10 mar 20:01olke

Folprext “Neftçi”ni və ölkəmizi təriflədi

Folprext “Neftçi”ni və ölkəmizi təriflədi
“Çexiya ilə müqayisədə burda futbolçular texniki cəhətdən daha yüksək səviyyəlidi”

Qış fasiləsində “Neftçi” ilə anlaşan Zdenek Folprext ölkəsinin mətbuatına geniş müsahibə verib. İcarə əsasında “ağ-qaralar”ın formasını geyinən 26 yaşlı yarımmüdafiəçi ölkəmizdəki karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib. Folprext azərbaycanlıların Praqanı, çex qızlarını və bu ölkənin pivəsini bəyəndiyini vurğulamağı da unutmayıb.
- Dostlarım hansı ölkəyə yollandığımı biləndə, orda terror hadisələrinin olub-olmadığını, mal-qaranın küçələrdə gəzib-gəzmədiyini soruşdular. Şəhərin şəkillərini onlara göndərəndə isə hamısı heyranlıqdan məəttəl qaldı. Amerikada, San-Fransiskoda yaşayan dostum da Bakının çox gözəl şəhər olduğunu dedi.
- Yaxınlarınız Çexiyada qalmağınızı istəyirdilər?
- Ailəmdən ötrü darıxıram. Liberetsdə ailəmə yaxın idim, tez-tez bacımın oğlunu görməyə gedirdim. İndi ondan uzağam. Bundan başqa, valideynlərim də yanımda deyil. Onlarla hər gün “skype” vasitəsilə əlaqə saxlayıram.
- Bakıdan razılıqla danışdız. Bəs Azərbaycan futbolu barədə nə deyə bilərsiz?
- Çexiya ilə müqayisədə burda futbolçular texniki cəhətdən daha yüksək səviyyəlidi. Amma fərdi keyfiyyətlərlə iş bitmir. Bir misal çəkəcəm. Biz “Slovan”la “Qarabağ”a qalib gəlmişdik. Turnirdən asılı olmayaraq, çexlər, yaxşı nəticə qazanmaq şansları varsa, bundan istifadə edirlər. Yəni biz komanda şəklində mübarizə aparırıq.
- “Neftçi”dəki karyeranızı necə qiymətləndirirsiz?
- Keçirdiyimiz 7 oyunun hamısında forma geymək şansı qazanmışam. Yaxşı çıxış edirik. “Neftçi”yə keçəndə komandanın 9 xalı var idi. Qış fasiləsindən sonra isə 11 xal toplaya bildik. Lakin bizim üçün çox vacib olan son oyunda məğlubiyyətlə üzləşdik. Azərbaycan çempionatında legioner limiti var. Əsas heyətdə 5 yerli futbolçu meydana çıxmalıdı. Deməli, əcnəbilər üçün 6 yer qalır ki, bizim komandada üç yeri müdafiəçilər tutur. Bu da mənim işimi bir qədər çətinləşdirir. “Neftçi”də 6 yer uğrunda 11 legioner mübarizə aparır. Bu mənada komandada Çexiyada üzləşdiyimdən güclü rəqabət yaşanır. Səviyyəli azərbaycanlı futbolçu üçün hər şey rahatdı. O bilir ki, əsas heyətdə yer alacaq. Bizdə yarımmüdafiənin mərkəzində oynaya biləcək 3 legioner var. Onlardan yalnız biri, arada ikisi ilk “11-liy”ə düşür.
- “Neftçi”yə yeni gedəndə Antalyada 3 həftəyə yaxın toplanış keçdiz. Bir yerdə uzun müddət qalmaq necə mümkündü?
- Mən komandaya yanvarın 4-də qoşuldum. İlk dəfə idi ki, legioner həyatı yaşayacaqdım. Bu mənada hansı vəziyyətlə üzləşəcəyimi, “Neftçi”də digərləri ilə necə ünsiyyət quracağımı bilmirdim. Antalyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə yollandım və digər 2 nəfərlə bir araya gəldim. Onlardan biri ukraynalı idi, o da mənim kimi komandaya yeni qoşulurdu. Digəri isə serbiyalı qapıçımız idi. Onunla danışmağa cəhd etdim, amma ingilis dilini yaxşı bilmirdi. Yalnız onu izah edə bildi ki, ingiliscə pis danışsa da, komandada bu dili ən yaxşı bilən odu. Bunu eşidəndən sonra bir qədər qorxdum və nə edəcəyimi düşündüm. “Neftçi”də bir həftə olduqdan sonra düzgün qərar qəbul etdiyimi anladım. Komandada mən və başqa futbolçulara nəsə lazım olursa, onu elə həmin gün təşkil edirlər. Klubda bu işlə təxminən 14 nəfər məşğul olur. Bu məni məmnun etdi. Təbii ki, düşərgədə ingilis dilini bilən tərcüməçi var. Hər halda, onsuz mənə çətin olardı. Məndən bir neçə gün sonra kollektivə Pavel Dreksa qoşuldu. Vaxtımızı, demək olar ki, bir yerdə keçiririk. Bu isə işimizi asanlaşdırır.
- Çexiyadan gəlmiş futbolçular komandada necə qarşılandılar? Siz “Neftçi”ni gücləndirə bilmisiz?
- Yeni gələndə komanda yoldaşlarım üstümə düşüb, “Slovan” “Qarabağ”ı necə oldu ki, 3:0 hesabı ilə məğlub etdi” sualını verirdilər. Çünki Azərbaycanda məhz “Qarabağ” “Qəbələ” ilə çempionluq mübarizəsi aparır və ölkənin ən varlı klubu sayılır. “Neftçi”də ən təcrübəli futbolçu təxminən 30 yaşı olan gürcü müdafiəçi Georgi Navalovskidi. O, 5 il Rusiya çempionatında oynayıb. Mən “Neftçi”nin oyunçusu kimi təqdim ediləndə bildirdilər ki, komanda üçün vacib transferəm. İnstaqramda şəkil paylaşanda azarkeşlər həmişə öz fikirlərini yazırlar və güvəndiklərini bildirirlər.
- Azərbaycanda radio verilişində qonaq olanda gitara çalıb, mahnı oxumusuz...
- Gitara çalmaq məsələsinin tarixçəsini danışım. Mən masajçımla birlikdə Türkiyədə istirahət edəndə, o mənə instarqamda gitara çalmağımla bağlı paylaşdığım videonu gördüyünü dedi və nə vaxtsa bunu təkrarlamağımı istədi. “Slovan”da azarkeşlərlə görüş keçirmişdik, təxminən 100 fanat gəlmişdi. Klubumuzda gitara var idi. Azarkeşlərdən biri gitara çalmağımı istədi. Mən də çex mahnıları səsləndirdim. Sonra azarkeş həmin videonu internetdə paylaşdı. Bakıda isə bu yaxınlarda məni radioda verilişə qonaq çağırmışdılar. Onlar mənim üçün gitara da təşkil etmişdilər. Əvvəlcə tərəddüd etsəm də, sonra gitara çalmağa razılaşdım.
- Bakıda “Slovan”ın oyunlarına baxmaq imkanınız var?
- Əlbəttə, var. Amma son oyunlarına baxa bilmədim. Buna baxmayaraq, “Slovan”ın futbolçuları ilə əlaqəm davam etməkdədi.
- Ekzotik ölkə olan Azərbaycana gedişiniz necə alındı?
- Vəziyyət elə gətirdi ki, Azərbaycana yollanmaq şansı əldə etdim. Bunu ailəmlə müzakirə etdim və yekunda qərarımı verdim. Hələ ayyarımdı ki, Bakıdayam və bu müddətdə rus dilini öyrənə bilmişəm. Azərbaycanlıların fərqli mədəniyyəti var. “Neftçi”dəki karyeram cəmi 4 ay çəkəcəksə belə, həyatımda verdiyim qərarlardan yenə narazı qalmayacam.
- Bir çexiyalının Bakı həyatını necə təsvir etmək olar?
- Azərbaycanda çox yaxşı və dostcanlı insanlar var. Onlar sizin əcnəbi olduğunuzu və hansısa məsələ ilə bağlı kömək istədiyinizi görəndə, dərhal yardım edirlər. Misal da gətirə bilərəm. Bir dəfə maşınımı düzgün park etməmişdim və qayıdanda avtomobilin yerində olmadığını gördüm. Qarşıma çıxan ilk taksiyə əyləşərək, vəziyyəti ona izah etdim. Taksi sürücüsü nə baş verdiyini anladı və maşınımın aparıldığı cərimə meydançasının harda yerləşdiyini bildiyini dedi. Bizi dərhal ora apardı. Yeri gəlmişkən, həmin vaxt güclü yağış yağırdı. Könüllü şəkildə mənim problemimlə maraqlandı və cərimə meydançasına yollandıq. Mənə dostumla birlikdə maşında gözləməyi tapşırdı. 20 dəqiqə ərzində hər şeyi həll etdi və maşınımı geri qaytardılar. Taksi sürücüsündən ona borcumun nə qədər olduğunu soruşdum. O isə çiyinlərini çəkərək, bilmədiyini dedi. Sürücüyə pul verəndə mənə minnətdarlığını bildirdi. Halbuki daha çox təşəkkür etməli olan mən idim. Bəzən küçədə gəzərkən haralı olduğumu soruşurlar. Çexiyadan gəldiyimi biləndə Praqanı gözəl, tarixi şəhər adlandırırlar. Bəziləri isə Çexiyanın pivəsini və qızlarını tərifləyir (gülür).
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar