29 noy 23:23olke

“Qarabağ” üçün son ümid

“Qarabağ” üçün son ümid
Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
Qarabağ – Sportinq (Portuqaliya)
Hakimlər: PETR ARDELEANU, Petr Blazey, Tomaş Mokruş, Yan Patrak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya).
Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya).
UEFA nümayəndəsi: David Makdauel Zor (Sloveniya).
29 noyabr. Bakı. Olimpiya stadionu. Saat 21.55
Bu gün Avroliqanın qrup mərhələsində 5-ci turun oyunları reallaşacaq. Azərbaycanlı futbolsevərlər qitənin ikinci dərəcəli klub turnirinə xüsusi yanaşır. Bu təkcə sözügedən birinciliyin final oyununun ölkəmizdə keçiriləcəyi ilə bağlı deyil. Belə ki, AL-dəki təmsilçimiz “Qarabağ” da bu gün növbəti görüşə çıxacaq. E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri “Sportinq”lə üz-üzə gələcək. Bu, “köhlən atlar”ın qrupda son ev oyunudu. Daha sonra ağdamlıları cəmi bir matç - “Arsenal”la səfər qarşılaşması gözləyir. Yeri gəlmişkən, qrupun digər oyununda London təmsilçisi “Vorskla” ilə qarşılaşacaq. Özü də bu qarşılaşma Ukrayna klubunun doğma şəhəri olan Poltavada yox, Kiyevdə keçiriləcək. Buna səbəb kimi Ukraynanın bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərilib və bu baxımdan riskli bölgələr arasında Poltava da var. UEFA da bu şəhərdə təhlükəsizliyin yüksək səviyyədə olmadığını düşünür. Düzdü, həmin qarşılaşmanın bizim üçün önəmi var. Çünki hazırda “Vorskla” ilə “Qarabağ” eyni xala malikdi. Lakin bizi daha çox düşündürən, maraqlandıran qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. “CBC Sport” vasitəsilə canlı yayınlanacaq oyun ətrafında diqqəti çəkən bir neçə məqam var.
Son şans
Hələ qrup mərhələsinin püşkü atılanda ənənəvi olaraq “Qarabağ”ın 1/16 final perspektivini saf-çürük etmişdik. Düşünürdük ki, “Arsenal” nəinki qrupun, hətta turnirin favoriti olduğundan ilk pillənin sahibi kimi pley-offa vəsiqə qazanacaq. Bizim üçün önəmli olan 2-ci yer uğrunda mübarizə idi. Bu çarpışmanın isə “Sportinq”lə “Qarabağ” arasında gedəcəyini proqnozlaşdırırdıq. Düzdü, Portuqaliya klubu ilə təmsilçimizin eyni gücdə olduğunu iddia etmək absurd olar. Sadəcə, ölkə futbolu adına tarix yazmaq üçün qəhrəmanlıq etməlisən. Necə ki, “köhlən atlar” zaman-zaman belə nəticələrə imza atıb. Bunun üçün ilk turda Lissabon təmsilçisi ilə səfər matçında sərfəli nəticə qazanılmalıydı. Ancaq açılış turundaca azərbaycanlı futbolsevərlər məyus oldu. “Yaşıl-ağlar” “doğma divarlar” arasında “köhlən atlar” üzərində inamlı qələbə (2:0) qazanmaqla ikincilik uğrunda mübarizədə böyük üstünlük əldə etdi. Ən pisi odu ki, “Qarabağ” ardınca öz meydanında təkcə “Arsenal”a (0:3) yox, həm də autsayder gözü ilə baxdığımız “Vorskla”ya (0:1) “quru” hesabla uduzdu. Bundan sonra artıq qrupdan çıxmaq hədəfi haqda, demək olar, heç kim düşünmürdü. Əslində vəziyyət yenə də köklü şəkildə dəyişməyib. Hazırda da Qurbanovun komandasının yalnız nəzəri şansı qalır. Sadəcə, Ukrayna təmsilçisindən evdəki məğlubiyətin əvəzini eyni hesablı qələbə ilə çıxan ağdamlılar ümid qığılcımının tam sönməsinə imkan vermədi. “Qarabağ” həmin cüzi şansı son tura qədər qorumaq üçün bu gün mütləq qələbə qazanmalıdı. Xal itkisi ağdamlıları qrupda saxlayacaq. Portuqaliya klubu isə digər oyunların nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edə bilər. Qonaqlar bunun üçün qalib gəlməlidi. “Sportinq”in hətta heç-heçə ilə də növbəti mərhələyə adını yazdırması mümkündü. Bunun üçün “Vorskla” qalib gəlməməlidi ki, bu da yetərincə real görünür. Bir sözlə, bu gün “Qarabağ” var gücünü ortaya qoyub “doğma divalar” arasında qalib gəlməlidi. Daha sonra 1/16 finalı artıq özü üçün təmin edən “Arsenal”la səfər qarşılaşması haqda düşünmək olar.
Kapitanın 100-ü
Bu oyun “Qarabağ”ın heyətindəki futbolçulardan biri üçün xüsusi önəm daşıyır. Söhbət komandanın kapitanı Rəşad Sadıqovdan gedir. Təcrübəli müdafiəçi daha bir tarixi göstəriciyə imza atmağa yaxındı. Yığmada 100 və daha çox oyun keçirən yeganə azərbaycanlı futbolçu olan Sadıqov avrokuboklarda da bu rəqəmi fəth edə bilər. “Sportinq”lə görüş Rəşadın qitəmiqyaslı klub turnirlərində 100-cü matçı olacaq. Lissabon təmsilçisi ilə qarşılaşmaya qədər kapitanın hesabında 99 oyun və 7 qol var. Bu göstəricidə Azərbaycan futbolçuları arasında mütləq rekordçu olan Sadıqov Olimpiya stadionundakı görüşə çıxmaqla yubileyini qeyd edəcək. Təbii ki, baş məşqçi ona güvənərsə. Bunun baş verəcəyi isə şübhə doğurmur. Rəşad avrokuboklardakı 99 oyuna 17 ildə çıxıb. Hələ 19 yaşı olarkən - 2001-ci il avqustun 9-da “Neftçi”nin UEFA kubokunda “Qoritsa” (Sloveniya) ilə evdə keçirdiyi görüşdə (0:0) debüt edib. Rəşad “Neftçi”dən başqa “Kayserispor” və “Qarabağ”ın heyətində qitə arenasında top qovub. 99 oyunu üç klubda keçirən müdafiəçi 5 dəfə legioner kimi “Kayseripor”da meydana çıxıb. Azərbaycan klubları ilə 95-ci sınağa hazırlaşan Rəşad “Neftçi”də 18 matçda 2 qol vurubsa, “Qarabağ”da 76 görüşdə 5 dəfə fərqlənib. Müdafiəçi üç müxtəlif turnirlərdə oynayıb. O, Çempionlar Liqasında 31, Avroliqada (daha öncə UEFA kuboku) 58, İntertoto kubokunda 10 oyunda forma geyib. Qollarından 6-nı AL-də, 1-ni İntertoto kubokunda vurub. Qeyd edək ki, Sadıqov bir mövsüm ÇL-də, dörd dəfə isə AL-də qrup həyəcanı yaşayıb. Bu uğurların hamısı “Qarabağ”ın heyətində reallaşıb.
“Qarabağ” müraciət etdi, müsbət cavab gəldi
“Sportinq”lə matçın gec başa çatacağını nəzərə alan “Qarabağ” rəhbərliyi azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat gec - saat 1-də bağlanması üçün Bakı Metropoliteninə müraciət ünvanlayıb. Qarşı tərəf isə mövqeyini açıqlayıb. Belə ki, bu gün "Koroğlu" stansiyasının iş rejmində bəzi dəyişikliklər ediləcək. Bu arenada keçirilən tədbirlər üçün "Bakı Metropoliteni" QSC-nin mövcud əməliyyat planına uyğun olaraq, stansiya oyunun başlamasına bir müddət qalmış gücləndirilmiş iş rejiminə keçiriləcək. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Matçın saat 21.55-də başlanması nəzərə alınaraq, "Bakı Metropoliteni" QSC rəhbərliyinin qərarına əsasən görüşü arenada izləyənlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək. Oyun gecə saat 12 radələrində başa çatacağından, "Koroğlu" stansiyasının iş rejimi, zərurət yaranacağı təqdirdə, bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra "Koroğlu" stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq, mənzil başına çatdırılacaqlar.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar