09 dek 13:06olke

İki klubumuz eyni oteldə qalacaq

İki klubumuz eyni oteldə qalacaq
“Səbail” Paçeko ilə yolları ayırdı
Dekabrın 19-20-də ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək və bundan sonra premyer-liqa klubları istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də başa çatacaq. Artıq əksər klublar qış hazırlıq planını tərtib edib, hara üz tutacağı, hansı oteldə məskunlaşacağı, yoxlama görüşlərinin tarixi və başqa detallar müəyyənləşib.
“Səbail”in də hazırlıq planı müəyyənləşib. “Dənizçilər” təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar. Ötən qış olduğu kimi, Laradakı “Miracle Resort Hotel”də məskunlaşacaq “Səbail”in hazırlıq prosesi iki mərhələli olacaq. Komanda yanvarın 5-də bir araya gələcək. Bərpa və fiziki hazırlığın artırılmasına bir həftə sərf olunacaq. Aftandil Hacıyev komandasını yanvarın 12-də qardaş ölkəyə aparacaq. Əsas mərhələ yanvarın 25-dək nəzərdə tutulub. Komanda bu müddətdə dörd yoxlama oyunu keçirəcək. Sınaq görüşlərinin tarixi bəlli olsa da, rəqiblər hələ dəqiqləşməyib. Baş məşqçi Aftandil Hacıyevdən aldığımız bilgiyə görə, “Səbail” Antalyada üç gündən bir - yanvarın 15-i, 18-i, 21-i və 24-də yoxlama oyununda gücünü sınayacaq.
“Səbail” qış fasiləsinin startını gözləmədən artıq heyətdə “təmizlik” işlərinə başlayıb. Aftandil Hacıyevi dinləyək: “Bu gün (dünən) Edqar Paçeko ilə müqaviləyə xitam verdik. Anlaşma yaya qədər nəzərdə tutulsa da, qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. O, daha çox oynamaq istədiyi kluba keçmək istəyir. Biz isə nəinki ona, heç bir futbolçuya daim heyətdə olacağına dair söz vermirik. Halbuki Paçekonun zədəsi də var idi və tam gücü ilə bizə kömək edə bilmirdi. Beləliklə, görüşüb ayrılmağa qərar verdik. Yenə gedənlər ola bilər. Tamazi Tsetsxladzenin məsələsi isə açıq qalır. Özü də, biz də ona klub axtarırıq. İstəyən olsa, icarə ilə bağlı danışıq apara bilərik”.
“Keşlə"nin də qış hazırlıq planı müəyyənləşib. Maraqlıdı ki, paytaxtın digər təmsilçisinin də hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv gələn il yanvarın 5-də bir araya gələcək. Paytaxtda birhəftəlik təli-məşq toplanışı keçəcək komanda daha sonra ölkə xaricinə, Türkiyənin Antalya bölgəsinə üz tutacaq. Üstəlik, “Səbail” kimi, “Keşlə”nin də "Miracle" otelində məskunlaşacağı gözlənilir. Qonşu ölkədə iki həftə hazırlıq keçməyi nəzərdən keçirən “Keşlə” orda ən azı dörd yoxlama oyununda qüvvəsini sınayacaq. Ancaq hələ oyun günlərinə və sınaqçı-rəqiblərin kimliyinə aydınlıq gəlməyib.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar