09 mar 18:19olke

Sabiq klub prezidenti bəxtini kazinoda sınayacaq

Sabiq klub prezidenti bəxtini kazinoda sınayacaq
Məstanov: “Həmişə bisnesdə əlim gətirib”

"Turan Tovuz"un sabiq prezidenti Namiq Məstanov futboldan uzaqlaşandan sonra özünü başqa bir sahədə, daha dəqiqi, kazino biznesində sınamağa qərar verib. Bir neçə gün öncə Namiq bəy Tiflisdə yeni obyektinin açılış mərasimini keçirib. Bununla bağlı sosial şəbəkələrdə videopaylaşım da var. Sabiq klub prezidentinin birdən-birə qumar sahəsinə üz tutması ictimaiyyət arasında böyük səs-küy doğurub. Heç kimə sirr deyil ki, kazino biznesinə girişən şəxsin arxasında böyük kapital olmalıdı. Namiq bəyi isə heç kim böyük sərvətə malik adam kimi tanımır. Onun rəhbərliyi dönəmində Tovuz təmsilçisi birinci divizonda əsasən ortabablar arasında yer alırdı. Bu üzdən indi onun Gürcüstanın paytaxtında kazino açdığını eşidənlər haqlı olaraq bu sualı verirlər: Məstanovun pulu var idisə, niyə “Turan Tovuz” onun prezidentliyi dönəmində acından günorta dururdu, maddi ehtiyac üzündən klubun avtobusları satışa çıxarılırdı? Futbolçuların maaşları yubanma ilə verilirdi?
Dünən etibarlı mənbədən bu məsələ ilə bağlı bilgi əldə etmişik. Adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, Məstanov bu işdə, sadəcə, icraçıdı. Daha dəqiq desək, kimlərinsə əmrlərini yerinə yetirir. Kazinonu maliyyələşdirən isə tam başqası, Azərbaycanda yüksək vəzifə tutan, geniş imkana malik, əslən Tovuzdan olan dövlət məmurudu. Həmun şəxs dövlət qulluğunda olduğundan adının biznes sahəsində hallanmasını istəmir və buna görə də kazinonu Namiq bəyin adına rəsmiləşdirib. Mənbəmiz onu da qeyd etdi ki, bir ayağı Tovuzda, bir ayağı Tiflisdə olan Məstanov klubdan ayrılandan sonra bir müddət ölkəyə Rusiya ərzağını idxal edən şirkətlərin birində qərb bölgəsi üzrə satışa nəzarət edib. Həmin şirkət daha çox spirtli içkilər və mineral suların satışı üzrə ixtisaslaşıb. Ancaq təxminən 2 ay olar ki, o həmin şirkətdən ayrılıb. Məstanovun o qədər imkanı yoxdu ki, öz vəsaiti hesabına kazinoların bol olduğu Gürcüstan paytaxtında rəqabətədavamlı obyekt açsın, yerli qurumlarla dil tapıb işləyə bilsin. Bütün pərdəarxası işləri qonşu ölkə ilə sıx əlaqələrə malik olan məmur yoluna qoyub.
Bütün bu söylənilənlərə aydınlıq gətirmək üçün “Turan Tovuz”un sabiq prezidenti ilə əlaqə saxladıq: “Turan Tovuz”dan ayrılandan sonra tanınmış bir satış şirkətində bölgələr üzrə məsul şəxsi idim. Elə klub prezidenti olduğum dönəmdə də pul qazanmaq, klubun müəyyən ehtiyaclarını qarşılamaq üçün müəyyən işlər görürdüm. Açığı, mənim həmişə bisnesdə əlim gətirib. Yəni ilk dəfə deyil ki, bu sahəyə üz tuturam. Qeyd etdiyim şirkətdən ayrılandan sonra bir müddət fikirləşdim ki, Azərbaycanda nə iş görə bilərəm? Müəyyən sahələri araşdırdım, öyrəndim və belə qərara gəldim ki, Tiflisdə kazino açım. Kazinonun yerləşdiyi məkanı icarəyə götürmüşəm. Onu da bildirim ki, obyekt Tiflisin mərkəzindədi. Üç gün öncə açılışını etdim, qonaqlarımız oldu. Fikrimcə, müştərilərimizn sayı tədricən artacaq. Obyektdə şərait və xidmət yüksək səviyyədədi. Hər şeyi nəzərə almışıq. Kim ki deyir, kazinonun sahibi başqası, mən isə sadəcə, icraçıyam, yalan söhbətdi. Şərikim yoxdu, bütün işləri özüm görürəm. Başqa ölkələrin birində də biznes qura bilərdim. Gürcüstan Azərbaycanla həmsərhəddi. Məsafənin yaxınlığı məni Tiflisə çəkdi. Burdan yaşadığım Tovuza tez-tez gedib-gələ bilirəm”.
Namiq bəy “yenidən futbola qayıtmaq fikriniz var” sualına belə reaksiya verdi: ”Açıq deyirəm, indi futbolun ləzzəti qalmayıb. Görün klublarımız hansı durumdadı? Hiss etdim ki, artıq futbolda perspektiv qalmayıb. Oturub nəyisə gözləməyin mənası yox idi. Zəmanə pul qazanmağı bacaran insanların zəmanəsidi. Pulun varsa, qabağa gedəcəksən, yoxdusa, itib-batacaqsan. Məncə, vaxtında qərar verib, futboldan ayrıldım. Ancaq bu o demək deyil ki, futboldan da tam uzaqlaşmaq fikrindəyəm. Ola bilər ki, vəziyyət düzələndən sonra bir gün yenidən bu sahəyə dönüm".

RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar