16 noy 15:46olke

“Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb

“Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb
“İlk növbədə keyfiyyəti və imici düşünürəm”
Bu başıbəlalı bazada kimlər olmayıb, kimlərin yolu bura düşməyib? Kriştiano Ronaldonun adını çəkim, yoxsa ulduzlar yığını Madrid “Atletiko”sunun? Elə bazanın sahibi olan şəxsin öz komandasında da yetərincə tanınmış simalar işləyib, top qovub. Yəqin ki, söhbətin hansı məkandan getdiyini başa düşdüz. Bəli, düz tapdız. “Bakı”nın Biləcəridəki təlim-məşq bazasını nəzərdə tuturam. O baza ki, son vaxtlar haqqında çox söz-söhbət yayılıb, çoxları ona sahib çıxmaq istəyib.
Təxminən bir ay əvvəl bazaya yeni rəhbərliyin təyin olunması ilə bağlı bilgi əldə etdik. “İsgəndər Cavadov “Bakı” Futbol Akademiyası”nın Abşeron Olimpiya Kompleksinə köç etməsi xəbəri isə xəbərin səhih olduğuna işarə idi. Yeni rəhbərlik kimdi, bazanın gələcək taleyi necə olacaq və başqa başqa maraqlı suallara cavab tapmaq üçün bir neçə gün öncə üz tutdum ora.
Həmişə darvazası açıq olan, istənilən qonağın asanlıqla daxil ola biləcəyi bazanın darvazasının bağlı olması artıq ciddi siqnal idi. Giriş qapısının arxasında şüşəli binada hərbi geyimə oxşar uniformada olan mahifizəçi əvvəlcə qapı arxasından əli ilə nə istədiyimi soruşdu. Görəndə ki, işarələrlə onu başa sala bilmirəm, qapını açmağı lazım bildi və ardınca “sizə kim və ya nə lazımdı” sualını verdi. Geridə qalan illər ərzində “Bakı”nın bazasında çox olmuşdum. Ancaq ilk dəfə belə sərt formada qarşılandığımdan biranlıq özümü itirdim və nə deyəcəyimi bilmədim. Çətinliklə də olsa, özümü ələ alıb “bazanın rəhbərliyi ilə görüşmək istəyirəm” söylədim. İnsaf naminə bir məqamı da qeyd edim. İlk baxışdan “sərt oğlan” təsiri bağışlayan mühafizəçi duruxduğumu görüb məni içəri dəvət etdi və əvvəlcə ratsiya vasitəsilə növbə rəisinə qonaq gəldiyini və rəhbərliklə görüşmək istədiyini bildirdi. Qarşı tərəfin ona nə dediyini eşitmədim, ancaq qısa dialoqdan sonra mühafizəçi üzünü mənə tutaraq nəzakətlə “zəhmət olmasa, bir qədər səbirli olun. Rəhbərliyə xəbər verim” deyib bu dəfə daxili telefonla kiminləsə danışdı: “Adı Rəşaddı, “Futbol+”dən gəlib”. Bir dəqiqədən sonra mən artıq bazanın içindən keçib ofisin yerləşdiyi binanın ikinci mərtəbəsindəki 201-ci otağın qarşısında dayandım. Yeri gəlmişkən, ofisə çatana qədər bazaya nəzər yetirib nələrin dəyişdiyini, bura gəlmədiyim dönəmdə hansı yeniliklərin olduğunu görmək istədim. Əvvəlcə onu bildirim ki, 6 ay əvvəlki ilə müqayisədə əraziyə əməlli-başlı əl gəzdirilmiş, səliqə-sahman yaradılmışdı. Süni örtüklü meydanın kənarında isə qaynaqçı reklam lövhələrinin və dəmir torun qopan hissələrini qaynaq edirdi. Təbii örtüklü meydan biçilirdi. Tribunada sıradan çıxmış oturacaqlar bir yerə toplanmışdı.
201-ci otağın qapısını döydüm və içərindən “buyurun” sözünü eşidib qapını açdım. Qarşımda sabiq həmkarım, xeyli vaxtdı agent kimi fəaliyyət göstərən, bu sahədə sayılıb-seçilənlərdən olan Vaqif Heydərlini gördüm. Onun məni mehriban qarşılaşması da çaşqınlığımı aradan qaldırmadı. İlk sözüm “sən burda neynirsən, sən də qonaq gəlmisən?” oldu. Ancaq çox keçmədən bəlli oldu ki, yeni rəhbərlik bazaya nəzarəti Vaqif bəyə tapşırıb.
5 dəqiqədən sonra artıq çay süfrəsi arxasında oturub Heydərli ilə yeni işi ilə bağlı söhbətləşdik: “Bazaya nəzarət mənə tapşırılanda bir qədər tərəddüd etdim. Uzun illər futbol sahəsində çalışsam da, bu sahə mənim üçün bir qədər yeni olduğundan ehtiyatlanırdım. Ancaq mən həmişə etimadı doğrultmağa adət etmişəm. Öz-özümə “məni məsləhət biliblərsə, deməli, inanırlar. İnanırlarsa, inamı doğrultmalıyam” düşüncəsi ilə işə başladım. Özünüz də bilirsiz ki, artıq xeyli vaxtdı bazaya istənilən səviyyədə diqqət ayrılmırdı. İlk işimiz ərazini sahmana salmaq, bəzi kosmetik təmir işləri aparmaq oldu. Razılaşaq ki, qısa vaxtda bütün çatışmazlıqları aradan qaldırmaq qeyri-mümkündü. Geridə qalan 1 ayda müəyyən işlər görmüşük ki, məşq etmək üçün bura üz tutan klublar narazı qalmasınlar”.
Hazırda “Zirə”, “Qəbələ”, bəzən də “Səbail” məşq etmək üçün bazanın xidmətindən yararlanırlar. Bunu da Vaqif bəy söylədi: “Zirə”nin stadionu təmir olunduğundan məşqləri müxtəlif arenalarda keçirdilər. Nəzarət mənə tapşırılandan sonra klub rəsmiləri ilə görüşümüz oldu. Və qərara gəldilər ki, müvəqqəti də olsa, burda məskunlaşsınlar. “Qəbələ” isə paytaxtda olduğu müddətdə hazırlığı burda keçir. “Səbail” daim olmasa da, təbii qazonda oynayacaqları qarşılaşmalara bizim bazada hazırlaşır. Onlardan başqa Region Liqasında çıxış edən “Tufan” da məşqlərini bura salıb. Elita təmsilçilərindən fərqli, onlar süni örtüklü meydandan istifadə edirlər. Əsas məqsədim keyfiyyətli iş görmək, bizimlə əməkdaşlıq edən klubları narazı salmamaqdı. Bu gün məşq etmək üçün bizə müraciət edənlərin sayı çoxdu. Onların arasında müxtəlif adlar altında fəaliyyət göstərən futbol məktəbləri də var. Ancaq istəmirəm ki, nəyinsə xatirinə “açıq qapı” elan edim və hamı bura üz tutsun. İlk növbədə keyfiyyəti və imici düşünürəm. Çox istədim ki, müxtəlif yaş qrupları üzrə yığmalar da burda hazırlıq keçsin. Bunun üçün AFFA ilə əməkdaşlıq etməyə hazırıq. Düzdü, hələ ki yataqxanamız istənilən səviyyədə deyil. Əslində 30-40 qonağı yerləşdirmək üçün imkan var. Lakin mən daha yaxşı şəraitin yaradılmasına çalışıram. İndidən bu yöndə işlər görülür. Və böyük ehtimalla, 2019-cu ilin əvvəlində bu işlərin bir qismi yekunlaşacaq”.
Yuxarıda qeyd etdiyim kimi, Heydərli ölkənin sayılıb-seçilən agentlərindən biridi. Bəs görəsən, bazaya rəhbərlik etmək onun işinə mane olmayacaq ki? Bu sualı da Vaqif bəyə ünvanladım: “Artıq neçə illərdi agent kimi çalışıram. Belə deyim, bu yolda illərimi qurban vermişəm, müəyyən təcrübəyə sahibəm. Bazaya nəzarət etmək o demək deyil ki, artıq bu işdən əl çəkmişəm. Düzdü, bir əldə iki qarpız tutmaq çətindi. Buna baxmayaraq, çalışıram ki, biri o birinə mane olmasın. Bu ay bir neçə ölkəyə səfər etməyi planlaşdırmışam. Təqvimi elə nizamlayıram ki, nə bazada iş axsasın, nə də o sahədə. Bilirəm ki, çətinlik müvəqqətidi. İşlər yoluna düşəndən sonra işim asan olacaq. Rəhbərlik də sağ olsun, ştata yeni işçilər götürüb. Bir müddətdən sonra hamı öz işini biləcək və nəyi necə etməyi öyrənəcək. İntizam olan yerdə problem yaşanmır. Özünüz də gördüz ki, giriş qapısından başlayaraq, bazanın daxilində ciddi intizam hökm sürür. İçəri girən sənədini təqdim etməlidi. Çıxanda isə onu götürür. Yoxlama oyunlarında müəyyən qədər güzəşt olunur. Sənəd tələb olunmasa da, azarkeşlər oyundan 15 dəqiqə əvvəl bazaya daxil ola bilər”.
Vaqif bəylə bir çox mövzuda söhbət edib, fikir mübadiləsi apardıq və vaxtın necə gəlib-keçdiyindən xəbərimiz olmadı. Onunla vidalaşıb bazanı tərk edəndə isə “Tufan” artıq meydanda məşq edirdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar