28 noy 22:36olke

“Tufan” Qusarda darmadağın oldu

“Tufan” Qusarda darmadağın oldu
Sabir Allahquliyev “Uğur”u “FC Baku”ya dəyişdi
Həftəsonu Region Liqasında 7-ci turun oyunları keçirilib. Maraqlı qarşılaşmalardan biri Mərkəz zonasında baş tutub. Zonanın iki iddialısı - “İmişli” ilə “Füzuli” üzə gəlib. Birincilərin meydanında baş tutan qarşılaşmada hesab açılmayıb. Əsas rəqiblərinin xal itkisindən yararlanan “Ağsu Siti” ilk pilləyə yüksəlib. Ağsulular Sabirabadda yerli “Gəncliy”i minimal hesabla yenərək, xallarının sayını 15-ə çatdırıblar. Qrupun autsayderləri “Şamaxı” ilə “Kürdəmir” birincilərin meydanında qarşılaşıb. Bu tura qədər qələbəyə həsrət qalan Mirzə Ələkbər Sabirin yerliləri, nəhayət, “Kürdəmir”i udmaqla azarkeşlərini sevindiriblər. “Araz” isə bu tur meydana çıxmayıb.
Şimal və Bakı zonasında liderlər turu itkisiz başa vurub. “FC Baku” “Şıxlar”ı meydana çıxmağına peşman edib. Vüqar Nadirovun kapitanı olduğu kollektiv Qobustan komandasının qapısından 12 cavabsız qol keçirib. Yeri gəlmişkən, onu da qeyd edək ki, həm “Şıxlar”, həm də qrupun digər autsayderi “Gənclik İK” Region Liqasında qapısında ən çox qol görən kollektivlərdi. Çox maraqlıdı ki, hər iki komandada top fərqi -45-di. “Uğur” çətinliklə də olsa, səfərdə “Şirvanovka”nı yenib. Qrupda ən gözlənilməz hesab “Şahdağ” – “Tufan” matçında qeydə alınıb. Bakı təmsilçisi nəinki zonanın, liqanın iddialılarından biri sayılır və növbəti mövsümdə birinci divizionda çıxış etməyi hədəfə alıb. Ancaq Qusar səfəri onlara baha başa gəlib. Kamran Əlibabayevin yetirmələri 90 dəqiqə ərzində qonaqları 9 dəfə meydanın mərkəzinə dəvət edib. “Tufan” bu qollardan yalnız birinin əvəzini çıxa bilib.
“Uğur”la bağlı daha bir xəbəri diqqətinizə çatdırmaq istəyirik. Hələ qış fasiləsinə bir aydan da çox vaxt qalmasına baxmayaraq, ötən mövsümün çempionu aparıcı futbolçularından biri ilə yolları ayırıb. Söhbət uzun illər birinci divizionda qolçuluq məharətini nümayiş etdirən, vaxtilə premyer-liqada “Kəpəz” və “Sumqayıt”ın şərəfini qorumuş Sabir Allahquliyevdən gedir. Artıq ucaboy forvardın yeni komandası da məlumdu. Sabir qışdan sonra çempionluq yolunda sumqayıtlıların əsas rəqibi olan “FC Baku” ilə anlaşıb. O artıq komandanın məşqlərinə də qatılır. Rəsmi keçid isə qış fasiləsində reallaşacaq.
Şimal-qərb və Qərb zonasında lider büdrəyib. “Göyəzən” “Şirvan”la məhsuldar heç-heçəyə razılaşıb. Xal itkisinə rəğmən, qazaxlılar ilk pillədəki yerini qoruyur. Onların ən yaxın izləyicisi olan “Energetik” “doğma divarlar” arasında “Kürmük”ü qonaq edib. Mingəçevir komandası qaxlıları məyus etməklə liderlə xal fərqini 2-yə endirməyi bacarıb. Son turlar uğursuz çıxışla yadda qalan “Şəki” isə Gəncə səfərindən 1 xalla dönüb.
7-ci tur
Mərkəz
Gənclik (Sabirabad) - Ağsu Siti (Ağsu) 0:1
Şamaxı - Kürdəmir 2:0
İmişli – Füzuli 0:0
1. Ağsu Siti 6 5 0 1 22-13 15
2. İmişli 6 4 2 0 16-8 14
3. Füzuli 6 4 1 1 15-6 13
4. Araz 6 2 1 3 10-14 7
5. Gənclik 6 2 0 4 6-11 6
6. Şamaxı 6 1 0 5 6-13 3
7. Kürdəmir 6 1 0 5 9-19 3

Şimal və Bakı zonası
FC Baku (Bakı) - Şıxlar (Qobustan) 12:0
Şahdağ (Qusar) – Tufan (Bakı) 9:1
Şirvanovka (Qusar) – Uğur (Sumqayıt) 2:3
1. FC Baku 6 5 1 0 38-1 16
2. Uğur 6 5 1 0 25-7 16
3. Şahdağ 6 4 0 2 37-7 12
4. Tufan 6 3 0 3 27-18 9
5. Şirvanovka 6 1 1 4 7-11 4
6. Gənclik İK 6 1 1 4 11-56 4
7. Şıxlar 6 0 0 6 5-50 0
Şimal-Qərb və Qərb zonası
Şirvan (Ağdaş) - Göyəzən (Qazax) 4:4
Qoşqar UGİM-2 (Gəncə) - Şəki 2:2
Energetik (Mingəçevir) – Kürmük (Qax) 3:1
1. Göyəzən 6 4 2 0 17-10 14
2. Energetik 6 4 0 2 22-8 12
3. Şirvan 6 3 2 1 13-10 11
4. Kürmük 6 1 3 2 8-11 6
5. Oğuz 6 1 3 2 11-15 6
6. Qoşqar UGİM-2 6 0 3 3 10-14 3
7. Şəki 6 0 3 3 5-18 3
Bombardirlər: Sərxan Ağayev (Şahdağ) – 13, Vüqar Nadirov (FC Baku) – 12, Rəmzi Xubaliyev (İmişli) – 10.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar