer-liqada üçüncü olan “qırmızı-qaralar” 2016/17 və 2017/18-də “gümüş”ə yiyələnib.
2. Qəbələdə 2-ci futbol bayramı, “Qəbələ”nin 3-cü finalı
Qəbələ şəhər stadionu tarixində 2-ci dəfə ölkə kubokunun finalını qəbul edib. Bu dəfə həlledici qarşılaşma 28 may – Respublika Gününə təsadüf etməsi ilə yanaşı, meydan sahibinin də bu görüşdə iştirakı ilə əlamətdar olub. Düzdü, “Qəbələ” “Keşlə” ilə qarşılaşmada nominal meydan sahibi olub. Lakin 3-cü dəfə finala yüksələn “qırmızı-qaralar” bu dəfə “doğma divarlar” arasında oynayıb. Həlledici matçda uduzan kollektiv 2013/14 və 2016/17 mövsümlərindəki nəticəsini təkrarlayaraq, kubokun finalçısı olub.
3. “Qol kralı”
“Qəbələ”nin futbolçuları təkcə komanda şəklində yox, fərdi uğura da imza atıb. Bu dəfə Baqali Dabo fərqlənib. O, 2017/18 mövsümünün bombardiri adına yiyələnib. 13 dəfə rəqib qapılarına yol tapan “qol kralı” bu titulun “Qəbələ”də qalmasına səbəb olub. Bir il öncə 11 qol vuran Filip Ozobiç bu adın şərikli sahiblərindən idi.
4. Akademiyadan 4 çempionluq
Futbol akademiyasının komandalarının AFFA-nın təşkil etdiyi liqalardakı hegemonluğu artıq neçə ildi ənənə halını alıb. 2018-ci il də bu mənada istisna olmayıb. 4 komanda 2017/18 mövsümünü çempion kimi başa vurub. U-19, U-17, U-16 və U-13 ölkənin ən güclüsü olduqlarını sübut edib. U-15 və U-10 gümüş mükafata yiyələnibsə, U-11-in qazancı bürünc medal olub. Bundan başqa, qızlardan ibarət komanda yüksək liqada 2-ci yeri tutub. Həmçinin əvəzedici komanda da 2017/18 mövsümünü mükafatçılar sırasında başa vurub. Şimallılar gümüş medallara yiyələnib.
5. Avropada 5-ci sınaq
Premyer-liqada 2-ci yeri tutması “Qəbələ”yə avrokuboklara vəsiqə qazandırıb. “Qırmızı-qaralar” ardıcıl olmaqla tarixində 5-ci dəfə qitə səhnəsinə çıxıb. Avropa Liqasının daimi iştirakçılarından birinə çevrilən komanda mübarizəyə birinci təsnifat mərhələsindən qoşulub. Lakin son üç ildən fərqli, bu dəfə ilk sədd keçilməz qalıb.
6. Moldovada tarixi uğur
AFFA-nın Gənclər Liqasında çempion olan U-19 qitəmiqyaslı turnirə də vəsiqə əldə edib. Tarixində 2-ci dəfə UEFA Gənclər Liqasına yüksələn “Qəbələ” bu yarışda mərhələ keçən ilk Azərbaycan komandası adına yiyələnib. Emin İmaməliyevin baş məşqçisi olduğu U-19 Moldova “Şerif”inin müvafiq yaş qrupu üzrə komandasını mübarizədən kənarlaşdırıb. Bu tarixi zəfərə səfərdə imza atan kollektiv növbəti mərhələdə Almaniya çempionu “Herta” ilə başabaş oynasa da, mübarizəni dayandırıb.
7. Millətlər Liqasında ilk qol
2018-ci il ərzində “Qəbələ”nin 7 futbolçusu milliyə çağırılıb. Bunlar Cavid Hüseynov, Ürfan Abbasov, Ruslan Qurbanov, Təmkin Xəlilzadə, Rauf Əliyev, İlqar Qurbanov və Asif Məmmədovdu. Sonuncu millidə bu il debüt edibsə, Təmkin, İlqar və Rauf ilk dəfə yığmada “Qəbələ”ni təmsil edib. Ürfanla Təmkin ölkənin əsas komandasında qol hesabını da bu il açıb. Xəlilzadənin Maltada meydan sahiblərinin qapısından keçirdiyi top yığmanın tarixinə Millətlər Liqasındakı ilk qol kimi düşüb.
8. Dünya çempionatında gümüş medal
2018-ci ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçirilib. Milli komandanın heyətində “Qəbələ” İK-nın iki üzvü də yer alıb. +100 kq çəkidə çıxış edən Uşanqi Kokauri finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici görüşdə uduzan cüdoçu dünya ikincisi adına yiyələnib. 60 kq çəkidə çıxış edən Kəramət Hüseynov isə 5-ci yeri tutub.
9. Boksçulardan ikiqat uğur
2018-ci ildə boks üzrə ölkə çempionatı 2 dəfə keçirilib. Dəri əlcək ustaları həm yanvarda, həm də ilin sonunda ölkənin ən güclülərini müəyyənləşdirib. Hər iki yarış “Qəbələ” boksçularının dominantlığı ilə keçib. Öncə 8, sonra 7 medala yiyələnən dəri əlcək ustaları komanda hesabında hər iki çempionatın qalibi olub. Bununla da idmançılarımız bu uğurlu seriyanı 3-ə çatdırıb. Boksçuların əldə etdiyi 15 medaldan 7-si qızıl, 5-i gümüş, 3-ü bürünc olub.
10. Əfsanədən ilk
Dünya karatesinin əfsanələrindən birinə çevrilən “Qəbələ” İK-nın üzvü Rafael Ağayev uğurlarını 2018-ci ildə də davam etdirib. 5 qat dünya çempionu karyerasında ilk dəfə nüfuzlu premyer-liqanın qalibi adına yiyələnib. Dubay (BƏƏ) və Rabat (Mərakeş) turnirlərində qalib olan, Paris (Fransa) və Berlində (Almaniya) yalnız finalda uduzub, Rotterdamda (Hollandiya) “bürünc”lə kifayətlənən Ağayev Yaponiyanın paytaxtı Tokioda keçirilən seriyanın sonuncu turnirindən öncə ümumi hesabda 1-ci yeri təmin edib. Karateçi 11-ci Avropa çempionluğunu və dünya çempionatlarındakı ilk bürünc medalını da 2018-də əldə edib.
11. Olimpiadada bürünc medal
Bu il Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunları keçirilib. Yarışda “Qəbələ”nin taekvondoçusu Cavad Ağayev də uğurla çıxış edib. 2018-ci ildə gənclər arasında dünya çempionu adını qazanan idmançı Cənubi Amerikada bürünc mükafata yiyələnib. O, 63 kq çəkidə fəxri kürsüyə qalxıb.
12. İki dünya kəməri
2018-ci il “Qəbələ” İK-nın müxtəlif döyüş növlərində çıxış edən təmsilçiləri üçün də uğurlu alınıb. İdmançılar il ərzində bir sıra qələbələr qazanıb ki, onlardan ikisi dünya kəməri uğrunda duellər olub. Bəxtiyar Abbasov Bakıda mərhum prezident Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan MMA üzrə beynəlxalq turnirdə fərqlənib. O, 84 kq çəkidə “MMA GEFC Global”ın (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib. Pərviz Abdullayev isə kikboksinq üzrə “ACB KB”nin dünya kəmərinə sahib çıxıb. 77 kq çəkidə çıxış edən döyüşçü bu uğura Moskvada keçirilən “ACB KB 15” turnirində imza atıb. Daha iki idmançı - Nəriman Abbasovla (77 kq) Hüseyn Əliyev (70 kq) Ukraynada təşkil olunan WMMAF üzrə beynəlxalq çempionatın qalibi adına yiyələniblər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar