01 dek 18:51olke

Darmadağında çex izi

Darmadağında çex izi
Anar Salmanov: “Qarabağ”ın qapısına verilən penaltini bəsit hesab edirəm”
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki son ev oyununu çexiyalı Petr Ardeleanu idarə etdi. “Sportinq”lə görüşə təyinat alan 38 yaşlı referi əvvəllər də Azərbaycan klublarının oyunlarında iş başında olmuşdu. 2013-cü ildən FİFA dərəcəsi alan Ardeleanu 2014-də Avropa Liqasının qrup mərhələsinin son turunun “Qarabağ” – “İnter” görüşündə Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasında yer almışdı. O, Ağdam təmsilçisinin son dəqiqələrdə vurduğu və komandanı 1/16 finala daşıyacaq qolun qeydə alınmamasında əsas günahkar olmuşdu. Referi əlavə hakim köməkçisi kimi çıxdığı matçda həmin sayılmayan qol zamani “İnter”in qapısının arxasında dayanmışdı. Ardeleanu iki dəfə Azərbaycan millilərinin oyununda baş hakim kimi fit çalmışdı. O, 2013-cü ildə U-21-in səfərdə Makedoniyaya 0:1 hesablı məğlubiyyətini, 2016-cl ildə isə U-17-nin Belçika ilə 1:1 hesablı bərabərliyini qeydə almışdı.
Artıq 5-ci dəqiqədə hakimlər “Qarabağ”ın qapısına penalti təyin etməklə diqqət mərkəzinə düşdülər. Yakub Jezniçak cərimə meydançasında ondan sıyrılan rəqib futbolçunu yüngülcə çəkdi ki, bu da Ardeleanunun “nöqtə”ni göstərməsinə kifayət etdi. Oyunun əvvəlində Araz Abdullayevə qarşı kobudluq olsa da, hakim saxlamadı. 24-cü dəqiqədə isə oyundankənar vəziyyət olsa da, yan xətt hakimi “Sportinq”in qapısına hücumu dayandırmadı.
İlk yarını 3:1 öndə bitirən, fasilədən sonra daha 3 qol vuran “Sportinq” ikinci hissədə hakimin işini də asanlaşdırdı. Hər halda, çexiyalı referi matçın ikinci 45 dəqiqəsini çox rahat, səhvsiz idarə etdi. Ümumiyyətlə, belə hesabın qeydə alındığı oyunda hakimliyi müzakirə etmək məntiqli görünməyə bilər. Amma təcrübəli hakim Anar Salmanov çexiyalı briqadanın işini heç də qənaətbəxş saymır. Sabiq FİFA referisi xüsusilə ilk yarıda idarəçiliklə bağlı problemlərin olduğunu deyir: “Açığı, oyunun startında verilən penaltini bəsit hesab edirəm. “11 metrə” yüzfaizli olmalıdı, 60-70 faiz yox. Hər əllə toxunuşa görə penalti verilmir. Düzdü, Ardeleanu qapı arxasındakı hakimin göstərişindən sonra penalti təyin etdi. Ancaq istənilən halda, həmin toxunuş penalti üçün kifayət etmirdi. Oyunu davam etdirmək lazım idi. Ümumiyyətlə, çexiyalı referinin qaydaların yozumunda problemi var idi. Daha bir epizodu yada salım, Mahir Mədətov əllə, dillə, jestlə yan xətt hakiminə kəskin etiraz etdi, cəzasız qaldı. Halbuki vərəqəni haqq edirdi. Düzdü, sonra “sürüşmə” fəndini düzgün yerinə yetirmədiyinə görə cəzalandı. Doqquzuncu dəqiqədə Araz Abdullayevə qarşı qayda pozuntusu oldu, hakim vərəqəni ona göstərdi. Halbuki Abdullayev topu rəqibdən oğurlamışdı, portuqaliyalı futbolçu ona qarşı kobudluq etmişdi. Cərimə zərbəsi “Sportinq”in qapısına doğru təyin olunmalıydı. 24-cü dəqiqədə oyundankənar vəziyyət var idi, hakim köməkçisi bunu gözdən qaçırdı. “Qarabağ”ın futbolçusunun gövdəsi irəlidə idi.
İkinci hissədə isə idarəçilik normal idi. Ümumi dəyərləndirmə aparmalı olsam, çex hakimin fiziki göstəriciləri yerində idi. Epizodlara yaxın olur, çatdırırdı. Di gəl, ilk yarıda qaydaların və sanksiyaların tətbiqində problemi var idi. Komanda işi görünürdü. Hər halda, ideal qərar olmasa da, məhz qapı arxasındakı hakimin göstərişindən sonra baş hakim penalti təyin etdi. Hakim-inspektor penalti epizodunu dediyim kimi dəyərləndirsə, yəni çox bəsit hesab etsə, Ardeleanuya 7,9 qiymət verəcək”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar