Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”

Fariz Yusifov hakim-inspektor kimi qayıdır
28 dek 00:03olke
“Qəbələ” Futbol Akademiyası Braziliya səfərini yada saldı

“Mən nə olur-olsun, belə şəraiti olan klubda oynamazdım!”
“Qəbələ” Futbol Akademiyasının rəsmi “feysbuk" səhifəsində maraqlı yazı yerləşdirilib. Beş il öncə Braziliyaya gerçəkləşdirilən səfərlə bağlı yazıda həmin dönəmdə bu klubun şərəfini qoruyan futbolçuların xatirələrinə də yer verilib. Yazını müəyyən ixtisarla diqqətinizə çatdırırıq.
5 il öncə, elə bu günlərdə “Qəbələ” Futbol Akademiyası ilk dəfə okean adlamış, Braziliyaya - beynəlxalq turnirə yola düşmüşdü. Təxminən 40 saat çəkən səyahətdən sonra Araponqas şəhərinə yerləşmiş və bir həftə ərzində 4 dəyərli görüş keçirmişdik. Xüsusilə “Palmeyras”a 0:1 hesabıyla məğlub olduğumuz matçda göstərdiyimiz oyun yerli publikanın alqışlarına səbəb olmuş, bizə isə əlavə ruh yüksəkliyi vermişdi. Hollandların qurduğu “Laranka Mekanika” akademiyasının təşkilatçılığı ilə keçirilmiş U-17 turniri təkcə meydandakı yox, həm də ondan kənardakı faydaları ilə çox yaddaqalan olmuşdu.
Məsələn, komandanı regiondakı favelalardan birinə apardıq, Dani Alveş, Robinyo, Neymar kimi ulduzların məhz bu yerlərdən çıxdıqlarını anlatdıq. Futbolçular burda həyatın necə ağır olduğunun, braziliyalı uşaqların peşəkar səviyyəyə çatmaq üçün hansı çətinliklərdən keçdiklərinin canlı şahidi oldular. Elə həmin kiçik şəhərdə Azərbaycanı məhz futbol sayəsində əksəriyyət tanıyırdı. Araponqaslı Juninyo artıq 3 il idi “Bakı”da, özü də uğurla çıxış edirdi.
Növbəti belə səfərlərdən birini də yerli stadiona təşkil etdik. Sonra futbolçuların hər birindən gördüklərini qısaca qələmə almağı xahiş etdik.
İndi – 5 il sonra o kağız parçalarını tirajladığımız zaman artıq ölkənin futbol ictimaiyyəti o adların bir neçəsini tanıyır.
Yusif Nəbiyev (Sumqayıt): “Bu gün Braziliyanın orta səviyyəli klublarından birinin bazası ilə tanış oldum. Orda gördüklərim heç də ürəkaçan deyildi. Bazada futbolçuların istirahət etməsi üçün heç bir şərait yox idi. Yeməkxanaları, yatacaqları çox pis vəziyyətdə idi. Mən nə olur-olsun, belə şəraiti olan klubda oynamazdım! Bunları gördükdən sonra onu başa düşdüm ki, biz daha yaxşı bazada qalırıq”.
Bəhlul Mustafazadə (Qəbələ): “Yaxın günlərdə Braziliya futbolu ilə yaxından tanış olmaq məqsədilə divizion komandalarından birinin bazasında olduq. Burda gördüklərim məni o qədər də təəccübləndirmədi. Çünki Braziliyada əhalinin böyük əksəriyyətinin yaşayış səviyyəsinin aşağı olduğu haqda məlumatım var idi. Orda yaşayanlar, demək olar ki, istirahətdən, əyləncədən və normal qidalanmadan məhrumdular. Məşq etmək üçün yaxşı stadionları və inventarları yoxdu. Onlar daha az əyləncə, daha çox futbol haqda düşünür və daha çox çalışırlar. Braziliyanın bir çox futbolçusu kasıb məhəllələrdə böyüyüb. Onlar üçün həyatın çətinliklərindən qaçmağın tək yolu futboldu. Bu oyunçuları da bu qədər güclü edən bu məqamdı. Başqa bir çıxış yolunun olmaması. Braziliyanın futbolçu fabriki olmasının əsas səbəbi məhz budu deyə düşünürəm”.
Əli Səmədov (Sabah): “Burda gördüklərim məni çox təəccübləndirdi. Adını bilmədiyim bir klub iki il öncə Braziliyanın ən güclü komandalarından olan “Koritiba”nı məğlub edib. Biz də həmin klubun bazasında olduq. Şəraitləri çox pis idi. Futbolçular tribunanın altında qalırdılar, orda istirahət edirdilər. Yataqxanaya getdik. Çox balaca bir otaqda 6 nəfər qalırdı. İstirahət, palratdəyişmə otaqları da çox pis vəziyyətdəydi. Və mən daha çox anladım ki, burda futbolçu olmaq üçün əllərindən gələni edirlər”.
Roman Hüseynov (Qəbələ): “Braziliyaya səfər etdikdən bir neçə gün sonra divizion komandalarından birinin bazasına getdik. Burda gördüklərimiz bizi təəccübləndirdi. Çünki heç kimin ağlına gəlməzdi ki, burdakı futbolçular belə pis vəziyyətdə qalırlar və futbolla məşğul olurlar. Bu bazadakı heç bir şey Avropa standartlarına uyğun deyildi. Şərait futbolçuların rahat istirahət və inkişaf etməsinə təminat yaratmırdı. Düzünü desəm, mən Braziliyanı belə təsəvvür etmirdim. Çünki hamı çox yaxşı bilir ki, dünyada ən güclü futbol ölkələrindən biri Braziliyadı. Amma burdakı şəraitin pis olmasına baxmayaraq, futbolçuların əksəriyyəti gənc yaşlarında Avropa klublarında rahat oynayırlar. Belə qənaətə gəlirəm ki, futbolçu yetişdirilməsi yaxşı, yaşayış şəraiti isə aşağı səviyyədədi”.
Ülvi İskəndərov (Sumqayıt): “Bu gün Braziliya komandalarından birinin bazasında olduq. Oranı gəzdik və şəraitlə tanış olduq. Yaxşı şərait yox idi, kasıb bir komanda idi. Buna baxmayaraq, deyilənə görə, bu klubdan yaxşı futbolçular çıxıb. Mühit ağır olsa da, onlar futbolçu olmaq arzularından geri dönmürlər. Oranı gəzib gördükdən sonra bildim ki, şərait nə qədər pis olur-olsun, əsas istək və çoxlu çalışmaqdı. Mən də belə şəraitdə doğulsaydım və qarşıma futbolçu olmağı məqsəd qoysaydım, bu çətinlikləri qəbul edərdim”.
Şərh yaz