20 noy 00:38olke

Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib

Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib
“Ən az “vuran” elə mən oldum”
Noyabrın 15-də “Bayıl Arena” “qaynayırdı”. SSRİ futbolunun Valeri Qazzayev, Renat Dasayev, İqor Kolıvanov, Dmitri Ananko kimi “qaymaqları” Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq görüşündə iştirak etmək üçün Bakıya səfər etmişdilər. Qarşılaşma gerçəkləşdi, 5:5 hesabı ilə başa çatdı, qonaqlar müsahibə və açıqlamalar verdilər və...
Həmin gün axşam qonaqlar üçün maraqlı olan ziyafət məclisi baş tutdu. Rusiya, İspaniya, Portuqaliyadan gələn sabiq futbolçular restoranların birində yubilyarın başına yığışıb təriflər yağdırıblar, ötən günlərdən söz açıblar. Həm ziyafət, həm də məlum tədbirlə bağlı daha geniş bilgi almaq üçün səbəbkarla əlaqə saxladıq.
- Tədbir ürəyinizcə oldu?
- Əla keçdi. Həm özüm, həm də qonaqlar razı qaldı. Açığı, daha çox azarkeşin gələcəyini gözləyirdim. Ola bilsin, çox adamın xəbəri yox idi. Amma nə etməli, yenə də pis olmadı. O gündən sonra kimi görürəmsə, hamı təbrik edir, ürək sözlərini çatdırır.
- 5:5-i əvvəldən razılaşdırmışdız, yoxsa oyunun gedişində “50”yə uyğun sırf bu cür nəticəni seçdiz?
- Hesabla bağlı, ümumiyyətlə, danışmamışdıq. Sırf qarşılaşmanın axarına görə oldu. Yəni “oyun məhz bu hesabla başa çatsın” söhbəti olmamışdı. Məncə, maraqlı alındı, qollar da gözəgəlimli idi.
- Oyundan sonra nə etdiz?
- “Manqal” restoranında ziyafət təşkil olunmuşdu. Qeyri-rəsmi hissəni qonaqlarla orda davam etdirdik.
- Ancaq qonaqlar idi? Bəs futbol oynayan azərbaycanlılar?
- İki ziyafət məclisi təşkil olunmuşdu. Biri qarşılaşmadan əvvəl “Bayıl Arena”nın bazasında keçirildi. Meydana çıxanlarla orda yığışmışdıq.
- Məclisdə ən çox kim “vurdu”?
- Hardan bilim? Başım o qədər qarışıq idi ki, kimin nə etdiyini, nə qədər “vurduğunu” görmürdüm. Yeşiklə nar almışdım, hər paketə 2-3, 3-3 qoyub paylayırdım, qonaqları qarşılayırdım, rahatlıqları ilə maraqlanırdım. İnanırsız, heç özüm yemək yeyə bilmədim. Ora-bura qaçırdım.
- Səbəbkarsızsa, məntiqlə, hər qonaqla 50-50 “vurmusuz”. Deməli, lider özünüz olmusuz.
- Yox, bu dəfə tərsinə oldu, mən “vurmadım”. Daha doğrusu, ən az “vuran” elə mən oldum.
- “Manqal”dakı ziyafətin xərcini kim qarşıladı?
- Yubileyin bütün xərclərini AFFA rəhbərliyi qarşılamışdı. Fürsətdən istifadə edib hər birinə dərin minnətdarlığımı bildirmək istəyirəm.
- Qonaqları nə vaxt yola saldız?
- Reyslər müxtəlif idi. Həmin gün gecədən başladılar, ta ertəsi axşama kimi. Yalnız Adolfo Aldana qalmışdı, onu da dünən axşam yığmanın oyunundan sonra yola saldım.
- Azərbaycan – Farer adaları görüşünü birgə izləyəcəyinizi demişdiz. Maraqlıdı, ispanın təəssüratı necə oldu?
- İlk növbədə stadiona valeh olduğunu deməliyəm. Olimpiya stadionunu çox bəyəndi.
- Oyunla bağlı nə dedi?
- Adam İspaniya kimi futbol ölkəsindən gəlibsə, oyunun keyfiyyətindən razı qalması mümkünsüzdü. Narazı qaldığı məqamlar var idi. Xüsusən futbolçuların taktiki savadsızlığından gileylənirdi. Məsələn, hansı vəziyyətdə topu hansı istiqamətdə qəbul etməsi, hücum zamanı kimin hara “açılması”. Hə, bir də topun hər dəfə meydanın bizə aid hissəsinə ötürülməsinin mənasız olduğunu deyirdi.
- Siz nə deyirdiz? Pisinizə gəlmirdi?
- Bu sözləri hər həftə İspaniya çempionatının qarşılaşmalarını canlı izləyən adam deyirsə, hardasa başadüşüləndi. Amma mən də ona real durumu başa salmağa çalışırdım ki, bizim üçün vacib oyun Kosovo ilə qarşılaşmadı. Bu gün əsas məqsədimiz meydanı 3 xalla tərk etməkdi. Dedim, ola bilsin, güclərini qoruyurlar, səfəröncəsi bütün “kartlar”ı açmaq istəmirlər.
- Qonaqlar özləri ilə hədiyyə gətirmişdilər?
- Demək olar, hamısı futbolka hədiyyə etdi. “Spartak”, “Dinamo”, “Torpedo”, “Vitoriya”, “Neftçi” – bu komandaların maykaları idi.
- Qol saatı, ətir, avtomobil açarı?..
- O bəxt məndə hardandı? (gülür)
- Tədbirdə Maşallah Əhmədov, Oqtay Abdullayev, Ağasəlim Mircavadov kimi sabiqlərə rast gəlmədik. Unutqanlıq idi, yoxsa...
- Tədbirlə bağlı seçimdə əsasən 90-cı illərdə birgə oynadığım və rəqib olduğum futbolçulara üstünlük vermişdim. Belə deyim, ortayaşlı nəslin nümayəndələrinə. Düzdü, Maşallahla da oynamışam, amma o vaxt gənc idim.
- Amma Kazbek Tuayevlə İsgəndər Cavadov orda idi.
- Onlar AFFA-nın İcraiyyə Komitəsinin üzvləri kimi dəvətliydilər. Açığı, İK-da yer alanların hamısını dəvət etmişdim. Kim gəldi, kim yox – özləri bilər. Qurban Qurbanov da iştirak etməliydi, sadəcə, yığmanın vacib oyununa görə gələ bilmədi. Hə, Vaqif Sadıqov da komitənin üzvü kimi iştirak etdi.
- Arif Əsədov da yoldaşlıq görüşündə iştirak etməliydi...
- Arif kateqoriyaya görə Gürcüstandadı, yoxsa gələcəkdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar