01 dek 18:54olke

Qurban Qurbanov: “Avropa klubları bizdən qat-qat üstün səviyyədədi”

Qurban Qurbanov: “Avropa klubları bizdən qat-qat üstün səviyyədədi”
“Sportinq”in çalışdırıcısı BOS-u və Bakını bəyənib
Oyundan sonra əvvəlcə qonaqların çalışdırıcısını gözləsək də, konfrans salonuna "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov daxil oldu. O, "Sportinq"lə matç haqda bunları dedi:
- Çox üzücü məğlubiyyət idi. Bu gün rəqibin tam gücünü bildik. Bəlkə də ən yaxşı oyunlarından birini oynadılar. Rəqib sürətli idi, bizdən çox üstün oynadı. Müsbət nəsə haqda danışılacaq bir şey yoxdu. Oyun Lissabon təmsilçisinin bizdən nə qədər güclü olduğunu göstərdi.
- Komandanın oyunundan ümumilikdə razı qaldız?
- Əlbəttə ki, yox.
- Ən çox hansı mövqedən narazı idiz? Hansı futbolçular sizi qətiyyən razı salmadı?
- Rəqib hərtərəfli bizdən üstün oynadı. Desəm ki, hansısa mövqedə yaxşı oynadıq, düzgün olmaz. Portuqaliyanın ən yaxşı uşaq futbol klubu "Sportinq"dədi. Onların oyunçu seçimi həddən artıq yüksək səviyyədədi. Rəqib oyunçuların topla rəftarını hamınız gördüz. Avropa futbolu bizdən yuxarı səviyyədədi. Özümüzü aldatmalı deyilik. Çox komponentlərdə zəifik. Bəzən xarakter, istək hesabına nəticə qazanmışıq. Rəqib səndən üstün olanda isə çox səhv edirsən və o da bu səhvləri bağışlamır.
- "Bu oyun real gücümüzü göstərdi" sözlərini Kosovoya məğlubiyyətdən sonra da demişdiz. Millinin baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü kimi bundan sonra inkişaf planlarınız, layihələriniz var?
- Bəli, belə demişdim. Həqiqəti deyirəm. Hər şeyə real baxmalıyıq. İnkişaf barədə danışsaq, hər şeyə yenidən, sıfırdan başlamalıyıq. Avropa klubları bizdən qat-qat üstün səviyyədədi. Biz kiçik ölkələr belə oyunlarda ancaq təcrübə qazanırıq. Futbolçular öz üzərində daha çox çalışmalıdı. Ən çox təəssüf etdiyim Bakıda belə hesabla uduzmaqdı. Evdə heç kimə məğlub olmaq istəmirəm. Böyük bir inkişaf olmalıdı ki, belə rəqiblərə qarşı mübarizə apara, müqavimət göstərə bilək. Güclü rəqiblərə qarşı mübarizə apardığımız olub. Göründüyü kimi, Avropada futbol çox sürətlə inkişaf edir.
- Futbolçular meydana şəhid övladları ilə çıxmışdılar. Bu, kiçik motivasiya deyildi. Niyə bunu meydanda görmədik?
- İstəməzdim ki, belə qollar buraxaq. Əvvəlcə penaltidən qapımızda qol gördük. İkinci qolu da elə buraxmalı deyildik. Deməzdim ki, motivasiya yox idi. Qol da vurduq. Bəzi düşündüyümüz hücumlar da alındı. Düşünmürəm ki, daha artığını edə bilərdilər. Rəqib topla çox yaxşı oynadı. Biz başqa oyun planlaşdırmışdıq. İstəyirdik ki, topa daha çox sahib olaq. Xırda amillər matçın nəticəsinə təsir edir. Hər halda, futbolçular dərk edirdilər ki, hansı uşaqlarla meydana çıxıblar.
Qurbanovun ardından "Sportinq"in baş məşqçisi Marsel Keyzer jurnalistlər önünə çıxdı:
- Oyuna çox yaxşı başladıq. Prsesinq etdik, erkən qol vurduq. Bundan sonra qollarımızı davam etdirdik. Açığı, rəqibi çox bəyənirəm. Belə qalib gələcəyimizi gözləmirdim. Nəticədən çox razıyam. Çox yaxşı pressinq etdik.
- Oyununuzu 10 ballıq şkalayla neçə qiymətləndirərdiz?
- 7-8 bal arasında. Ümumilikdə yaxşı çıxış etdik.
- Bu, görmək istədiyiniz komandadı?
- Daha yaxşı oynaya bilərik. Ancaq hələ ki oynadığımız futboldan razıyam.
- İki oyuna 10 qol vurmusuz. Bu, nəyin nəticəsidi?
- Əvvəla, komandada qol vuran futbolçuların çox olmalıdı. Buzdə onlar yetərincə çoxdu. İstər yarımmüdafiəçilər olsun, istər də hücumçular. Bu, baş məşqçi üçün yaxşı üstünlükdü. Ancaq bəzən uğursuz matçlarımız da olub. Əsas mövsümü yaxşı keçirməkdi.
- "Komandam daha yaxşı ola bilərdi" deyəndə, konkret nəyi nəzərdə tutursuz?
- Bu gün 60-70 dəqiqə topa sahib ola bildik. "Daha yaxşı ola bilərik" deyəndə, mənim üçün əsas 90 dəqiqə topla davranmaq yox, qol vəziyyətlərini necə yaratmağımızdı. İki həftəyə görə oyunumuz yaxşıdı.
- Bəlkə 6 aydan sonra yenidən bura gəldiz. Bu mövsüm Avropa Liqasının finalını qəbul edəcək Bakı Olimpiya Stadionu necə idi?
- Çox uzağa baxmaq istəmirəm. Məni hazırda düşündürən növbəti matçımız - gələn həftənin ilk günü keçirəcəyimiz çempionat qarşılaşmasıdı. Bakını gəzə bildik, paytaxtınız xoşumuza gəldi. Eləcə də stadionunuz.
- Rəqibi bəyəndiyinizi qeyd etdiz. "Qarabağ" hansı komponentlərdə xoşunuza gəldi?
- İlk hissədə rəqib bizə bəzi çətinliklər yaşatdı. Bu, topun cinahdan cinaha keçirilməsinin nəticəsində idi. Fasilədə bu haqda danışdıq. "Qarabağ"ın cinah futbolçularının hücuma fəal dəstəyi bizə təhlükələr yaradırdı. İkinci hissədə topa daha yaxşı nəzarət edə bildik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar