11 dek 13:40olke, manset

İtalyanlar da, almanlar da məmnundu

Kaliniç: "Qələbə qazanmağımıza baxmayaraq, çox əziyyət çəkdik”

 

"Qarabağ”la matçda qələbə qazanan "Fiorentina”nın futbolçuları oyundan sonra İtaliya mətbuatına açıqlamalar veriblər. "Bənövşəyilər”in şərəfini qoruyanlar Bakıdakı qələbənin o qədər də asan başa gəlmədiyini vurğulamağı unutmayıblar. Cümə axşamı italyanların heyətində ən yaxşı olan Matias Vesino bunları bildirib: "Çox xoşbəxtəm. Xüsusilə mərhələ keçdiyimiz üçün sevinirəm. Bilirdik ki, "Qarabağ” bütün bacarığını ortaya qoyacaq. Bu üzdən qalib gəldiyimizə şadıq. Federiko Kyezanı ilk qolu münasibəti ilə təbrik edirəm. O yaxşı oyun nümayiş etdirdi. Avrokuboklarda bütün oyunlar çətin olur. "Qarabağ”la matç da istisna olmadı. Onlar qələbə qazanmalıydılar. Biz isə PAOK-a məğlubiyyətdən sonra azarkeşlərimizi sevindirmək niyyətindəydik. Ən əsası odu ki, biz qrupda birinci yeri tutduq. Qələbəni ailəmə, rəfiqəmə və oğluma həsr edirəm”.

Florensiya təmsilçisinin icraçı direktoru Sandro Mencuççi isə qrupdakı məqsədlərinə çatdıqlarını vurğulayıb və püşkdə münasib rəqib gözlədiklərini dilə gətirib: "Yaxşı oyun oldu. Qalib gəlməyimiz də lap yerinə düşdü. Kyezanın Bakıda qol hesabını açması tortun üzərindəki qaymağa bənzəyir. Meydanda rəqiblər bir-birinə hörmətlə yanaşırdı. Əsas odu ki, birinci yeri tutduq. Hədəfimiz də bu idi. Çünki birinci yeri tutmaq bizə püşkatmada münasib rəqib vəd edir. Ümid edirik ki, dekabrın 12-də keçiriləcək püşk hər mənada yaxşı olacaq. Əslində qarşıdakı rəqibin kim olacağının fərqi yoxdu. Komandamız istənilən rəqiblə oynamaq gücündədi”.

"Fiorentina”nın müdafiəçisi Maksimiliano Oliveyra "köhlən atlar”ın dinamik futbol sərgilədiyni vurğulayıb: "Layiqli qələbə qazandıq. Oyunumuzdan tam razı qalmaq olar. "Qarabağ” soyuq havaya baxmayaraq, çox dinamik futbol sərgilədi. Açığı, oyun tam nəzarətimiz altında keçmədi. Yəni rəqib də qələbə qazana bilərdi. Sadəcə, biz əlimizə düşən şanslardan daha düzgün yararlandıq. Elə bir oyun idi ki, kim qələbə qazansaydı, buna layiq sayılacaqdı. Məncə, həm "Qarabağ”, həm də PAOK oyunu ilə növbəti mərhələyə layiq idi. Sadəcə, qrup ikincisi kimi onlardan biri çıxmalı idi”.

Artıq azərbaycanlı futbolsevərlər arasında"Qarabağ”ın qatıli” adlandırılan Nikola Kaliniç də oyunla bağlı fikilərini bölüşüb: "Bu qələbə sayəsində pley-off mərhələsinə qrup lideri kimi vəsiqə qazandıq. İndi 1/16 finaldakı rəqibimizi gözləyirik. Qələbə qazanmağımıza baxmayaraq, çox əziyyət çəkdik. "Qarabağ” bizə çətin anlar yaşatdı. Meydan sahibləri müdafiədə dəqiq, səhvsiz oynayırdılar. Bizə, demək olar ki, boş zona buraxmırdılar. Meydançanın durumu ideal vəziyyətdə deyildi. Amma hər iki komanda üçün şərait eyni idi. Peşəkar futbolçu belə nüansları səbəb göstərməməlidi. Əsas odu ki, qələbə qazandıq. Ancaq qol vurmamağım faktı məni o qədər də narahat etmir”.

"Qəbələ”nin Avqoliqanın son qarşılaşmasında rəqibi olan "Maynts-05”in baş məşqçisi Martin Şmidt 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mediaya bunları deyib: "Rəqibimiz enerjili, istəkli komanda idi. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Təbii ki, ümumi nəticə ürəyimizcə olmadı. Qrupdan çıxmadığımıza görə məyusuq. Amma Avropa Liqasını qələbə ilə, yəni başıuca tərk etdik. Qrupda qalsaq da, ümumi çıxışımız barədə yalnız müsbət fikirlər səsləndirə bilərəm. Hər halda, topladığımız 9 xal bunu deməyə əsas verir. Hər bir komanda can atır ki, daim avrokubokda çıxış etsin. Bizim də istəyimiz belədi. Nə vaxtsa yenidən Avroliqanın qrup həyəcanını yaşamaq istərdik”.

"Karnavalçılar”ın kapitanı Aleksandr Hak alman həmkarlarımıza Bakıdakı oyunun daha çətin alındığını qeyd etməklə yanaşı, "Qəbələ”ni də tərifləməyi unutmayıb: "Bakıdakı oyunla müqayisədə bu dəfə baş məşqçimiz heyətdə bəzi dəyişikliklər etməyi lazım bilmişdi. Buna baxmayaraq, bu dəfə daha asan qələbə qazandıq. Azərbaycanda baş tutan ilk qarşılaşmada "Qəbələ” sərgilədiyi oyunla həm bizi təəccübləndirdi, həm də çətin anlar yaşatdı. Kim ki deyir Azərbaycan klubu aşkar zəifdi, yanılır. Onların heyətində təcrübəli, yüksək texnikaya malik oyunçular var. Qrup mərhələsini aşa bilməsək də, mənə elə gəlir, azarkeşlər çıxışımızdan razı qaldılar. İndi bütün diqqətimizi bundesliqaya yönəldəcəyik”.

"Qırmızı-qaralar”ın qapısından ikinci qolu keçirən Pablo De Blazis də görüşlə bağlı fikilrərini bölüşüb: "Pley-offa vəsiqə qazana bimədiyimizə görə məyus olsaq da, gələcəyə nikbin baxa bilərik. Komanda qrupda keçirdiyi oyunlarda heç də pis təsir bağışlamadı, hardasa bəxt, hardasa da bəzi oyunlarda oyunumuzun alınmaması istədiyimiz nəticəni qazanmağa mane oldu. Məncə, azarkeşlərimiz bizdən narazı qalmadı”.

RƏŞAD hazırladı

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Bu gün, 15:26 TRANSFER DOSYESİ Bu gün, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Bu gün, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Bu gün, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Bu gün, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Bu gün, 15:15 “Neftçi” yeni kartların satışına başladı Bu gün, 15:14 “Parken”də anşlaq gözlənilir Bu gün, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Bu gün, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Bu gün, 15:10 Dima qol hesabını açdı Bu gün, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Bu gün, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Bu gün, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Bu gün, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Bu gün, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Bu gün, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Bu gün, 13:58 Ruslan bir pillə irəlilədi Bu gün, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Bu gün, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Bu gün, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Bu gün, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Bu gün, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Bu gün, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar