08 dek 01:32olke

Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi

Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi
“Yasamal” meydana məşqçisiz çıxdı
Dünən Bakı İdman Sarayında futzal üzrə yüksək liqanın 12-ci turu baş tutdu. Açılış oyununda Yasamal təmsilçiləri üz-üzə gəldi. Mövsümün geridə qalan bölümündə xala həsrət qalan "Yasamal" İSK meydana məşqçisiz, hətta rəhbərsiz çıxan "İran legionu"na 10 dəqiqə müqavimət göstərə bildi. Əslində autdayder startda iki real qol vəziyyətini boşa verdi. Əvvəlcə Məhəmməd təkbətəkdən yararlana bilmədi, ardınca Amilin zərbəsi dirəkdən döndü. 8-ci dəqiqədə isə "Yasamal" penaltini boşa verdi. Ötən mövsümün ikinci bombardiri, bu mövsüm isə debüt matçına çıxan Murtuza Cahandost standart vəziyyətdən yararlana bilmədi. 11-ci dəqiqədə isə "Yasamal" İSK iki zərbəni birdən aldı. Həm qol buraxdı, həm də azlıqda qaldı. Sinanın hesabı açdığı epizodda rəqibi söyən qapıçı Ceyhun Nağıyev meydandan qovuldu. Bununla da "Yasamal" İSK-nın mübarizə əzmi qırıldı. Fasiləyə qədər hesab artıq 1:6 idi. İlk hissədə "Yasamal" İSK daha bir dəfə 3 dəqiqəni azlıqda keçirməli oldu. 15-ci dəqiqədə Amil ikinci xəbərdarlıqdan sonra "qırmızı" aldı.
İkinci yarı daha məhsuldar alındı. Fasilədən sonra əsasən Murtuzanın ifasında qol şousu diqqəti çəkdi. Ötən mövsüm bombardirlərin yarışında yalnız Tyaqodan geri qalan iranlı forvard ikinci yarıda 6, ümumilikdə 7 qol vuraraq, təcrübəsini ortaya qoydu. Beləliklə, "Yasamal derbisi"ni legionerlər darmadağınla qazandı.
Heç şübhəsiz, bu turda əsas diqqətlər çempionluq mübarizəsinin favoritlərinin duelinə yönəlmişdi. Oyun ərəfəsində "Neftçi"nin düşərgəsində həyəcan var idi. İkiturluq fasilə də komandanın zədəli iranlı legionerlərinin yarasına dərman olmamışdı. Komandanın baş məşqçisi İlqar Aslanov yalnız Məhəmməd Katebinin iynə gücünə oynaya biləcəyini demişdi. Onu da qeyd edək ki, "CBC Sport" telekanalı vasitəsilə canlı yayınlanan oyuna komandalar "Fənər" uşaq futbol məktəbinin azyaşlılarının əlindən tutaraq çıxdılar. Derbini izləyənlərin sayı da kifayət qədər idi. Mərkəzi tribunalar, demək olar ki, tam dolmuşdu. Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev və İcraiyyə Komitəsinin üzvü Turqay Fərzəliyev də özünü mərkəzi arenaya çatdırmışdı.
Oyuna hər iki komanda aqressiv başladı. Düzdü, nisbi üstünlük “Araz”ın tərəfindəydi. Ancaq müdafiədə boşluq verməyən “Neftçi” əks-hücumlarda kəsərli olmağa çalışırdı. Oyunda hesab çox gec - 15-ci dəqiqədə açıldı və maraqlıdı ki, “Araz” ikinci heyətlə oynayanda fərqləndi. Oqtayın qapıya zərbəsini Elnur Zamanov dəf etsə də, qısa düşən topu Elşən İbrahimxəlilov təkrar vuruşla tora qovuşdurdu. “Neftçi” şokdan ayılmamış qapısında 2-ci qolu gördü. Düz 1 dəqiqə 1 saniyə sonra fərq artdı. Qoldan əvvəl taym-aut götürən Alesionun müdaxiləsini də qeyd etməliyik. Standart vəziyyətdən sonra Nihad İsmayılovun qüvvətli zərbəsi qapşısıalınmaz oldu. Beləliklə, “Araz” ilk yarını 2:0 öndə bitirdi.
İkinci hissənin 5-ci dəqiqəsindən etibarən “Neftçi”, demək olar, qapıçısız oynadı. İlqar Aslanovun riski özünü doğrultdu. Belə ki, 33-cü dəqiqədə fərqi azaltmaq mümkün oldu. Vitalinin ağıllı ötürməsindən sonra Oruc komandasını ümidləndirdi. Ancaq adrenalin dolu matçda başqa qol olmadı və beləliklə, “Araz” ilk dövrədə olduğu kimi, prinsipial rəqibi üzərində qələbə qazanıb zirvədə mövqeyini möhkəmləndirdi.
Günün son qarşılaşmasında isə "Ekol"la "Liman" üz-üzə gəldi. Gözlənildiyi kimi, Radik Əhmədovun komandası cənub təmsilçisi üzərində rahat qələbə qazandı. Hərçənd ilk təhlükəli vəziyyəti nominal qonaqlar yaratdı. “Liman”dan Hikmət Hüseynov yaxın məsafədən Kürdovu yenə bilmədi. "Ekol"un cavabı tutarlı oldu. Atakişiyevin zərbəsini qapıçı geri qaytarsa da, pusquda dayanan Həmzəyevi zərərsizləşdirmək mümkün olmadı. "Liman"ın bombardiri Hüseyn 8-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirə bilərdi. Ancaq Kürdov səhvsiz oynamaqla buna imkan vermədi. İlk yarıda iki dəfə 1 dəqiqə ara ilə rəqibin qapısına daha 4 qol vuran "Ekol" fasiləyə 5:0 öndə yollandı.
İkinci hissə isə, ümumiyyətlə, təkqapı keçdi. Daha 15 qol vuran "şirkət təmsilçisi"nin qollarından 9-na Namiq Məmmədkərimov imza atdı. Beləliklə, "Ekol" 3 xal sayəsində "Neftçi"ni 2-ci pillədən sıxışdırıb liderin ən yaxın izləyicisi statusunu ələ keçirdi.
12-ci tur
Yasamal – Yasamal İSK 18:4 (6:1)
Yasamal: 2. Rza Xorasani, 7. Sina Camali, 8. Səid Amini, 10. Salar Şahnasi; 12. Sadiq Cavid, 3. Vladislav Vorobyov, 5. Tural Lətifov, 11. Murtuza Cahandost (k).
Yasamal İSK: 23. Ceyhun Nağıyev (k), 5. Vüsal Səfərov, 10. Məhəmməd Eyniyev, 11. Amil Əlimirzəyev, 9. Davud Bağıri; 3. Anar İsayev, 7. Nihad Mahmudov, 8. Xəyal Abbasov.
Rəhbər: Azər Əmənov.
Qollar: S.Camali, 11 (1:0). S.Şahnasi, 14 (2:0). S.Amini, 14 (3:0). V.Vorobyov, 17 (4:0). M.Cahandost, 17 (5:0). N.Mahmudov, 19 (5:1). S.Cavid, 19 (6:1). M.Cahandost, 22 (7:1). M.Cahandost, 23 (8:1). M.Cahandost, 23 (9:1). M.Cahandost, 25 (10:1). S.Cavid, 26 (11:1). S.Şahnasi, 30 (12:1). S.Cavid, 32 (13:1). S.Cavid, 34 (14:1). T.Lətifov, 34 (15:1). M.Cahandost, 35 (16:1). S.Cavid, 37 (17:1). M.Cahandost, 38 (18:1). M.Eyniyev, 38 (18:2). A.İsayev, 38 (18:3). M.Eyniyev, 40 (18:4).
M.Cahandost 8-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Vərəqələr: M.Cahandost, 9. A.Əlimirzəyev, 9. S.Şahnasi, 9. T.Lətifov, 34 – sarı. C.Nağıyev, 11. A.Əlimirzəyev, 15 – qırmızı (ikinci sarı).
Hakimlər: Anar Fərəcov, Elman Musayev, Yusif Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
5 dekabr. Bakı İdman Sarayı.

Araz – Neftçi 2:1 (2:0)
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Oqtay Rüstəmli, 11. Xətai Bağırov; 1. Kamran Hacıyev, 10. Nihad İsmayılov, 14. Elşən İbramxəlilov, 15. Adəm Həbibov, 17. İsa Atayev, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Neftçi: 23. Elnur Zamanov, 7. Rəcəb Fərəczadə, 8. Vahib Xocayev, 10. Rüfət Balakişiyev (k), 14. Vitali Borisov; 1. Samir Mehtiyev, 4. Əli Abdullahi, 6. Məhəmməd Katebi, 17. Tural İsmayılov, 94. Oruc Baxşəlizadə.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: E.İbrahimxəlilov, 15 (1:0). N.İsmayılov,16 (2:0). O.Baxşəlizadə, 33 (2:1).
Vərəqə: M.Katebi, 27 – sarı.
Hakimlər: Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov.
Hakim-inspektor: Asim Xudiyev.
5 dekabr. Bakı İdman Sarayı.

Ekol – Liman 20:0 (5:0)
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Faiq Əliyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Sərxan Məstiyev.
Məşqçi: Radik Əhmədov.
Liman: 12. Seyid Əhməd Yaqubi (k), 6. Hikmət Hüseynov, 7. Hüseyn Fatihzadə, 3. Elvin Mirzəzadə, 11. Seyid Məhəmməd Musəvi; 4. Paşa Tanrıverdiyev, 10. Camal Mahmudov
Məşqçi: Fariz Əkbərov.
Qollar: S.Həmzəyev, 4 (1:0). S.Həmzəyev 11 (2:0). Z.Fərziyev, 12 (3:0). Ə.Abasov, 15 (4:0). F.Əliyev, 16 (5:0). F.Əliyev, 21 (6:0). R.Əhmədov, 22 (7:0). F.Əliyev, 23 (8:0). S.Məstiyev, 24 (9:0). N.Məmmədkərimov, 24 (10:0). F.Əliyev, 29 (11:0). F.Atakişiyev, 32 (12:0). N.Məmmədkərimov, 32 (13:0). N.Məmmədkərimov, 33 (14:0). N.Məmmədkərimov, 34 (15:0). N.Məmmədkərimov, 35 (16:0). N.Məmmədkərimov, 36 (17:0). N.Məmmədkərimov, 37 (18:0). N.Məmmədkərimov, 38 (19:0). N.Məmmədkərimov, 40 (20:0).
Vərəqə: E.Mirzəzadə, 34 - sarı.
Hakimlər: Elçin Səmədli, Rahin Heybətov, Elman Musayev
Hakim-inspektor: Murad Məmmədov
5 dekabr. Bakı İdman Sarayı.
1. Araz 11 8 3 0 96-26 27
2. Ekol 10 7 2 1 89-26 23
3. Neftçi 9 7 0 2 47-24 21
4. Yasamal 8 3 1 4 58-29 10
5. Xəzər Cənub 8 2 2 4 54-30 8
6. Liman 9 2 0 7 33-99 6
7. Yasamal İSK 11 0 0 11 32-175 0
Bombardir: Xətai Bağırov (Araz) – 27.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar