26 dek 13:06olke

Vaqif Cavadov “Keşlə”də qalmaq istəyir

Vaqif Cavadov “Keşlə”də qalmaq istəyir
“Belə fikirləri varsa, desinlər, sonra sizin qəzetə daha geniş müsahibə verə bilərəm”
Birvaxtlar Vaqif Cavadov adı dillər əzbəri idi. Yığmanın aparıcı oyunçularından sayılan, milli formanı geyindiyi 57 oyunda rəqib qapılarından 9 top keçirən istedadlı yarımmüdafiəçi “Qarabağ”ın heyətində sərgilədiyi oyunla “Tvente”yə qədər gedib çıxmışdı. Hollandiyada meydana çıxmaq imkanı qazanmayan həmyerlimiz yenidən Azərbaycana qayıdıb “Bakı”yla o vaxtkı “İnter”də sərgilədiyi oyunla yenidən xaricə üz tutdu. Rusiyada “Volqa”nın, Türkiyədə “Qaziantep”lə “Boluspor”un şərəfini qorusa da, adından söz etdirə bilmədi. Yenə vətənə qayıtdı və müəyyən fasilələrlə “Qəbələ”, “Sumqayıt” və AZAL-ın uğurları üçün tər tökdü.
Bu ilin yanvarında Yuri Maksimovun istəyi ilə “Keşlə”də peyda olan 29 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında parlaq çıxışla yadda qaldı. Qollar vurdu, məhsuldar ötürmələr verdi və yekun nəticədə komandasının ölkə kubokunu qazanmasında əsas pay sahiblərindən oldu. İndi Cavadovun başının üzərini qara buludlar alıb. Tərlan Əhmədovun gəlişindən sonra əsas heyətə həsrət qalan Vaqif meydana ayaq basdığı tək-tük görüşdə özünü yaxşı tərəfdən göstərə bilməyib. Odu ki, baş məşqçinin istəyinə uyğun olaraq komandadan ayrılacağı deyilir. Faktiki Əhmədov “7 nömrə”ni sərəncamında görmək istəmir və bunu mətbuata açıqlamasında açıq şəkildə bəyan edib. Vaqiflə iki gün əvvəlki söhbətimiz hər nə qədər “Keşlə”dəki durumuyla bağlı olsa da, fürsətdən istifadə edib yığma mövzusunda da danışdıq.
“Mayda kuboku qazanıb nəticə verən biz, indi oynamayan da biz”
- Mətbuatda yazılanlardan, yəqin ki, xəbərdarsan...
- Yazmağa indi başlamayıblar ki. Çoxdan yazırlar (gülür).
- “Keşlə”dən ayrılmağınla bağlı xəbərləri deyirəm.
- Bilirəm. Mən də ona görə “çoxdan yazırlar” dedim. Hələ ki elə bir şey yoxdu.
- Rəsmiyyət yoxdu?
- Rəsmilik yox e, ümumiyyətlə, elə söhbət yoxdu. Mənə heç kim heç nə deməyib. Hardan yazırlar, nəyə əsasən yazırlar – bilmirəm.
- Özün necə, “Keşlə”də qalmaqda maraqlısan?
- Dediyim kimi, heç nə bəlli deyil. Mənim nəsə deməyimlə heç nə dəyişməyəcək. “Keşlə” mənə yad klub deyil. 7 ay əvvəl Kamran Ağayevlə əl-ələ verib “Keşlə”yə kubok qazandırmışdıq. Mövqeyimi bilmək istəyirsizsə, hər şey yaxşıdı. Müqaviləmin müddəti mövsümün sonunda başa çatacaq. Klub rəhbərliyi ilə baş məşqçi getməyimi istəsə, problem yoxdu. Belə fikirləri varsa, mənə desinlər, ondan sonra şəxsən sizin qəzetə daha geniş müsahibə verə bilərəm.
- Baş məşqçi ilə rəhbərliyin sənə münasibətdə yola salmaq istəklərini hiss etməmisən?
- Yenə deyirəm, məndə heç bir məlumat yoxdu, heç nə deməyiblər. Son oyundan sonra komanda istirahətə buraxılıb ki, mən də istirahətdə olan futbolçulardan biriyəm.
- Oynamamağın səni narahat etmir?
- Əlbəttə, edir. Mayda kuboku qazanıb nəticə verən biz, indi oynamayan da biz.
- Niyə belə oldu?
- Bu sualı baş məşqçiyə versəz, yaxşı olar.
- Hər halda, sənin də mövqeyin olmalıdı.
- Xatırlayırsızsa, AZAL-dan ayrılandan sonra yarım il futbolsuz qalmışdım. Yanvarda “Keşlə”ylə anlaşdım və ötən mövsümün ikinci yarısında qazanılan uğurda az-çox payım oldu. Qollar vurur, ötürmələr verirdim. Oyunumla sübut etmişdim ki, Vaqif həmin Vaqifdi, heç nə dəyişməyib. Həmin futbolçuyam da. İndi nə dəyişdi? Oynamamağım sırf baş məşqçinin qərarıdı.
“Məni itirmək istəmirsizsə, o sualı baş məşqçiyə verin”
- Mövsümün gedişindəki forman “Keşlə”yə kömək etməyə imkan verirdi?
- İdeal forma yığmaq üçün gərək hər oyunda 90 dəqiqə mübarizə aparasan. Amma yenə də özümü oynamağa hazır sayırdım.
- Tərlan Əhmədovla münasibətin necədi?
- Qaydasındadı. Baş məşqçi ilə futbolçu arasında olan normal münasibətdi.
- Heç bir problem yoxdu?
- Hələ ki yoxdu.
- Canlı izlədiyim bir neçə görüşdə baş məşqçi sənə şans versə də, komandaya kömək etmək gücündə olmadığın göz önündəydi.
- Dedim axı, ideal formada olmaq üçün daim oynamalısan. Ehtiyatda oturub, sonradan meydana çıxmaqla qəhrəman olmaq mümkün deyil. 100 futbolçudan 5-10 nəfəri əvəzetmədən oyuna qoşulub nəsə edə bilər. O da nadir hallarda. Futbolçunun xeyir verməsini istəyirsənsə, daim ona güvənməlisən, şans verməlisən.
- Elitanın digər təmsilçilərindən təkliflər var? Bəlkə də başqa komandaya keçsən, yenidən özünü sübut edə bilərsən.
- Mənə heç kimə heç nəyi sübut etmək lazım deyil. Yarım il futbolsuz qaldıqdan sonra yenidən yaşıl meydanlara qayıdıb ölkə kubokunu qazanmaqla nələrisə sübut etdim. Qışdan sonra çempionatda cəmi bir oyunda məğlub olduq, kubokun finalında səfərdə “Qəbələ”ni məğlub etdik. Razılaşarsız ki, sıradan göstərici deyil. Hansı komandada olmuşamsa, maksimum dərəcədə kömək etməyə çalışmışam.
- Hər halda, başqa komandaya keçməyin xeyrinə ola bilər. Biz də səni itirmək istəmirik.
- Məni itirmək istəmirsizsə, o sualı baş məşqçiyə verin. Mənə güvənməməsinin səbəbini soruşun. Heç kimlə problemim yoxdu. Həm də müqaviləsi olan futbolçuya kim yaxın gələr? Hamı bilir ki, “Keşlə”ylə müqaviləm var. Ona görə də yaxın duran yoxdu. Komandada görmək istəmədiklərini desələr, maraqlananlar ola bilər. Yox, sizdə baş məşqçinin məni sərəncamında görmək istəməməsi ilə bağlı dəqiq məlumat varsa, yaxşı olar ki, o xəbəri mənim özümə də versinlər.
- Vaxtilə Rusiya və Türkiyədə legioner həyatı yaşamısan. Yenidən bu ölkələrdən birinə üz tutmaq haqda düşünmürsən?
- Mən heç vaxt xaricə getməkdən qorxmamışam. Və bunu sözdə yox, əməlimdə sübut etmişəm. Həm də bir neçə dəfə. Bu gün də legioner həyatı yaşamağa hazıram və özümdə lazım olan gücü görürəm. Düzdü, bu gün üçün real deyil. 6 aydan, yaxud 1 ildən sonra necə olacağını zaman göstərəcək. Bilsəm ki, oynamaq gücüm yoxdu, bu dəqiqə futbolu ataram.
“Açıq deyəcəm, bizim dönəmdə yığma çox güclü idi”
- Son vaxtlar mətbuatdan uzaq gəzirsən. Əvvəllər tez-tez danışardın, maraqlı müsahibələrin olardı. İnciklikdi, yoxsa susmağı üstün tutursan?
- Kimdənsə incikliyim olmayıb. Kim danışmaq istəyibsə, cavab vermişəm. Müsahibə, yaxud açıqlama ilə bağlı problem olmayıb. Mətbuat nümayəndələri ilə münasibətim də qaydasındadı. Bəli, ürəyimin dərinliyində məni narahat edən “nəsə” var. Başqa futbolçu 6 ay əvvəl kuboku qazandığı halda bu gün ehtiyatda qalsaydı, siz onun oynaması üçün əlinizdən gələni edərdiz, səbəbi ortaya çıxarmağa çalışardız, hansısa yolla reaksiya verərdiz. Amma Vaqif Cavadovdu deyə... Heç incimirəm də. Sadəcə, sual verdiyinizə görə deməyə məcburam. İndi “Keşlə”dən ayrılmağımla bağlı şayiələr gəzir deyə, dərhal zəng vurub müsahibə almaq istədiyinizi deyirsiz. Məntiqi tapa bilmirəm.
- Belə başa düşdüm ki, bizdən özünə qarşı soyuqluq görürsən.
- Soyuqluq deyil bu. Sadəcə, küləyin hardan əsdiyini başa düşmək istəyirəm. Vaqif yaxşı olanda mətbuat dəstək verir, yanında olur, amma çətinə düşəndə jurnalistlər yoxa çıxır.
- Yığmanın oyunları və nəticələri ilə yaxından maraqlandığına şübhəm yoxdu.
- Əlbəttə, baxıram, maraqlanıram.
- Və sən millinin formasında 50-dən çox oyun keçirib 9 qola imza atmış həmin Vaqifsən.
- Bəli, həmin Vaqifəm. 57 oyun oynamışam.
- Hər futbolçu bu göstərici ilə öyünə bilməz. Ona görə də yığmanın indiki durumu ilə bağlı məhz sənin düşüncələrini eşitmək maraqlıdı. Kənardan necə görünür?
- Bunu siz jurnalistlər daha yaxşı görə bilərsiz, görməlisiz. Amma bir şeyi açıq deyəcəm ki, bizim dönəmdə yığma çox güclü idi. İndi üzləşdiyimiz komandalara qarşı biz rahat oynayırdıq. Nəticələr bir tərəfə, eyni zamanda yaxşı futbol oynayırdıq. Bəlkə də çempionatımızın səviyyəsi indikindən üstün idi deyə belə idi. Həqiqətən də o vaxtkı yığma tam başqa komandaydı. Heyətdə səviyyəsinə görə öyünə biləcək futbolçuların sayı çox idi.
- Son illər gənc futbolçular üzə çıxmır, köhnə nəslin davamı gəlmir.
- Bunun özü də böyük bəladı və başqa söhbətin mövzusudu. Uşaq futbolundan danışsaq, gərək saatlarla söhbət edək. Düzdü, bizim vaxtımızda da aşağı yaş qruplarından az uşaq gəlirdi, amma nəticə verməyi bacarırdıq. Heç nə demirəm, sadəcə, bizim dönəmdəki nəticələrə nəzər salın. Almaniyanın rəqiblərinə meydan oxuduğu dönəmlərdə bu rəqibə 0:2, 1:3 hesabları ilə uduzmuşduq. Türkiyəni Bakıda məğlub etmişdik, Rusiyayla Bakıdakı iki oyunda heç-heçə oynamışdıq, həmçinin Belçikayla. Şimali İrlandiyanı bir oyun udub, digərində bərabərə qalmışdıq. Bu yığmaların hər biri o dönəmlərdə favorit göstərilən komandalar idi, yer aldıqları qrupların lideri olurdular. İndi Maltanı, Kosovonu uda bilmirik.
“Qurban Qurbanova vaxt verilmədi”
- Milli qrupdan çıxmalıydı?
- Əlbəttə. Amma bu futboldu, qınamaq da olmur. Almaniya 2014-də dünya çempionu olmuşdu, 2018-də, Millətlər Liqasında qrupda qaldı. Futbolda belə hallar olur. Bizimkiləri qınayanda, gərək almanlara “siz futbolçu deyilsiz” deyək. Ümidsizliyə qapılmaqla heç nə əldə edə bilmərik. Ölkə futbolunun səviyyəsini artırmaq haqda düşünməliyik. İlk növbədə futbolçularımıza sahib çıxmalıyıq. Bu gün istənilən bacarıqlı yerli oyunçu bizim üçün dəyərlidi. Dəstək verməliyik, şəxsi prinsiplərdən uzaq durmalıyıq. Əfsuslar olsun ki, bu gün Azərbaycan futbolunda şəxsi prinsiplər var. Bu fakt danılmazdı.
- Yaxın gələcəkdə özünü yenidən yığmada görürsən?
- Hər şey özümdən asılıdı. Eyni zamanda yeni gələcək baş məşqçidən. Daim oynasam, lazım olan formanı yığsam, problem olmayacaq. Bu ilin ilk yarısındakı kimi oynasam, yəqin ki, dəvət edərlər.
- Amma bu ilin əvvəlində də yığmaya dəvət olunmurdun.
- Mənim borcum futbol oynamaqdı. Çağırıb-çağırmamaq baş məşqçinin işidi.
- Bəlkə az öncə dediyin şəxsi prinsip məsələsiydi? Yuxarı səviyyədə sənə qarşı qərəzli mövqe tutula bilər?
- Bu haqda nəsə deyə bilmərəm. Prinsip deyəndə sırf özümü nəzərdə tutmurdum, ümumi mənzərəni deyirdim. Bunu siz də yaxşı bilirsiz.
- Qurban Qurbanov bir il ərzində yığmanın baş məşqçisi oldu. Bu sənin üçün üzücü oldu, yoxsa sevindirici?
- Qurbanov mənim məşqçim olub və aramızda heç bir problem olmayıb. İnsan və məşqçi kimi özünü sübut etməyi bacarıb. Belədə yaşananlara görə necə sevinə bilərəm?!
- Yığmaya baş məşqçi təyin olunmasına görə deyirəm.
- AFFA rəhbərliyinin qərarıdı, özləri bilər. Bir şeyi bilirəm ki, Qurban Qurbanova vaxt verilmədi. Nəsə etmək üçün lazımi qədər imkan yaratmaq lazım idi. Nəyə qadir olduğunu “Qarabağ”da göstərmiş mütəxəssisdi. Fikrimcə, zamanla millinin nəticələri də yaxşılaşacaqdı. Ola bilsin, iki yerdə işlədiyini görə bu cür davrandılar. Bəlkə də iki “cəbhə”də işləməsəydi, ona 4-5 il vaxt verəcəkdilər. Baş məşqçi də öz növbəsində uğurlu nəticələr qazanacaqdı. Qurban Qurbanov bu gün ölkədə ən yaxşı məşqçilərdən biridi.
- Əmin İsgəndər Cavadovla münasibətin necədi?
- Yaxşıdı.
- Görüşüb, danışırsız?
- Təbii ki.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar