09 dek 16:40olke

İlk dueli “Xəzər Cənub” qazandı

İlk dueli “Xəzər Cənub” qazandı
Dünən futzal üzrə yüksək liqada 4-cü turdan təxirə salınmış bir oyun keçirildi. Bakı İdman Sarayında üz-üzə gələn “Yasamal”la “Xəzər Cənub”un görüşü prinsipial xarakter daşıyırdı. Xüsusilə Lənkəran təmsilçisi 4-cü yeri məhz “Yasamal”ın əlindən almaq üçün meydandan qalib ayrılmalı idi. Oyunöncəsi ab-hava isə fərqli idi. 9-cu turda “Araz”, 10-cu turda isə “Ekol” kimi iddialı komandalardan xal alan “Xəzər Cənub” son iki həftədə dincəlmiş, gücünü bərpa etmişdi. “Yasamal” isə əksinə, iki gün əvvəl çempionat matçına çıxmışdı. Düzdü, son turdakı rəqib “Yasamal” İSK olmuşdu. Ancaq heyət kasadlığı komandanın nəticələrində də özünü göstərir. Hər dəfə oyuna 7-8 oyunçu ilə çıxan yasamallılar çatdırmır, adətən ikinci hissədə çökür. Bu dəfə də belə oldu...
Fasiləyə qədər tərəflər hərəyə bir dəfə fərqləndi. Hesabı 13-cü dəqiqədə “Yasamal”lı Səid Amini açdı, “Xəzər Cənub”dan Şabah Şahnazi fasiləyə 22 saniyə qalmış tarazlığı bərpa etdi. Əslində, cənublular ilk yarıda daha çox qol vura bilərdi. Bunun üçün nominal qonaqlar iki dəfə təyin edilmiş “10 metrlik” zərbəni dəqiq yerinə yetirməli idi. Ancaq Mehdi Pənahande qeyri-dəqiq oynadı, Fərid Mazahevinin zərbəsini isə qapıçı zərərsizləşdirdi. İkinci hissədə üstünlük tamamilə “Xəzər Cənub”un tərəfində oldu. Hissənin startında vurulan ardıcıl qollar paytaxt təmsilçisini şoka saldı. Üstəlik, oyunun gedişində “Yasamal”ın 2 oyunçusunun qırmızı vərəqə alması və komandasını azlıqda qoyması da nəticəyə təsirsiz ötüşmədi. Beləliklə ilk “4-lük”ə iddialı iki komandanın cari mövsümdəki ilk duelini “Xəzər Cənub” 7:3 hesabıyla qazandı. Bu komandalar arasında növbəti təxirə salınmış oyun dekabrın 10-da saat 12.30-da Bakı İdman Sarayında keçiriləcək. 11-ci turdan təxirə düşən oyunu Azər Əsgərov, Hikmət Qafarlı və Rahin Heybətovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor Asim Xudiyev olacaq.
Yasamal – Xəzər Cənub 3:7 (1:1)
Yasamal: 2. Rza Xorasani, 10. Salar Şahnazi, 7. Sina Jamali, 12. Sadiq Cavid, 8. Səid Amini; 11. Murtuza Cahandost (k), 3. Vladislav Vorobyov, 5. Tural Lətifov.
Xəzər Cənub: 21. Məhəmməd Rza Rahi, 10. Mehdi Pənahandə (k), 15. Hadi Rizvan, 9. Fərid Mazahevi, 11. Şabah Şahnazi; 1. Əli Xadimi, 7. Məsud Nəsirzadə, 12. İlkin Mirzəyev, 19. Şahin Nami, 77. Əli Mikaili.
Menecer: Tuğsal Eliz.
Qollar: S.Amini, 13 (1:0). Ş.Şahnazi, 20 (1:1). F.Mazahevi, 23 (1:2). F.Mazahevi, 25 (1:3). H.Rizvan, 27 (1:4). S.Şahnazi, 32 (1:5). Ə.Mikaili, 33 (1:6). M.Cahandost, 33 (2:6). M.Nəsirzadə, 36 (2:7). S.Jamali, 37 (3:7).
Vərəqələr: S.Amini, 5. S.Jamali, 10. S.Cavid, 10. R.Xorasani, 27 – sarı. S.Amini, 30 (ikinci sarı). M.Cahandost, 35 – qırmızı.
Hakimlər: Azad Hüseynov, Mehman Mahmudov, Rahin Heybətov
Hakim-inspektor: Şahin Cəfərov
7 dekabr. Bakı İdman Sarayı.
Yeri gəlmişkən, 13-cü turun oyun cədvəli və təyinatları açıqlanıb. Tur da ayın 13-də baş tutacaq.
Yasamal İSK – Xəzər Cənub
Hakimlər: Anar Fərəcov, Rahin Heybətov, Elmir Quluzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
13 dekabr. Bakı İdman Sarayı. Saat 12.30
Neftçi – Ekol
Hakimlər: Elçin Səmədli, Azər Əsgərov, Kənan Məlikov
Hakim-inspektor: Fizuli Nəcəfov
13 dekabr. Bakı İdman Sarayı. Saat 14.30
Liman – Yasamal
Hakimlər: Hikmət Qafarlı, Azad Hüseynov, Mehman Mahmudov.
Hakim-inspektor: Asim Xudiyev.
13 dekabr. Bakı İdman Sarayı. Saat 16.30
1. Araz 11 8 3 0 96-26 27
2. Ekol 10 7 2 1 89-26 23
3. Neftçi 9 7 0 2 47-24 21
4. Xəzər Cənub 9 3 2 4 61-33 11
5. Yasamal 9 3 1 5 61-36 10
6. Liman 9 2 0 7 33-99 6
7. Yasamal İSK 11 0 0 11 32-175 0
Bombardirlər: Xətai Bağırov (Araz) - 27, Namiq Məmmədkərimov (Ekol) – 25.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar