13 noy 18:36olke

Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu

Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu
Rasim Əliyev: “Bu materialları toplamaq üçün daha haralara üz tutmamışdım”
Hər il müxtəlif ölkələrdə tanınmış futbolçuların, baş məşqçilərin avtobioqrafik kitablar dərc etdirdiyinin şahidi olmuşuq. Kitab müəllifləri karyeraları ərzində başlarına gələn, ancaq mətbuata sızmayan hadisləri yada salır, bir çox maraqlı məqamları oxucuların diqqətinə çatdırırlar. Onu da qeyd edək ki, qısa vaxtda “bestseller”ə çevrilən kitabları istər futbol azarkeşləri, istərsə də adi oxucular əldə etməyə çalışır. Ancaq nədənsə bizim futbol ictimaiyyətinin nümayəndələri bu işdə maraqlı deyillər ki, buna görə də tez-tez qınanırlar. Futbolçulardan və məşqçilərdən fərqli, vaxtaşırı kimsə ortaya çıxıb “idmanın şahı” ilə bağlı kitab nəşr etdirir. Onlardan biri də sabiq həmkarımız Rasim Əliyevdi. Bugünlərdə Rasim bəyin Tovuz futbolunun 100 illiyi ilə bağlı yazdığı “100 yaşlı Tovuz futbolu” kitabı işıq üzü görüb. Kitabda nələrin yazıldığını, kimlər tərəfindən nəşr olunduğunu öyrənmək üçün müəlliflə danışdıq.
- Əvvəlcə sizi yeni çapdan çıxmış kitabınızla bağlı təbrik edirik.
- Diqqətinizə görə təşəkkür edirəm. Vaxtilə özüm də “Futbol+” ailəsinin bir üzvü olduğumdan qəzetin adı gələndə özümü çox xoşbəxt sanıram.
- Kitabınız Tovuz futbolunun tarixi ilə bağlıdı. Materialları hardan əldə etmisiz və bu işdə kimlər sizə yardımçı olub?
- Tovuzda futbolun əsası 1914-cü ildə qoyulub. Yəni Azərbaycan futbolunun yaranmasından 3 il sonra. Düzdü, bununla bağlı rəsmi sənəd yoxdu. Ancaq yaşlı nəslin söylədiklərinə əsasən belə qəbul olunub. İlk dəfə almanlar Tovuzda 1912-ci ildə məskunlaşıblar. Təsərrüfatla bağlı işlərini yoluna qoyduqdan sonra futbol oynamağa başlayıblar. Bizim bəxtimiz onda gətirib ki, Tovuza üz tutan almanların futbola marağı olub. İki ildən sonra, daha dəqiq desəm, 1916-da “Rote Fahne” klubu yaradılıb. Onlar ilk rəsmi oyunlarını 1920-ci ildə tovuzlulardan qurulan komandaya qarşı keçiriblər. Bunu təsdiq edən rəsmi sənədlər var. Özü də həmin görüşün hakimi Gürcüstandan dəvət olunub. Ona ayrıca tərcüməçi ayrılıb ki, ortada hansısa anlaşılmazlıq olmasın. Həmin qarşılaşma o vaxtın tələblərinə cavab verən şəkildə keçirilib. Hər iki komandanın forması olub. Almanların formasının qarşısında almanca, bizimkilərdə isə ərəb hərfləri ilə yazılar olub. Çox maraqlıdı ki, bunu da o vaxt kimlərsə panislamizm kimi o dövrün mətbuatında ictimaiyyətə təqdim edib.
- Heç kimə sirr deyil ki, bu gün kitab nəşr etdirmək o qədər asan məsələ deyil. Bu işdə kim sizə yardımçı oldu?
- “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasov və “Turan Tovuz”un fəxri prezidenti Vidadi Əhmədov. Onların sayəsində neçə illik zəhmətim işıq üzü gördü. SSRİ dönəmində “Neftçi”nin SSRİ çempionatlarındakı çıxışının statistikasını aparırdım. Ancaq qeydlərimi təqdim etməyə yer yox idi. 1992-ci ildə “Turan” yarandı və klubun o vaxtkı direktoru Məzahir Tağıyev həmin qeydləri nəzərə alıb məni işə götürdü. ilk dəfə 1993-cü ildə, yəni klubda işləyə-işləyə bu kitabı nəşr etdirmək istəyirdim. Həmin il “Turan” avrokuboklarda “Fənərbaxça” ilə qarşılaşırdı. Niyyətim türk qardaşlarımıza Tovuz futbolunun tarixini göstərmək idi. Bu materialları toplamaq üçün daha haralara üz tutmamışdım. Dəfələrlə Mirzə Fətəli Axundovun adını daşıyan kitabxanaya, arxiv idarələrinə getmişəm. Yaşlı nəslin nümayəndələri ilə söhbətlərə saatlarla vaxt ayırmışam. Lakin həmin vaxt alınmadı. 1998-də Akif Məmmədov rəhbər oldu. Yenə müəyyən səbəblərdən arzum həyata keçmədi. 2004-də Tahir Yusifov söz versə də, yaddan çıxdı. Nəhayət, yuxarıda adını qeyd etdiyim şəxslər kitabı nəşr etdirdilər.
- Kitabın təqdimatı olub?
- Xeyr. Özümə cəmi iki gündü çatıb. İlk bir neçə buraxılış rəngli oldu və onları Çingiz müəllim bəzi şəxslərə hədiyyə kimi təqdim edib. Kütləvi buraxılış isə bugünlərdə olub. Əslində Çingiz müəllim təqdimat mərasimi keçirmək, ora Almaniya səfirliyindən qonaqlar dəvət etməyi planlaşdırmışdı. Səbəb isə Tovuzda futbolun bünövrəsinin almanlar tərəfindən qoyulmasıdı. Ancaq hələ ki bu yöndə heç bir səs-soraq yoxdu. Təqdimat mərasimi olsa, çox sevinərəm.
- Kitab neçə nüsxə çap olunub və qiyməti nə qədərdi?
- 550 nüsxə çap olunub. Üz qabığı rəngli olsa da, içərisi və ordakı şəkillər ağ-qaradı. Qiymətinə gəlincə, qoy bu kommersiya sirri kimi qalsın (gülür).
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar