03 dek 21:22olke

BKFF payız-yaz birinciliyinə start verir

BKFF payız-yaz birinciliyinə start verir
Vaqif Davudov: “Bilirəm ki, Elxan Məmmədovun adından istifadə edirlər”
Bakı Kəndlər Futbol Federasiyasının paytaxtın kənd və qəsəbələrində həvəskarlar arasında keçirdiyi ənənəvi yarış adətən, oktyabrın sonlarında start götürərdi. Ayyarım ötsə də, sözügedən çempionatdan səs-soraq yoxdu. Yoxsa 16 il usanmadan turnir təşkil edən BKFF-nin prezidenti Vaqif Davudov artıq yorulub, usanıb, əl çəkib? Qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün qurumun rəhbəri ilə əlaqə saxladıq. Məlum oldu ki, Davudovun işinə əngəl olan məqamlar var: “Çempionatı keçirməməkdən söhbət gedə bilməz. 17-ci payız-yaz birinciliyinə ayın ortasında başlamaq niyyətindəyik. Sadəcə, işimizi pozan adamlar var. Rəhbərlik etdiyim federasiya paytaxtın 8 rayonunda, qəsəbələrdə keçirilən yarışlara nəzarət edir. Həmişə keçirdiyim yarışlar təmənnasız olub, niyyətim yalnız kütləviliyin təbliğinə xidmətdi. Bu işdə Gənclər və İdman Nazirliyinin, AFFA-nın dəstəyinə arxalanmışam. Ancaq son vaxtlar müxtəlif adlarla həvəskarlar arasında turnirlər təşkil edirlər. Onlarda biznes maraqları ön plandadı. Komandalardan pul yığırlar, şirnikləndirici vədlər verirlər, bir növ “qumar” təşkil edirlər. Buna başqa ad verə bilmərəm, çünki toplanan pullar təyinatı üzrə xərclənmir. Nə həkim çağırırlar, nə polis. Heç vergi də vermirlər. Sadəcə, bir qrup insanın cibinə gedir o paralar. Bu yaxınlarda “Ulduzlar liqası”nın rəhbərinə bu mövzuda iradlarımı çatdırdım, bildirdim ki, BKFF-nin nəzarət dairəsində olan ərazidə yarış keçirmək səlahiyyəti olmalıdı. Dedi AFFA-nın baş katibi Elxan Məmmədov məlumatlıdı. Bilirəm ki, Elxan müəllimin adından istifadə edirlər. Qalibə böyük məbləğdə mükafat vəd etdiklərinə görə bizim çempionatda oynayan komandalar, ayrı-ayrı futbolçular ora üz tutub. Bu yöndə çətinliklərimiz var”.
Vaqif Davudov çempionatın təşkili üçün bu gün Bakı şəhər Gənclər və İdman baş İdarəsində toplantı keçiriləcəyini diqqətə çatdırdı: “Bazar ertəsi saat 14.00-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsində iclasımız olacaq. Çempionatın təşkili, komanda sayı, reqlamenti, təqvimi barədə bir çox məsələlərə orda aydınlıq gələcək. Hələlik 7 komanda bizə müraciət edib. Onların nümayəndələri, məşqçiləri də həmin iclasa dəvət olunublar. Planlaşdırırıq ki, yarışa dekabrın 15-də start verək. Gələn il fevralın 17-23-ü aralığında isə Azərbaycanın məşhur, “Şöhrət” ordenli mərhum veteran futbolçusu Anatoli Banişevskinin əziz xatirəsinə həsr olunan ənənəvi turniri təşkil edəcəyik. Mart ayında birinciliyin və “Banişevski turniri”nin qalibi arasında superkubok keçiriləcək”.
BKFF kənd və qəsəbələrin həvəskar komandalarına da müraciət ünvanlayıb: “Çempionatımızda iştirak etmək istəyən komandalara müraciət edirik. Federasiyamızın təmənnasız keçirdiyi yarışlarda iştirak etmək istəyənlər bu gündən başlayaraq, qarşıdakı iki həftə ərzində bizə müracitə edə bilərlər. Yarışlarda polis, təcili yardım, oyunu idarə edən hakimlər, mükafatlar federasiya tərəfindən ayrılır. Yalnız ev oyununu keçirəcək komandanın stadionu olmalı, qonaqları orda qəbul etməlidi. Qeydiyyat üçün tələb olunan sənədlər isə bunlardı: tibbi arayış, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, doğum haqda şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surəti”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar