03 dek 21:53olke

“Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb

“Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb
“Sabah” da bəyanat yaydı
“Sabah” – “Neftçi” qarşılaşması tura damğa vurdu. Rəhim Həsənovun göstərdiyi 3 qırmızı vərəqə, saysız-hesabsız sarı vərəqələr və şübhəli penalti öz yerində. Diqqəti çəkən məqamlardan biri də qonaq azarkeşlərin yer aldığı sektorda yaşananlar idi. Oyunboyu sevimli komandalarını qələbəyə səsləyən bakılı fanatlar həmişəki kimi çılğın görünürdülər. Hakimin əksər qərarlarına etiraz edir, bir çox hallarda küçə söyüşlərindən istifadə edirdilər.
“Tələbələr”in mətbuat katibi Elnur Həmidovun oyunda başverənlərlə bağlı klubun rəsmi “feysbuk” səhifəsində açıqlaması yer alıb. Həmkarımızı başa düşürük, qadınların və azyaşlıların canlı izlədiyi matçda o cür ifadələrə yer verilməməlidi. Amma bir şey də var ki, stadionlarda söyüş qaçılmazdı. Hər nə qədər buna qarşı çıxmağa çalışsaq da, faydası olmur, olmayacaq da. Xüsusən də çılğın “forzalılar”ın qarşısını kəsmək çətin məsələdi. İndiyə qədər “Neftçi” – “Xəzər Lənkəran”, “Neftçi” – “Qarabağ” duellərində bundan betər olaylar yaşanıb. Yazmışıq, tənqid etmişik, yol göstərmisik. Nə dəyişib?
Həmidovun fikirlərini dinləyək: “İlk növbədə onu vurğulayım ki, hər bir rəqibimizə olduğu kimi, “Neftçi”yə də hörmətlə yanaşırıq. “Neftçi”nin futbol tariximizdə xüsusi yeri var. Bu klubda nəsildən-nəsilə keçən azarkeşlik ənənəsi mövcuddu. Ancaq çox təəssüf ki, bu gün (srağagün) “Sabah”la oyundakı azarkeşlik “Neftçi”nin tarixinə, adına yaraşmayan şəkildə oldu. Bu klubu dəstəkləmək adıyla stadiona gələn şəxslər oyunboyu xoşagəlməz davranışlarıyla diqqəti çəkdilər. Onlar “Sabah”ın futbolçularının, baş məşqçinin, hakimlərin ünvanına təhqirlər yağdırdılar. Masazıra futbol gətirən “Sabah” klubu yerli sakinlərin stadiona gəlməsi, futbol ailəmizə qoşulması üçün əlindən gələni edir. “Əlincə Arena”ya gələnlər arasında gənc ailələr, uşaqlar, xanımlar çoxluq təşkil edir. Lakin bəzi tərəfdarların xoşagəlməz davranışı, vandallıqları stadiona yeni-yeni ayaq açan azarkeşləri burdan uzaqlaşdırır. Bu gün 150-yə yaxın oturacaq sındıran şəxslər azarkeş adına uyğun gəlməyən hərəkətlərlə yadda qalıblar. Onların bu davranışı oyunun gedişində rəqib futbolçu Baqali Daboya da sirayət etməyə başladı. O, meydandan qovulan ana qədər UEFA-nın devizi olan “respect” anlayışı haqda düşünməyi ağlına belə gətirmədi. Çox təəccüb və təəssüflə vurğulayıram ki, “Neftçi” rəsmiləri Dabonun qeyri-idman hərəkətlərini qınamaq əvəzinə, ona haqq qazandırır. Bunun məntiqi nəticəsidi ki, fanatlar tribunada özlərini apara bilmirlər, azarkeş adına xələl gətirirlər.
“Neftçi” tarixdi, bu klub hazırda çempionatda liderdi. Lakin onları böyük edən nəticələri yox, futbolçusuyla, azarkeşiylə böyüklük nümayiş etdirmələri olmalıdı. Belə hallar təkrarlansa, bu cür xoşagəlməz hallara yol verən azarkeşlərə qarşı müvafiq addımlar atılacaq, onların “Əlincə Arena”ya daxil olmasına qadağa qoyulacaq. Hakimliyə gəlincə, bizim də narazı qaldığımız məqamlar var. Lakin biz bunu media vasitəsi ilə yox, reqlamentə uyğun şəkildə etməyi doğru hesab edirik”.
Dünən axşam saatlarında isə “Sabah” növbəti bəyanatı yaydı: "Neftçi"nin ötən gün "Əlincə Arena"da yaşananlarla bağlı peşəkar mövqe tutmasını alqışlayır, məsələyə operativ reaksiya və adekvat qiymət verdikləri üçün klubun rəhbərliyinə təşəkkür bildiririk. İnanırıq ki, biz birlikdə daha güclü olacağıq və birlikdə çalışaraq, ölkə futbolunun inkişafına, gələcəyinə töhfə verəcəyik. Qoy, qarşılıqlı hörmətlə keçən mübarizədə güclü qalib gəlsin!”
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar