09 dek 14:14olke

Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür

Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür
Daş atıb başlarını tutdular ki, bizdə ikili müqavilə yoxdu...
Klublar Komitəsinin çərşənbə axşamına təsadüf edən ilin son iclasında bir çox məsələlər müzakirə olundu. Təbii, aralarında ən diqqətçəkəni və gələcəyi müəmmalı olan klubların ictimaiyyətə maliyyə hesabatı təqdim edəcəyi ilə bağlı yer alan bənd idi. Təbii, bütün dünya bu yolla gedir və son illər ölkəmizdə bütün sahələrdə maliyyə şəffaflığına doğru addımlar atılmaqdadı. Məqsəd vergidən yayınmamaq, pulla bağlı işlərdə təmizlik nümayiş etdirməkdi. İdarə və təşkilatlarda, iaşə obyektlərində bunu etmək mümkündü, necə ki edirlər. Amma futbolda...
Ağla gələn ilk məqam futbolçularla ikili müqavilələrin bağlanmasıdı. Məlumdu ki, illərdi Azərbaycan futbolunda ikili müqavilələr hökm sürür. Vergidən yayınmaq üçün asan yol tapan bir çox klublar illik 300 min qazanan futbolçuya aylıq 400-500 manatlıq sənədə qol çəkdirir. Yaxın keçmişə qədər bu fakt dəb halını almışdı. Xüsusən iddialı klublar bu vasitədən yararlanırdı. Hətta bir müddət öncə “Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri Azərbaycanda bağladığı müqavilənin şəklininin mətbuatda yayılmasına şərait yaratmış və dediyimiz məsələ orda öz təsdiqini tapmışdı.
Deməli, maliyyə hesabatının ictimaiyyətə təqdim olunması bu baxımdan klubların başını ağrıdacaq. Ya hansısa çıxış yolu tapmalı, ya da yüzminlik müqavilələri rəsmi şəkildə təqdim etməlidilər. Çıxış yolu nədi? Bu iş necə tənzimlənəcək? Klub rəsmiləri ilə söhbətdə suala cavab tapmağa çalışdıq.
Rüstəm Allahverdiyev, “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri: “Neftçi”də heç bir futbolçu ilə ikili müqavilə bağlanmayıb. Nə varsa, hamısı şəffafdı. Bu baxımdan maliyyə hesabı ilə bağlı ictimaiyyətə açıqlama vermək problemi olmayacaq”.
Asif Əsgərov, “Qarabağ”ın baş meneceri: “UEFA-nın Lisenziyalaşdırma Departamentindən verilən məlumatda deyilir ki, maliyyə hesabatı A meyarı olduğuna görə, hesabatı ictimaiyyətə təqdim etməyən klublara UEFA lisenziyası verilməyəcək. Maliyyə hesabatını onsuz da hər il təqdim edirik. Burda söhbət hesabatın sayt vasitəsi ilə ictimaiyyətə təqdim olunmasından gedir. Orda ayrı-ayrı bəndlər var ki, xərclər onlara uyğun göstərilməlidi. Lap detallı olmasa da, vəsaitin hansı istiqamətə və nə qədər xərcləndiyi diqqətə çatdırılmalıdı. İndiyə qədər klub olaraq hansısa öhdəliyi yerinə yetirməklə bağlı problemimiz olmayıb. Ona görə də bə məsələdə hansısa problemin olacağını düşünmürtəm”.
Elmar Abdullazadə, “Zirə”nin mətbuat katibi: “Bizdə ikili müqavilə yoxdu. Futbolçuların aldığı maaş rəsmi müqavilədə öz əksini tapıb. Ona görə də bu baxımdan problem olacağını düşünmürük”.
Zaur Əzizov, “Qəbələ”nin baş meneceri: “Maliyyə hesabatı ilə bağlı məsələdə bütün xırdalıqların açıqlanması nəzərdə tutulmayıb. Ümumi xərclər haqda məlumat verilməlidi. Əməkhaqqılar, marketinq, infrastruktur və sair sahələr haqda ümumi maliyyə bilgiləri verilməlidi. Belə olacağını bilirdik. Ona görə də bir neçə ildi buna hazırlaşırdıq. UEFA-nın və AFFA-nın əməkdaşları ilə söhbətlər zamanı bu məsələni müzakirə edirdik. Avropa Klublar Birliyində də bu haqda müzakirələr aparılmışdı. Yəni gözləmədiyimiz hadisə baş verməyib. Onsuz da son başverənlər buna doğru aparırdı. Klubumuzun Maliyyə Departamenti dediyiniz məsələ üzərində işləyir, AFFA və müxtəlif dövlət qurumlarıyla əməkdaşlıq edir. Məsələnin həlli yollarını müzakirə edəndən sonra tənzimləyəcəklər. Futbolçuların qazancı təkcə aylıq maaş deyil. Bildiyiniz kimi, mükafat sistemi də var. Ən yaxın zamanda müzakirələr başa çatıb qərar qəbul ediləndən sonra nəyi necə edəcəyimiz dəqiq bilinəcək. Hələ ki konkret nəsə demək çətindi. Bir şey dəqiqdi ki, UEFA-nın tələbidisə, yerinə yetirməliyik”.
Elnur Həmidov, “Sabah”ın mətbuat katibi: “Sabah” yeni yaranmış klubdu. Fəaliyyət göstərdiyimiz müddətdə futbolçularla heç vaxt ikili müqavilələr bağlanmayıb. Bizdə nəinki futbolçular, bütün əməkdaşlarımızla yalnız bir rəsmi müqavilə imzalanır. Belə deyim, bu kimi işlərdə tam şəffaflığa riayət edilir, müvafiq olaraq bütün vergilər ödənilir. Ona görə də məlum qərarın həyata keçirilməsində hansısa problem görmürük. Nə vaxt deyilsə, həmin vaxt maliyyə hesabatı ictimaiyyətə təqdim olunacaq”.
Törə Əhmədova, “Səbail”in mətbuat katibi: “Səbail”də ikili müqavilə yoxdu və heç vaxt da olmayıb. Klub yaranan gündən bütün müqavilələr FİFA-nın qaydalarına uyğun rəsmi qaydada bağlanıb və futbolçular maaşlarını kart sistemi ilə alırlar. Həm də “Səbail”də futbolçuların aldığı məbləğ elə də böyük deyil”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar