Yazarlar
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Azərbaycan bodibildinqçiləri Buxarestə yollandı

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

“İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

“Şüvəlan” FK bəyanat yaydı

Gerye “Qarabağ”ı aldatdı

Özünüzü dolayın, bəylər…

KİVDF yenə ədalətsiz qərar verdi

AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir?
29 noy 22:47olke
Favoritlər rəhm etmədi

Dünən futzal üzrə yüksək liqada 11-ci turun oyunları keçirildi. Xəbər verdiyimiz kimi, "Xəzər Cənub"la "Yasamal"ın oyunu təxirə salındığından, turda iki görüş baş tutdu.
Turun ilk qarşılaşması, gözlənildiyi kimi, birtərəfli keçdi. Autsayder "Yasamal" İSK "Ekol" qarşısında cəmi 3 dəqiqə qapısını toxunulmaz saxlaya bildi. Sonrakı dəqiqələrdə "Ekol" qolları sıralamağa başladı. Fasiləyə qədər 10 top vuran iddialı “yaşıllar” cəmi bir dəfə qapısından topu çıxardı.
İkinci hissədə də üstünlük "Ekol"un tərəfində oldu. Düzdü, oyunun bir məqamında "Yasamal" İSK ardıcıl 3 qol vurmağa imkan tapdı. Məhəmməd Eyniyev het-trik etdi. Ancaq son dəqiqələrdə nominal qonaqlar yenidən fərqi artırdı. Beləliklə, "yaşıllar" 3 xalı 17:5 hesabı ilə əldə etdi.
Günün ikinci oyununda da favoritlə autsayder arasında aşkar səviyyə fərqi hiss olunurdu. Xüsusilə iranlı futzalçılarının hələ də Bakıya gələ bilməməsi “Liman”ı kifayət qədər zəiflətmişdi. Düzdü, qapı istiqamətində ilk zərbəni lənkəranlılar endirdi. Ancaq “Araz”ın cavabı amansız oldu. Künc nöqtəsindən havalandırılan topu Çovdarov qüvvətli zərbə ilə tora qovuşdurdu. Elə “qol yağışı”da bununla başladı. Yeri gəlmişkən, ötən oyunu qapıçısız keçirən çempionun heyətində bu dəfə cəzasını başa vurmuş Kamran Hacıyev yer almışdı. Rəqib torunu fasiləyə qədər 11 dəfə silkələyən “Araz”ın heyətində Xətai Bağırov 5 qol vurmaqla bombardirlik yarışında iddialı olduğunu göstərdi. Elə komanda yoldaşları da imkan daxilində onun daha çox qol vurmasına çalışırdılar. Millinin üzvü fasilədən sonra daha 2, "Araz" isə 13 dəfə rəqib torunu silkələdi. "Liman"ın gücü 0:20-dən sonra vurduğu təsəlli qoluna çatdı.
Beləliklə, son iki turda məcburi istirahət edən "Neftçi" turnir vəziyyətini gərginləşdirdi. Belə ki, "Araz" liderliyi ələ alıb 3 xal aralandı, "Ekol" isə xal fərqini minimuma endirdi. Hərçənd hər iki komanda "ağ-qaralar"dan 1-2 oyun çox keçirib.
11-ci tur
Yasamal İSK – Ekol 5:17 (1:10)
Yasamal İSK: 19. Ayxan Məmmədov, 3. Anar İsayev, 5. Vüsal Səfərov (k), 10. Məhəmməd Eyniyev, 9. Davud Bağıri; 7. Nihad Mahmudov, 8. Xəyal Abbasov, 11. Amil Əlimirzəyev.
Rəhbər: Azər Əmənov.
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Faiq Əliyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 77. Sərxan Məstiyev, 33. Ələsgər Ələsgərli.
Məşqçi: Radik Əhmədov.
Qollar: N.Məmmədkərimov, 4 (0:1). F.Ələkbərov, 9 (0:2). F.Atakişiyev, 11 (0:3). N.Məmmədkərimov, 13 (0:4). A.Əlimirzəyev, 14-öz qapısına (0:5). R.Əhmədov, 16 (0:6). N.Məmmədkərimov, 18 (0:7). F.Əliyev, 18 (0:8). D.Bağıri, 19 (1:8). N.Məmmədkərimov, 19 (1:9). Z.Fərziyev, 20 (1:10). Ə.Ələsgərli, 23 (1:11). R.Əhmədov, 25 (1:12). Ə.Abasov, 27 (1:13). F.Əliyev, 27 (1:14). M.Eyniyev, 33 (2:14). M.Eyniyev, 35 (3:14). V.Səfərov, 36 (4:14). Ə.Abbasov, 38 (4:15). S.Həmzəyev, 38 (4:16). M.Eyniyev, 40 (5:16). F.Ələkbərov, 49 (5:17).
Vərəqələr: M.Eyniyev, 31. D.Bağıri, 35. İ.Babayev, 40 - sarı.
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Kənan Məlikov.
Hakim-inspektor: Şahin Cəfərov.
28 noyabr. Bakı İdman Sarayı.
Liman – Araz 1:24 (0:11)
Liman: 12. Seyid Əhməd Yaqubi (k), 2. Elsevər Əliyev, 4. Paşa Tanrıverdiyev, 5. Mahir Dünyamalıyev, 6. Hikmət Hüseynov; 3. Elvin Mirzəzadə, 9. Əhməd Məhəmməd, 10. Camal Mahmudov.
Məşqçi: Fariz Əkbərov.
Araz: 1. Kamran Hacıyev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev k), 9. Oktay Rüstəmli, 11. Xətai Bağırov; 10. Nihad İsmayılov, 14. Elşən İbramxəlilov, 15. Adəm Həbibov, 17. İsa Atayev, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: R.Çovdarov, 2 (0:1). X.Bağırov, 3 (0:2). N.İsmayılov, 5 (0:3). A.Həbibov, 8 (0:4). X.Bağırov, 11 (0:5). X.Bağırov, 13 (0:6). İ.Atayev, 14 (0:7). A.Həbibov, 15 (0:8). X.Bağırov, 17 (0:9). X.Bağırov, 19 (0:10). R.Çovdarov, 20 (0:11). N.İsmayılov, 22 (0:12). A.Həbibov, 24 (0:13). X.Bağırov, 24 (0:14). X.Bağırov, 25 (0:15). N.İsmayılov, 28 (0:16). N.İsmayılov, 31 (0:17). İ.Atayev, 31 (0:18). A. İsmayılov, 33 (0:19). R.İbrahimzadə, 35 (0:20). E.Əliyev, 36 (1:20). O.Rüstəmli, 37 (1:21). R.Çovdarov, 39 (1:22). R.Çovdarov, 40 (1:23). R.Çovdarov, 40 (1:24).
Vərəqə: yoxdu.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Mehman Mahmudov
Hakim-inspektor: Murad Məmmədov
28 noyabr. Bakı İdman Sarayı.
1. Araz 10 7 3 0 94-25 24
2. Neftçi 8 7 0 1 46-22 21
3. Ekol 9 6 2 1 69-26 20
4. Xəzər Cənub 8 2 2 4 54-30 8
5. Yasamal 7 2 1 4 40-25 7
6. Liman 8 2 0 6 33-79 6
7. Yasamal İSK 10 0 0 10 28-157 0
Bombardir: Xətai Bağırov (Araz) – 27.
Şərh yaz