16 noy 15:00olke

Bakı İdman Sarayında dramatik sonluq

Bakı İdman Sarayında dramatik sonluq
Atayev huşunu itirdi, “Araz”ı ikinci qapıçısı da “batırdı”
Dünən futzal üzrə yüksək liqada 9-cu turun oyunları keçirildi. Bakı İdman Sarayında baş tutan turun açılış matçında lider “Neftçi” ilə autsayder “Yasamal” İSK üz-üzə gəldi. Debütantın artıq neçənci oyundu Mahir Eyniyevsiz meydana çıxdığını vurğulayaq. Yeri gəlmişkən, təcrübəli mütəxəssisin oğlu Məhəmməddən öyrəndik ki, ata Eyniyev Bakıdadı, yəni uzun illər yaşadığı Rusiyaya qayıtmayıb. Sadəcə, komandasının zəif olması və böyükhesablı məğlubiyyətlər ötənlərin məşhur futzalçısını işindən soyudub. “Neftçi”yə gəlincə, İlqar Aslanovun komandası oyuna itki ilə çıxmışdı. Sarı vərəqə cəzalısı olan Rəcəb Fərəczadə görüşü tribunadan izləyirdi. Bəribaşdan qeyd edək ki, “ağ-qaralar” təcrübəli futzalçının yoxluğunu hiss etmədi. Artıq 11-ci dəqiqədə tabloda 0:5 əksini tapmışdı. Bununla belə, “Yasamal” İSK görüşün ikinci yarısını daha yaxşı keçirdi. Düzdü, İlqar Aslanov əsasən az şans qazanan yetirmələrini meydanda çox saxlayırdı. İkinci hissəyə debütant qolla başladı. Ümumiyyətlə, “Yasamal” İSK fasilədən sonra rəqib qapısına 3 dəfə yol tapdı. Amma ehtiyat skamyanın kasad olması və təcrübəsizlik böyükhesablı məğlubiyyəti qaçılmaz edirdi – 3:11.
Turun mərkəzi görüşü saat 14.30-da başladı ki, “Yasamal” – “Ekol” qarşılaşması “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanırdı. “Şirkət təmsilçisi” oyunu udmağa məhkum idi. Əks halda, liderlərdən çox geri düşəcəkdi. Elə ilk dəqiqələrdən hiss olundu ki, Radik Əhmədov və yetirmələri matça yüksək səviyyədə köklənib. Bir dəqiqə 5 saniyə keçmişdi ki, hesab açıldı. Sürətli həmləni Fərid Ələkbərov tamamladı. Üstünlüyünü əldən verməyən “Ekol” 9-cu dəqiqədə fərqi artırdı. Bu dəfə təcrübəli Namiq Məmmədkərimov rəqibin ikiqat müdafiəsini qüvvətli zərbə ilə yardı – 0:2. “Yasamal” yalnız ikinci qoldan sonra ayıldı. İranlılardan qurulan komandanın ardıcıl iki həmləsi zamanı “Ekol”un bəxti gətirdi. 10-cu dəqiqədə Sina Camalinin baş zərbəsindən sonra top tirdən döndü. Bir dəqiqə sonra Həmidrza başla topu boş qapıdan keçirə bilmədi. Ümumiyyətlə, “Ekol” hissənin qalan bölümünü müdafiədə keçirdi və əks-hücumlara üstünlük verdi. “Yasamal”ın daha bir neçə qol imkanı oldu. Xüsusilə 18-ci dəqiqədə qapıya ardıcıl 3 zərbə zamanı Kürdov həyəcan yaşadı. O, Şahnasinin son vuruşunu zədə riski bahasına dirəyin dibindən çıxardı. “Ekol” isə fasiləni bildirən qonq səsinə saniyələr qalmış əks-hücumdan yararlana bilmədi. Rəqibini 2-nin 1-ə yaxalayan nominal qonaqları Atakişiyev sevindirməyə borclu idi. Beləliklə, fasiləyə qədər hesab dəyişmədi.
İkinci yarı da gərgin mübarizə şəraitində keçdi. Hissənin əvvəlində Sadiq Kürdovla təkbətəkdən yararlana bilmədi. Qapıçı irəli çıxaraq iranlı futzalçının onun başı üzərindən atmaq istədiyi topu sinəsi ilə dəf etdi. Bundan bir qədər sonra Radikin cərimə zərbəsindən qüvvətli vuruşunu Omid Xəlili əla seyvlə kornerə çıxardı. Nəhayət, 29-cu dəqiqədə “Yasamal” rəqib qapısına yol tapdı. Samir Həmzəyevin mərkəzdə topu itirməsindən sonra əks-hücum quran nominal meydan sahiblərini Səid Amini sevindirdi. 33-cü dəqiqədə Sadiqin zərbəsi zamanı dirək “Ekol”u növbəti qoldan xilas etdi. 35-ci dəqiqədə meydanda anlaşılmazlıq yarandı. Üçüncü hakim Elmir Quluzadə “Ekol”un taym-aut istəyini uyğun olmayan vaxtda – komanda əks-hücuma çıxmağa hazırlaşarkən yerinə yetirməyə çalışdı. Belədə baş hakim Elçin Məmmədov qısa pauzadan istifadə edib gənc həmkarına iradlarını çatdırdı və qaydaları başa saldı. 38-ci dəqiqədə növbəti dəfə “Ekol”un bəxti gətirdi. Qapıdan zərbədən sonra Həmidrza hava mübarizəsindən qalib ayrıldı və topu başla mövqeyini tərk edən Kürdovun başı üzərindən tora atmaq istədi. Ancaq bu dəfə də dirək hesabın bərabərləşməsinə mane oldu. Beləliklə, “Ekol” çətin də olsa, meydandan 3 xalla ayrılmağı bacardı. Bu nəticədən sonra iddialılarla “ikinci eşelon” arasında qütbləşmə bir qədər də dərinləşdi. Belə ki, ilk “üçlüy”ü qapayan “Ekol” ən yaxın izləyicisi ilə xal fərqini 9-a çatdırdı.
Tura “Xəzər Cənub” – “Araz” matçı ilə yekun vuruldu. Ötən tur məcburi istirahət edən Joze Alesionun yetirmələri “Neftçi”ni özündən çox irəli buraxmamaq üçün Lənkəran təmsilçisinin sürprizinə imkan verməməliydi. Qeyd edək ki, “Araz” oyuna ciddi itki ilə çıxmışdı. Ötən tur qırmızı vərəqə alan Rövşən Hüseynlinin yoxluğunda “çərçivə”yə Kamran Hacıyev keçmişdi. Maraqlıdı ki, belədə “Araz” meydana ehtiyat qapıçısız çıxmışdı. Belə ki, başqa komandalar kimi, Naxçıvan təmsilçisinin də üçüncü qapıçısı yoxdu. Oyuna gəlincə, artıq 3-cü dəqiqədə tablodakı “0”-ların biri dəyişdi. Oqtay Rüstəmli debütantı cəzalandırdı. Ancaq Alesionun yetirmələrinin sevinci uzun çəkmədi. Cəmi bir dəqiqə sonra Məsud Nəsirzadəgah “Araz”ı meydanın mərkəzinə dəvət etdi. Oyun planında geriləyən, yalnız Xətainin “çiyinlərindən asılı qalan” “Araz” 9-cu dəqiqədə “Xəzər Cənub”un qapısına yol tapa bildi. Bu dəfə də “vuran ayaq” işə düşdü. Xətainin qolundan sonra naxçıvanlılar nisbətən rahatlaşdı. 18-ci dəqiqədə isə Ramiz Çovdarov fərqi 2 topa çatdırdı - 3:1. İlk yarıdan diqqəti çəkən daha bir məqam İsa Atayevin ağır xəsarət almasıdı. İkili mübarizə zamanı beli üstə yerə çırpılan futzalçı huşunu itirdi və yalnız həkimlərin köməyi ilə özünə gəldi. Bununla belə, o, oyunu davam etdirə bilməyərək, elə həkimlərin köməyi ilə arenanı tərk etdi. Onu da qeyd edək ki, Atayev zədədən yeni dönmüşdü.
İkinci hissə gərginliyi ilə yadda qaldı. Xüsusilə sonluq dramatik alındı. 28-ci dəqiqədə “Xəzər Cənub” azlıqda qaldı. Hadi Rizvan ikinci xəbərdarlıqdan sonra meydandan qovuldu. Hakimin qərarından narazı qalan iranlı futzalçıları çox çətinliklə sakitləşdirmək mümkün oldu. Çovdarov 30-cu dəqiqədə rəqibin azlıqda qalmasından yararlanıb fərqi 3 topa çatdırdı. Düzdü, bir dəqiqə sonra debütant Əli Mikailinin qolu ilə fərqi azaltdı – 2:4. Bu azmış kimi, “Araz” azlıqda qaldı. Qapıçı Kamran Hacıyev “sonuncu ümid folu”na görə meydandan qovuldu. Belədə “çərçivə”yə Çovdarov keçdi. “Xəzər Cənub” sanki bunu gözləyirdi. Belə ki, 33-cü dəqiqədə Pənahəndə, 35-də isə Əli Mikaili fərqlənərək, hesabı bərabərləşdirdi. Qalan dəqiqələrdə “Araz”ın “5-in 4-ə” oynamaqdan başqa çarəsi qalmamışdı. Bu isə “ölümə meydan oxumaq” demək idi. Lənkəran təmsilçisi azı 3 dəfə topu boş qapıya göndərə bilərdi. Ancaq son anda tələskənlik sürprizi pozurdu. Bu dəqiqələrdə “Araz” yalnız bir dəfə Rizvanın sayəsində üstünlüyü ələ keçirə bilərdi. Di gəl ki, Çovdarovun zərbəsi dirəkdən döndü. Beləliklə, “Araz” növbəti dəfə xal itkisi ilə üzləşdi ki, bu da “Neftçi”nin zirvədə özünü rahat hiss etməsinə şərait yaratdı.
9-cu tur
Yasamal İSK – Neftçi 3:11 (0:5)
Yasamal İSK: 23. Ceyhun Nağıyev (k), 10. Məhəmməd Eyniyev, 3. Anar İsayev, 11. Adil Əlimirzəyev, 9. Davud Baqeri; 19. Ayxan Məmmədov, 5. Vüsal Səfərov, 7. Nihad Mahmudov, 8. Xəyal Abbasov.
Rəhbər: Azər Əmənov.
Neftçi: 1. Samir Mehdiyev, 6. Məhəmməd Katebi, 8. Vahib Xocayev, 10. Rüfət Balakişiyev (k), 94. Oruc Baxşəlizadə; 23. Elnur Zamanov, 4. Əli Abdullahi, 11. Həmid Rza Povejavid, 14. Vitali Borisov, 17. Tural İsmayılov.
Baş məşqçi: İlqar Aslanov.
Qollar: R.Balakişiyev, 2 (0:1). M.Katebi, 4 (0:2). T.İsmayılov, 8 (0:3). T.İsmayılov, 10 (0:4). T.İsmayılov, 11 (0:5). V.Səfərov, 22 (1:5). R.Balakişiyev, 29 (1:6). V.Xocayev, 29 (1:7). M.Katebi, 31 (1:8). O.Baxşəlizadə, 34 (1:9). M.Eyniyev, 36 (2:9). M.Katebi, 39 (2:10). V.Səfərov, 39 (3:10). O.Baxşəlizadə, 39 (3:11).
Vərəqə: yoxdu.
Hakimlər: Anar Fərəcov, Rahin Heybətov, Kənan Məlikov.
Hakim-inspektor: Fizulu Nəcəfov.
14 noyabr. Bakı İdman Sarayı.
Yasamal – Ekol 1:2 (0:2)
Yasamal: 15. Omid Xəlili, 6. Həmidrza Bəxşifərd (k), 7. Sina Camali, 8. Səid Amini, 10. Salar Şahnasi; 2. Rza Xorasani, 5. Tural Lətifov, 11. Sadiq Cavid, 13. Məhəmməd Zərabadi.
Baş məşqçi: Həsən Mirzəyi.
Ekol: 99. Emin Kürdov, 17. Fərid Ələkbərov, 11. Namiq Məmmədkərimov, 10. Samir Həmzəyev, 4. Fərid Atakişiyev; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Faiq Əliyev, 9. Əsgər Abbasov, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Sərxan Məstiyev.
Baş məşqçi: Radik Əhmədov.
Qollar: F.Ələkbərov, 2 (0:1). N.Məmmədkərimov, 9 (0:2). S.Amini, 29 (1:2).
Vərəqələr: Ə.Abbasov, 13. S.Amini, 19. H.Bəxşifərd, 38 – sarı.
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elmir Quluzadə.
Hakim-inspektor: Asim Xudiyev.
14 noyabr. Bakı İdman Sarayı.
Xəzər Cənub – Araz 4:4 (1:3)
Xəzər Cənub: 21. Məhəmmədrza Ruhi, 10. Mehdi Pənahəndə (k), 15. Hadi Rizvan, 77. Əli Mikaili, 9. Fərid Mazaherixorasi; 1. Əli Xademheydəri, 7. Məsud Nəsirzadəgah, 11. Şahab Şahnazian, 12. İlkin Mirzəyev, 19. Şahin Nami.
Menecer: Tuğsal Eliz.
Araz: 1. Kamran Hacıyev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 9. Oqtay Rüstəmli, 17. İsa Atayev; 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 14. Elşən İbrahimxəlilov, 15. Adəm Həbibov, 18. Adil İsmayılov, 19. Ruzigar İbrahimzadə, 20. Kənan Manafov.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: O.Rüstəmli, 3 (0:1). M.Nəsirzadəgah, 4 (1:1). X.Bağırov, 9 (1:2). R.Çovdarov, 19 (1:3). R.Çovdarov, 30 (1:4). Ə.Mikaili, 31 (2:4). M.Pənahəndə, 33 (3:4). Ə.Mikaili, 35 (4:4).
Vərəqələr: Ə.Mikaili, 9. Ş.Nami, 21. H.Rizvan, 28. R.Çovdarov, 28. A.Həbibov, 40 - sarı. H.Rizvan, 28 (ikinci sarı). K.Hacıyev, 32 – qırmızı.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Azad Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
14 noyabr. Bakı İdman Sarayı.
1. Neftçi 8 7 0 1 46-22 21
2. Araz 8 5 3 0 44-22 18
3. Ekol 7 5 1 1 49-18 16
4. Yasamal 7 2 1 4 40-25 7
5. Xəzər Cənub 7 2 1 4 51-27 7
6. Liman 7 2 0 5 32-55 6
7. Yasamal İSK 8 0 0 8 21-114 0
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar