20 noy 20:41olke

Rauf Cabbarov Region Liqasında oyun idarə etdi

Rauf Cabbarov Region Liqasında oyun idarə etdi
“Uğur” “Şahdağ”ı əliboş yola saldı
Ötən həftə Region Liqasının üç zonasında 6-cı, cənubda isə 4-cü turun oyunları keçirilib. Xatırladaq ki, Cənub zonasında 6 komanda mübarizə apardığından qrupda yer alanlar iki həftədən bir meydana çıxırlar.
Mərkəzdə ilk “üçlük”də qərarlaşan komandalardan ikisi - həm “Füzuli”, həm də “Ağsu Siti” turu qələbə ilə başa vurub. Birinci autsayder “Şamaxı”nı, ağsulular isə “Araz”ı böyük hesabla məğlub edib. Zonanın lideri “İmişli” bu həftə məcburi istirahətdə olub. “Kürdəmir” də cari mövsümdə ilk qələbəsini bayram etməklə azarkeşlərini sevindirib.
6-cı turda Şimal və Bakı zonasında bir-birindən maraqlı iki qarşılaşma baş tutub. Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yerli “Uğur” Qusar “Şahdağ”ını qəbul edirdi. Şənbə günü saat 15.00-da start götürən oyunu bəndəniz də canlı izləyib. Bəribaşdan qeyd edim ki, “gənclik şəhəri”ndə oyuna maraq yetərincə yüksək idi. Təxminən 200-ə yaxın azarkeş yerli komandaya dəstək olmaq üçün arenaya üz tutmuşdu. Qusarlılar da komandalarını tək buraxmamışdlar. 20-yə yaxın “Şahdağ” azarkeşi tribunada yer almışdı. Nəinki zonanın, ümumiyyətlə, liqanın iki iddialısının görüşündə ədaləti daim premyer-liqa matçlarında görməyə adət etdiyimiz Rauf Cabbarovun rəhbərliyik etdiyi hakimlər briqadası qoruyacaqdı. Ehtimallar özünü doğrultdu və 90 dəqiqə gərgin idman mübarizəsi şəraitində keçdi. İlk dəqiqələrdən müəyyən ərazi üstünlüyünə yiyələnən qonaqlar topa daha çox nəzarət edib, təhlükəli həmlələr gerçəkləşdirsələr də, matçda ilk qol meydan sahiblərindən gəldi. Uzun illər birinci divizionda qolçuluq məharətini nümayiş etdirən Sabir Allahquliyev özünəxas tərzdə qapı önünə asmanı başla dəqiq tamamladı. Qonaqlar qolun şokundan ayılmamış “Uğur” hesab arasında fərqi iki topa çatdırdı. Bu dəfə Cabbarov əllə oyuna görə “Şahdağ”ın qapısına penalti təyin etdi. “Nöqtə”yə yaxınlaşan Emin Mustafayev isə şansını qaçırmadı. İlk yarı elə bu hesabla da başa çatdı.
Fasilədən sonra da hər iki komanda fərqlənmək üçün aramsız hücumlar edir, qapıçıların darıxmasına imkan vermirdilər. Bütün cəhdlərə baxmayaraq, azarkeşlər ikinci hissədə yalnız bir qol gördülər ki, o da cəza səbəbindən oyunu kənardan izləyən Kamran Əlibabayevin yetirmələrindən gəldi. Sona 18 dəqiqə qalmış “Şahdağ” hesab arasındakı fərqi azaltmağı bacardı. Bu həm də oyunda vurulan son qol oldu və matç “Uğur”un qələbəsi ilə başa çatdı.
Bazar günü keçirilən görüşdə isə zonanın digər iddialıları - “Tufan”la “FC Baku” qarşılaşıb və oyun ikincilərin qələbəsi ilə başa çatıb. Bu qələbələr sayəsində “Uğur” və “FC Baku” qrupda şərikli liderdi. “Şahdağ”la “Tufan” isə 9 xalla 3-4-cü pillələri bölüşürlər. Şimal-Qərb və Qərb zonasında da bu tur iddialıların qarşılaşması baş tutub. “Göyəzən” doğma meydanda “Energetik”i qonaq edib. Ümumilikdə 7 qolun vurulduğu matçda meydan sahibləri 4:3 hesabıyla qalib gələrək, liderliyini bir qədər də möhkəmləndirib. “Şirvan” səfərdə “Şəki”ni, “Kürmük” isə öz meydanında “Oğuz”u məyus edib.
14 günlük fasilədən sonra Cənubda da azarkeşlər 3 qarşılaşmaya şahidlik ediblər. “Astara” “doğma divarlar” arasında “Neftçala”nı udmaqla ilk pilləyə yüksəlib. “Ümid” isə səfərdə “Salyan”a uduzub. “Alyans” çətinlik çəkmədən autsayder “Ərkivan”ı peşman edib.

Mərkəz
Ağsu Siti - Araz (Saatlı) 8:3
Füzuli - Şamaxı 4:0
Kürdəmir - Gənclik (Sabirabad) 4:0
1. İmişli 5 4 1 0 16-8 13
2. Ağsu Siti 5 4 0 1 21-13 12
3. Füzuli 5 4 0 1 15-6 12
4. Araz 6 2 1 3 10-14 7
5. Gənclik 5 2 0 3 6-10 6
6. Kürdəmir 5 1 0 4 9-17 3
7. Şamaxı 5 0 0 5 4-13 0

Şimal və Bakı zonası
Tufan - FC Baku 0:2
Uğur - Şahdağ (Qusar) 2:1
Şıxlar - Gənlik İK (Bakı) 4:6
1. FC Baku 5 4 1 0 26-1 13
2. Uğur 5 4 1 0 22-5 13
3. Şahdağ 5 3 0 2 28-6 9
4. Tufan 5 3 0 2 26-9 9
5. Şirvanovka 5 1 1 3 5-8 4
6. Gənclik İK 6 1 1 4 11-56 4
7. Şıxlar 5 0 0 5 5-38 0


Şimal-Qərb və Qərb zonası
Göyəzən (Qazax) - Energetik (Mingəçevir) 4:3
Şəki – Şirvan (Ağdaş) 0:2
Kürmük (Qax) - Oğuz 4:2
1. Göyəzən 5 4 1 0 13-6 13
2. Şirvan 5 3 1 1 9-6 10
3. Energetik 5 3 0 2 19-7 9
4. Kürmük 5 1 3 1 7-8 6
5. Oğuz 6 1 3 2 11-15 6
6. Qoşqar UGİM-2 5 0 2 3 8-12 2
7. Şəki 5 0 2 3 3-16 2

Cənub zonası
Salyan - Ümid (Cəlilabad) 2:0
Astara – Neftçala 2:1
Ərkivan (Masallı) - Alyans 2:4
1. Astara 4 2 2 0 7-2 8
2. Salyan 4 2 1 1 10-5 7
3. Ümid 4 2 1 1 7-2 7
4. Alyans 4 2 1 1 6-5 7
5. Neftçala 4 1 1 2 6-6 4
6. Ərkivan 4 0 0 4 2-18 0
Bombardilər: Rəmzi Xubaliyev (İmişli) - 10, Sərxan Ağayev (Şahdağ) – 10, Tural Məmmədzadə (Energetik) – 7.
RƏŞAD
to reflect to infantilism generic viagra shipped from usa Order viagra and how it communicates your milky

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi Dünən, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi Dünən, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi Dünən, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi Dünən, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu Dünən, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” Dünən, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? Dünən, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” Dünən, 18:20 Nazarovu cəza gözləyir Dünən, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? Dünən, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib Bütün xəbərlər
Ən çox oxunanlar