Dünən futzal üzrə birinci liqada 10-cu tura start verilib. İddialılardan olan "Standard" xal itkisi ilə üzləşib. İlk "üçlük"də qərarlaşan "bank təmsilçisi" "Yasamal"ın ikinci komandası ilə bacarmayıb. Maraqlıdı ki, oyunda qol vurulmayıb. Lider ADBTİA isə "Sovetski"nin daşını daş üstə qoymayıb. "İmançı tələbələr"in vurduğu 17 qolun qarşılığında rəqibin gücü təsəlli qoluna çatıb. AZMİU "Metropoliten"i, "Zəngilan" isə "Ulduz"u yenərək, 3 xala sahib çıxıb: Yasamal-B – Standard 0:0, Sovetski – ADBTİA 1:17, Metropoliten – AZMİU 5:10, Ulduz - Zəngilan 1:5.
Turun qalan oyunları bu gün keçiriləcək:
17 noyabr
18.00 Baku Fire - U-19
Hakimlər: Elçin Səmədli, Kənan Məlikov.
Hakim-inspektor: Azad Mütəllimov.
19.00 Baku Fans - Abşeron
Hakimlər: Elçin Səmədli, Kənan Məlikov.
Hakim-inspektor: Azad Mütəllimov.
20.00 Şərq - Füzuli
Hakimlər: Anar Fərəcov, Rahin Heybətov.
Hakim-inspektor: Munis Abdullayev.
21.00 Çinar Çəbrayıl - Green Log
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov.
Hakim-inspektor: Munis Abdullayev.
1. ADBTİA 10 9 1 0 94-10 28
2. Baku Fire 9 8 1 0 52-15 25
3. Standard 10 8 1 1 93-27 25
4. AZMİU 10 7 0 3 73-37 21
5. Zəngilan 10 6 0 4 44-37 18
6. Metropoliten 10 5 2 3 53-59 17
7. Yasamal-B 10 5 2 3 46-33 17
8. Green Log 9 5 1 3 53-29 16
9. Baku Fans 9 5 1 3 47-25 16
10. U-19 8 3 2 3 32-27 11
11. Şərq 9 2 2 5 27-74 8
12. Ulduz 10 2 0 8 44-64 6
13. Abşeron 8 1 1 6 36-67 4
14. Çinar Cəbrayıl 9 1 0 8 25-64 3
15. Sovetski 10 0 1 9 21-97 1
16. Füzuli 9 0 1 8 16-91 1