29 noy 23:52olke

Elton Yaqublu hakimi söydü, 4 oyun aldı

Elton Yaqublu hakimi söydü, 4 oyun aldı
Noyabrın 27-də AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı Topaz premyer-liqasında 12-ci, birinci divizionda isə 11-ci turda yaşanan qayda pozuntularının müzakirəsinə həsr olunub. Bəribaşdan qeyd edək ki, cərimələr baxımından tur məhsuldar alınıb.
“Zirə” – “Sumqayıt” matçında qəsəbə təmsilçisinin məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klubu 800 manat cərimələnib. “Keşlə” üzərində qələbə isə “Qəbələ”yə 800 manata başa gəlib. Belə ki, oyunda komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Bu da "40-cı maddə"nin tətbiqinə şərait yaradıb.
“Səbail” – “Neftçi” matçında yaşananlar meydan sahiblərini 3400 manat "tərlədib". 90-cı dəqiqədə “Səbail”in üzvü Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib. Oyun başa çatdıqdan sonra isə protokolda adı olmayan, bu mövsüm bir dəfə də komandaya kömək etməyən zədəli kapitan Elton Yaqublu hakimi təhqir edib. Komitə intizamsız müdafiəçini 4 oyunluq diskvalifikasiya edib, kluba 3200 manat cərimə kəsib. Bu o deməkdi ki, 2018-i çoxdan başa vuran Yaqublu mövsümün ikinci yarısına da startda qoşula bilməyəcək.
Diviziona gəlincə, “Qarabağ-2” - “Zaqatala” matçı nəzərdə tutulan vaxtdan 5 dəqiqə gec başlayıb. Yubanmaya səbəb “Qarabağ-2”nin geyimində nöqsanlar aşkar olunmasıdı. Bu səbəbdən Ağdam klubu 240 manat cərimə olunub. Komandanın 4 futbolçusunun sarı vərəqə alması isə əlavə 80 manat cəriməyə şərait yaradı. "Zaqatala" da matçdan ziyanla ayrılıb. Oyunun 69-cu dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan qovulan Fuad Bayramov növbəti turda komandasına kömək edə bilməyəcək. Futbolçu 20 manat cərimə ödənildikdən sonra "təmizə çıxacaq".
MOİK - “Neftçi-2” matçı başa çatdıqdan sonra komandalar arasında qarşıdurma baş verib. Amma cərimənin məbləğindən də görünür ki, insident elə də böyük olmayıb. Belə ki, hər iki klub 240 manat cərimələnib.
Sumqayıt səfərindən minimalhesablı məğlubiyyətlə dönən “Kəpəz” maddi mənada da itki ilə üzləşib. Komanda sarı vərəqə həddini keçdiyi üçün 80 manat ziyana düşüb. Bundan başqa, oyunun 90+2-ci dəqiqəsində qərb təmsilçisinin üzvü Ruzi Abdullayev “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alıb ki, bu da bir oyun, 20 manat cərimə deməkdi.
Ötən turda “Şüvəlan”la qarşılaşan “Turan Tovuz” məğlubiyyətlə yanaşı, həm futbolçu itirib, həm də maddi mənada ziyana düşüb. Belə ki, səfərdəki oyunun 65-ci dəqiqəsində ikinci “sarı”dan sonra qırmızı vərəqə alan Sənan Qocayev sabah 12-ci tur çərçivəsində “Sumqayıt-2” ilə baş tutacaq görüşü buraxacaq. Klubu onun cəzasını həm də 20 manat cərimə ilə “sığortalayacaq”. Nəhayət, “Ağsu” – “Qaradağ Lökbatan” matçında rəqib qapısına 4 qol vuran lökbatanlılar həm də 4 sarı vərəqə alıb ki, bu da 80 manat cərimə deməkdi.
Beləliklə, son iclasda klublara 5080 manat cərimə kəsilib. Nəticədə mövsümün startından bu yana cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 55780 manata çatıb.
Bu arada AFFA-nın Apellyasiya Arbitraj Tribunalı bəzi qərarlar verib. Həmin qərarları diqqətinizə çatdırırıq:
1. Məhəbbət Rəhimov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, AFFA İntizam Komitəsi U-13 liqası çərçivəsində oktyabrın 13-də keçirilən “UGİM-1” (Sumqayıt) – “Laçın” (Pirəkəşkül) oyunu başa çatdıqdan sonra ikincilərin baş məşqçisini aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırmışdı. Bu qərar dəyişdirilib. Rəhimov dava-dalaşda iştirak etdiyi üçün qərar elan olunana qədər buraxdığı oyunlar nəzərə alınmaqla 10 oyunluq cəzalandırılıb.
2. MOİK tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilib. İntizam Komitəsinin 1-ci divizionun 10-cu turu çərçivəsində keçirilən “Keşlə-2” - MOİK” oyununda “hərbçilər”in baş məşqçisi Azər Bağırovun texniki zona qaydalarını pozmasına görə 1 oyun cəzalandırılması və klubun 80 manat cərimələnməsi qərarı qüvvədə saxlanılıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar