26 dek 14:31olke

Region Liqası da “qış yuxusuna getdi”

Region Liqası da “qış yuxusuna getdi”
“Şahdağ” məğlubiyyətin əvəzini çıxa bilmədi
Premyer-liqa və birinci divizionun ardından ötən həftənin istirahət günlərində Region Liqasında da mövsümün ilk yarısının son turunun oyunları keçirildi. Onu da qeyd edək ki, Cənub zonasında 6 komanda mübarizə apardığından, orda çıxış edənlər fasiləyə bir həftə əvvəl yollanıb.
Ötən tur səfərdə “Ağsu Siti”yə böyük hesabla uduzmaqla lider mövqeyini əldən verən “İmişli” 2019-un son oyununda “Araz”ı doğma meydanda məğlub etməklə yenidən zirvəyə yüksəlməyi bacarıb. Eyniadlı bölgəni təmsil edən kollektiv Saatlı təmsilçisini bir top fərqi ilə yenməyi bacarıb ki, bu da onlara fasilə ərəfəsində birinci pilləyə yüksəlməyə kömək edib. Son tur ərəfəsində qrupdakı rə1iblərinə yuxarıdan aşağı baxan Ağsu komandası isə 3-cü pilləyə yuvarlanıb. Buna səbəb “şəhərlilər”in hesabat turunda səfərdə qrupun digər iddialısı, heyətində Cəmşid Məhərrəmov kimi təcrübəli futbolçunun yer aldığı “Füzuli”yə uduzması olub. Qrupun digər görüşündə “Gənclik” səfərdə “Şamaxı”nı yenib. Sabirabad komandası meydan sahiblərini 3 dəfə topu tordan çıxarmağa məcbur etdiyi halda, şamaxılıların gücü yalnız təsəlli qoluna çatıb.
Heç şübhəsiz, turun mərkəzi görüşü Şimal və Bakı zonasında keçirilib. İlk dövrədə qalmaqal və 4 qırmızı vərəqə ilə yadda qalan görüşdə “FC Baku” yekunda “Şahdağ”ı yendiyindən, Qusar təmsilçisi yeni il ərəfəsində qisas almağı düşünürdü. Onu da qeyd edək ki, heyətində istər elita, istərsə də birinci divizion təcrübəsi olan futbolçuların yer aldığı şimallılar bugünlərdə rənglərinə daha bir forvard bağlayıb. Söhbət ötən mövsüm Portuqaliyanın 2-ci divizionunda çıxış edən “Louletano”nun formasını geyən Valeh Seyidovdan gedir. "Bakı"nın yetirməsi olan hücumçu qusarlıların heyətində "FC Baku"ya qarşı debüt etməklə yadda qalıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən 90 dəqiqə, tərəflərin səyinə baxmayaraq, 1:1 hesablı “sülh”lə başa çatıb. Nəinki qrupun, ümumilikdə liqanın iki favoritinin heç-heçə oynaması ötən il Region Liqasının qalibi olan “Uğur”un işinə yarayıb. Qəzənfər Abbasovun çalışdırdığı komanda “Şıxlar”ın qapısından 8 cavabsız qol keçirib. “Şirvanovka” isə “Gənclik İK”in daşını daş üstə qoymayıb. Kamran Nurəhmədovun yetirmələri qonaqları 12 dəfə meydanın mərkəzinə dəvət edib.
Şimal-Qərb və Qərb zonasında isə tunir cədvəlində dəyişiklik olmayıb. Lider “Göyəzən”ın dincəldiyi turda qazaxlıların əsas izləyicisi olan “Energetik” səfərdə “Şirvan”ı məyus edib. Mingəçevirlilər Ağdaş komandasının qapısından 4 qol keçirdiyi halda, özləri iki dəfə məyus olub. “Kürmük” səfərdə, prinsipial görüşdə “Şəki”ni udmaqla yadda qalıb. “Qoşqar UGİM-2” isə Gəncədə “Oğuz”la “sülh bağlayıb”.
Mərkəz
Şamaxı – Gənclik 1:3
İmişli - Araz (Saatlı) 2:1
Füzuli - Ağsu Siti 2:0
1. İmişli 9 6 2 1 22-17 20
2. Füzuli 8 6 1 1 19-6 13 19
3. Ağsu Siti 9 6 1 2 30-18 19
4. Gənclik 8 4 0 4 10-12 12
5. Araz 9 3 1 5 17-18 10
6. Şamaxı 9 1 1 7 11-25 4
7. Kürdəmir 8 1 0 7 12-25 3

Şimal və Bakı zonası
Şirvanovka (Qusar) - Gənclik İK (Bakı) 12:0
Uğur (Sumqayıt) - Şıxlar (Qobustan) 8:0
Şahdağ (Qusar) - FC Baku 1:1
1. Uğur 8 7 1 0 36-8 22
2. FC Baku 8 6 2 0 59-2 20
3. Şahdağ 9 6 1 2 60-8 19
4. Şirvanovka 9 4 1 4 29-12 13
5. Tufan 8 3 0 5 28-26 9
6. Gənclik İK 9 1 1 7 11-94 4
7. Şıxlar 9 0 0 9 6-79 0
Şimal-Qərb və Qərb zonası
Şəki - Kürmük (Qax) 1:2
Qoşqar UGİM-2 (Gəncə) - Oğuz 1:1
Şirvan (Ağdaş) – Energetik (Mingəçevir) 2:4
1. Göyəzən 8 6 2 0 25-11 20
2. Energetik 8 6 0 2 28-10 18
3. Şirvan 9 4 2 3 19-16 14
4. Kürmük 9 3 3 3 13-16 12
5. Qoşqar UGİM-2 9 1 4 4 14-20 7
6. Oğuz 9 1 4 4 12-21 7
7. Şəki 8 0 3 5 7-24 3
Cənub zonası
1. Alyans 6 4 1 1 12-7 13
2. Ümid 6 3 2 1 12-3 11
3. Astara 6 2 4 0 10-5 10
4. Salyan 6 2 2 2 12-9 8
5. Neftçala 6 1 1 4 9-13 4
6. Ərkivan 6 1 0 5 5-23 3
Artan maraq
Beləliklə, 9-cu turdan sonra Region Liqasında da mövsümün ilk yarısı başa çatdı. AFFA-nın artıq ikinci dəfə təşkil etdiyi birinciliyin ilk yarısı necə yadda qaldı? Bu suala cavab tapmaq üçün 9 turu incələməyə çalışdıq.
İlk dəfə ötən mövsüm təşkil olunan və futbol ictimaiyyəti arasında daha çox “ikinci liqa” adlanan Region Liqasına 2017/18-də maraq o qədər də böyük deyildi. AFFA rəhbərliyi başda İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov olmaqla elçilərini bir rayondan digərinə ezam etməklə yeni liqada komanda sayını düzəltmək istəyirdisə, ikinci dəfə təşkil olunan yarışa maraq artıq yetərincə böyük idi. Təsadüfi deyil ki, mövsümün əvvəlində liqanın Təşkilat Komitəsinin üzvlərindən biri olan Yusif Vəliyev qəzetimizə açıqlamasında “müraciət edənlərin sayı çoxdu, ancaq biz həmin komandaların rəsmiləri ilə bir-bir görüşdükdən sonra qərarımızı bildirəcəyik” söyləmişdi. Və yekunda ümumilikdə 36 komanda (onlardan 9-u Naxçıvanı təmsil edir) mükafatlar uğrunda mübarizəyə qoşuldu. İddialıların sayı artıb
Ötən mövsüm liqada iddiasına və maliyyə imkanına görə başqalarını aşkar üstələyən komandların sayı az olsa da, cari mövsümdə belələri çoxdu. Bu yöndə xüsusilə Şimal və Bakı zonası seçilir. Liqanın debütantı “FC Baku”, ötən mövsüm çempionluğu bayram edən “Uğur”, bu yay heyətinə əməlli-başlı əl gəzdirən “Şahdağ” maliyyə imkanlarına görə başqa komandaları qabaqlayır. Bu yöndə xüsusilə “FC Baku”nu qeyd etmək olar. Hər oyuna görə meydana çıxan futbolçuya 250 manat qonorar verən, komanda qələbə qazandığı görüşlərdə oyunçuları mükafatlandıran, bu azmış kimi, heyət üzvlərinə yolpulu ayıran klub rəhbərliyi heyəti, demək olar ki, premyer-liqa təcrübəsi olan futbolçulardan formalaşdırıb. Kapitan sarğısını millinin və “Qarabağ”ın sabiq üzvü Vüqar Nadirova həvalə edən rəsmilər onun ad-sanından istifadə edərək, bir çox təcrübəli oyunçuları bir araya gətirib. Təsadüfi deyil ki, “transfer pəncərəsi” açılmamış əsas rəqibləri olan “Uğur”un iki aparıcı üzvü – Sabir Allahquliyevlə Emin Mustafayev doğma şəhərlərini təmsil edən “Uğur”u yarıyolda buraxıb, paytaxt təmsilçinə yollandılar. “Şahdağ” isə Şimal zonasından olan təcrübəli oyunçuları “qanadı altına almağı” bacarıb.
Bombardirlər, qapısı “keçidi” xatırladan komandalar…
Cari mövsüm məhsuldarlığı ilə də ötən “futbol ili”ni qabaqlayır. Mövsümün ilk yarısında liqanın ən sərrast oyunçusu “Şahdağ”ın üzvü, uzun illər birinci dəstədə top qovan Sərxan Ağayevdi. Onun hesabında 22 qol var. Vüqar Nadirov isə ondan iki top az vurub. “İmişli”nin “vuran ayağı” Rəmzi Xubaliyevdi. O, 9 turda 13 dəfə rqib qapılarının torunu silkələyib. Birvaxtlar “Xəzər Lənkəran” kimi iddialı klubun şərəfini qoruyan “Şahdağ”lı Tural Cəlilov isə 12 dəfə adını tabloya yazdırıb. Arzuman Vəliyev (Göyəzən), Tural Məmmədzadə (Energetik), Xəyal Qasımov (Qoşqar UGİM-2) 9 turda 10 dəfə fərqləniblər. Zonalar üzrə ən məhsuldar oyunçular isə bunlardı: Rəmzi Xubaliyev (“İmişli”, Mərkəz) - 13, Ruslan Tağızadə (“Ümid”, Cənub), Arzuman Vəliyev (Göyəzən), Tural Məmmədzadə (Energetik), Xəyal Qasımov (Qoşqar UGİM-2) –10 (hər üçü Şimal-Qərb və Qərb), Sərxan Ağayev (“Şahdağ”, Paytaxt və Şimal zonası) - 22.
Liqanın ən məhsuldar komandası “Şahdağ”dı. Kamran Əlibabayevin yetirmələri qış fasiləsinə qədər rəqib qapılarından 60 top keçiriblər. “FC Baku” isə onlardan bir qol az vurub. 3-cü pillədə “Uğur” qərarlaşıb. 3 aylıq marafonda qapısı “28 May” metrosunun keçidini xatırladan komanda isə “Gənclik İK”di. Geridə qalan turlar ərzində Bakı təmsilçisi qapısında 94 qol görüb. Onun ən yaxın izləyicisi 9 matçda 79 dəfə məyus olan “Şıxlar”dı.
İlk dövrənin qalmaqalları
3-cü tur çərçivəsində Qaxda yerli “Kürmük”lə “Şəki” arasında baş tutan qarşılaşma kütləvi dava ilə yadda qalıb. Rəqib komandaların iki futbolçusu arasında yaşanan mübahisə sonradan daha böyük dava-dalaşa səbəb olub. Yerli komandanın azarkeşlərinin meydana çıxması nəticəsində oyun dayandırılıb və kütləvi dava baş verib. Oyunun hakimi meydan sahiblərinə bir, qonaq komandanın futbolçularına isə iki qırmızı vərəqə göstərib. "Şəki"nin meydandan qovulan futbolçularından biri ciddi xəsarət alaraq xəstəxanaya çatdırılıb. Bu matçın ertəsi “halvaçılar” Region Liqasından çəkiləcəyi ilə bağlı bəyanat yaysa da, sonradan fikirlərindən daşınıblar və liqada mübarizəni davam etdiriblər. Çox maraqlıdı ki, elə həmin turda növbəti qalmaqal “FC Baku” ilə “Şahdağ” arasındakı görüşdə yaşanıb. Hakimin qərarına etiraz edən “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev onun ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana çıxaraq, hakimə etirazını sərt şəkildə bildirib. Həmin an “FC Baku” azarkeşləri ilə "Şahdağ"ın futbolçuları arasında dava düşüb. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmasını “Şahdağ”ın futbolçuları “həzm edə” bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar. Bu durumda meydana polislər daxil olub və baş məşqçini texniki zonadan kənarlaşdırıblar. Sözügedən qarşılaşmada qonaqların 3 futbolçusu qırmızı vərəqə ilə meydandan qovulub.
Qış fasiləsi nə vəd edir?
9 turdan sonra yığılan xallara, vurulan qollara və ən əsası meydanda sərgilənən oyunlara nəzər salsaq, ən güclü rəqabətin Şimal və Bakı zonasında getdiyini görə bilərik. Zonanın iddialıları olan “FC Baku”, “Uğur” və “Şahdağ” bütün göstəricilərdə başqa zonalarda çıxış edən komandaları üstələyir və bu üzdən Region Liqasının növbəti qalibinin məhz bu komandalardan biri olacağını güman etmək olar. Ancaq qarşıdan qış fasiləsi gəlir. Ola bilər ki, qarşısına ciddi hədəflər qoyan başqa komandalar “transfer pəncərəsi”ndən yararlanıb heyətə əl gəzdirər və mövsümün ikinci yarısı üçün daha iddialı komanda formalaşdırar. Əldə etdiyimiz məlumata görə, artıq liqa təmsilçiləri bu yöndə qollarını çırmalayıblar. Məsələn, “Füzuli”nin uzun illər Türkiyənin aşağı liqalarında top qovmuş, təcrübəli Ramal Hüseynovla ortaq məxrəcə gəldiyi bildirilir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar