28 dek 00:08olke

Ramil Diniyev hakim karyerasını bitirməyə hazırlaşır

Ramil Diniyev hakim karyerasını bitirməyə hazırlaşır
“Stuxlik məni premyer-liqa görüşlərinə hakim-inspektor göndərmək istəyir”
Premyer-liqa oyunlarında görməyə alışdığımız Ramil Diniyevdən xeyli vaxtdı səs-soraq yoxdu. Cari mövsümün əvvəlində elita oyunlarına təyinat alan təcrübəli referi sonradan yoxa çıxdı. Diniyev1-ci turda “Qarabağ” – “Zirə”, 2-ci turda “Səbail” – “Qarabağ”, 4-cü turda “Neftçi” – “Keşlə” görüşlərində baş hakim funksiyasını yerinə yetirmiş, 3-cü turda “Zirə” – “Sabah” qarşılaşmasında “dördüncü” kimi təyinat almışdı. Lakin sentyabrın 16-da baş tutan, meydan sahiblərinin 2:0-lıq qələbəsi ilə başa çatan “Neftçi” – “Keşlə” oyunu Ramil üçün sonuncu oldu.
İlk ağla gələn ehtimal Diniyevin bu oyunda kobud səhvlərlə yadda qalması ola bilərdi ki, 90 dəqiqəni göz önünə gətirəndə belə bir halın yaşanmadığının şahidi oluruq. Bir də cəzalansaydı belə, bu, üç ayı əhatə etməzdi ki. Digər ehtimal Hakimlər Komitəsinin rəhbər postundakı dəyişiklikdi. Düşünmək olar ki, Xaqani Məmmədovu Frits Stuxlik əvəzləyəndən sonra hazırda premyer-liqa oyunlarını idarə edən baş hakimlər arasında ən yaşlısı olan Ramilin adı avstriyalı mütəxəssisin “qara siyahı”sına düşüb. Ya da aralarında hansısa münaqişə yaşanıb deyə, Stuxlik ona təyinat vermir. Hər halda, son 10 turda və kubok matçlarında təyinat almayan hakimin kənarda qalmasına başqa hansısa ad vermək olmur.
Amma yox, səbəbkarla əlaqə saxlayanda problemin nə komitə sədrində, nə də hansısa oyundakı səhvlərdə olduğu üzə çıxdı. Sən demə, Diniyev zədəyə görə kənarda qalıb və gələcək taleyini böyük ölçüdə müəyyənləşdirib: “Oktyabrın 11-də normativ verirdik. Elə normativ verən gün, 40 metr məsafəyə qaçmalı olduğum anda arxa əzələm dartıldı. Daha doğrusu, yırtıldı. O da elə zədədi ki, 3-5 günə sağalmır. Uzun müddət müalicə almalı oldum. Bərpa olunmaq üçün aşağı liqalarda oyunlar idarə edirdim. Tədricən dizimdə ağrılar baş qaldırdı. Belədə oyunlardan birini yarımçıq tərk etməli oldum. MRT müayinəsindən sonra məlum oldu ki, ya əməliyyat olunmalıyam, ya da uzunmüddətli müalicə almalıyam. Belə bir iş gəldi başıma. Ona görə də hakimlikdən uzaq düşmüşəm. Hər nə qədər oyun idarə etmək istəsəm də, zədə imkan vermir... Frits Stuxliklə söhbətim oldu. Durumumdan xəbərdardı deyə, məni premyer-liqa görüşlərinə hakim-inspektor göndərmək istəyir. Amma qəti cavab verməmişəm. Çünki hakimlik etmək istəyim var. Yanvarın 11-dən 19-na qədər hakimlərin Mingəçevirdə təlim-məşq toplanışı olacaq. O vaxta kimi müalicəmi davam etdirəcəm və toplanışa qatılıb normativ verməyə çalışacam. Görsəm ki, müalicənin xeyri yoxdu və istənilən halda əməliyyat olunmalıyam, hakimlikdən uzaqlaşacam. Ondan sonra da, yəqin ki, hakim-inspektor kimi təyinat verərlər. Xeylisi Allahdan. Yanvarın ortalarında dəqiq qərarımı verəcəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar