11 noy 14:59olke

Ölkə kuboku biabırçı vəziyyətə salınıb

Ölkə kuboku biabırçı vəziyyətə salınıb
“Cırtdan” ölkələrdə belə kubok iştirakçılarının sayı çoxdu
Ötən sayımızda 2018/19 mövsümündə ölkə kobuku uğrunda 12 komandanın mübarizə aparacağını xəbər vermişdik. Onu da bildirmişdik ki, ötən mövsüm komandaların sayı 18 olub. Statistik göstəricidən də göründüyü kimi, ildən-ilə kubok uğrunda mübarizə aparmaq istəyən klubların sayı azalır.
Ölkə futbolunda durum sözün əsl mənasında acınacaqlıdı. Keçmiş SSRİ məkanında bir bizdə, bir də acından öldüyünü dediyimiz Ermənistanda kuboku başı üzərinə qaldırmaq istəyən 12 komanda var. Yaxın qonşumuz Gürcüstana baxanda adama ancaq köks ötürüb heyrətlənmək qalır. Sizcə, ilk mərhələdə neçə komanda mübarizəyə başlayır? İnanmayacaqsız, ancaq onların sayı nə az, nə çox - düz 60-dı. Bəli, səhv oxumadız. Məhz 60 komanda (onların arasında birinci, ikinci və həvəskarlar liqasının da təmsilçiləri var) avrokuboklara qatılmaq imkanı yaradan qısa yolun yolçusudu. Düşündük ki, Gürcüstan futbol ənənələrinə malik ölkədi və bəlkə də buna görə federasiya çıxış etdiyi liqalardan asılı olmayaraq, hamıya ölkə kuboku uğrunda yarışa qoşulmağa imkan yaradıb. Bu üzdən Baltikyanı respublikalara diqqət yetirib, ordakı vəziyyətlə tanış olmaq istədik. Öncə Latviya kubokunun iştirakçıları ilə tanış olduq. Bizim üçün nə qədər çətin olsa da, qeyd edək ki, orda da komanda sayı yetərincə çoxdu. İlk mərhələdə 32 komanda 16 cütdə qalibi müəyyənləşdirir. Litvada da oxşar durumdu. Orda da ilk mərhələyə 32 kollektiv qatılır. Estoniya isə həm bizi, həm gürcüləri, həm də öz qonşularını qabaqlayır. Yarışa 1/64 final mərhələsindən start verilir və 54 komanda titul uğrunda yarışır. Belarusda 34, Moldovada isə ilk mərhələ iştirakçılarının sayı 32-di. Postsovet respublikaları arasında UEFA-ya ən son qoşulan Qazaxıstanda da durum bizlə müqayisədə daha yaxşıdı. Mərkəzi Asiya respublikasında ölkə kuboku bir qədər fərqli formatda təşkil olunur. Əvvəlcə 13 komanda 4 qrupa bölünür. Qrupların üçündə 3, birində isə 4 kollektiv çıxış edir. Hər qrupun birincisi növbəti mərhələyə vəsiqə qazanır. Sonrakı mərhələ artıq klassik formatda keçirilir. Həmin komandalara 12-si də qoşulur və onların sayı 16 olur. Ümumilikdə isə Qazaxıstanda 25 kollektivin ölkə kuboku uğrunda keçirilən turnirə qatıldığını söyləməliyik. Rusiya və Ukrayna barədə isə danışmaq yersizdi. Bu postsovet məkanı respublikalarında olan vəziyyətdi.
“Cırtdan” gözündə gördüyümüz Lixtenşteyndə də kuboka maraq bizdən daha üstündü. Bu ölkənin müstəqil çempionatı keçirilməsə də, kubok yarışında 14 komanda iştirak edir. San Marinoda isə iştirakçıların sayı 15-di.
İndi başa düşdüz, niyə bizim klublar avrokuboklarda Malta, Lüksemburq kimi ölkələrin təmsilçilərinə boyun əyir? İstər keçmiş SSRİ-də, istərsə də “köhnə qitə”nin “kiçiklər”ində futbol daha geniş auditoriyaya malikdi, onlar futbolda kütləviliyə nail olublar.
Məsələ ilə bağlı mətbuata açıqlama verən PFL prezidenti Ramin Musayev ölkə kubokuna az sayda komandanın qatılmasına çox gülməli izahat verib: “Onlar bilirlər ki, digər komandalarla ayaqlaşa bilməyəcəklər. Həm oyunçuları ruhdan salmamağa çalışırlar, həm də əlavə xərc çəkmək istəmirlər”. Onun sözlərindən belə çıxır ki, bu gün birinci divizionun lideri olan MOİK elitada çıxış edən komandalardan birinə uduzarsa, “hərbçilər”in şərəfini qoruyan oyunçular bunu ürəklərinə salarlar, gecə-gündüz “niyə “Sabah”a uduzduq” deyib dərd çəkərlər. Və belədə divizionun liderinin oyunçuları mənəvi-psixoloji sarsıntı keçirər. Sonda isə bu aşağı dəstədə lider kürsüsünün əldən çıxması ilə nəticələnər. Və yaxud ölkə kubokuna qatılmaqdan intina edən “Zaqatala” ilə “Turan Tovuz” bir dəfə paytaxta (bilərəkdən paytaxt yazırıq, çünki elitanın 8 komandasından 7-si ev oyunlarını Bakıda keçirir) əlavə səfər etməklə nə itirəcəklər? Büdcə bununla tar-mar olmayacaq ki...
Bütün bunlarla bağlı kubokdan imtina edən birinci divizion təmsilçilərinin rəsmilərinin fikirlərini öyrənmək istədik. Bu məqsədlə öncə “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq: “Mənim heç nədən xəbərim yoxdu. Bizə dedilər ki, ölkə kubokundan imtina olunub. Desəydilər oynayın, meydana çıxmağa hazır idik”. “Bunu sizə kim dedi” sualına isə Rüstəm bəy belə cavab verdi: “Heç nə bilmirəm. Klub rəhbəri, Zaqatalada komandanın işləri ilə məşğul olan şəxs belə dedi”.
“Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev isə imtinanı belə əsaslandırdı: “Bakı klubları mövsüm ərzində cəmi iki dəfə səfərə çıxır. Bir Tovuza, bir də Zaqatalaya. Biz isə mövsüm ərzində minimum 12 dəfə Bakı və ona yaxın yerlərə səfər edirik. Bunlar hamısı xərc tələb edir. Bizim komanda bu gün zəifdi. Bilə-bilə ki, ilk mərhələdə uduzub kənarda qalacağıq, nəyə görə əlavə xərcə düşməliyik? Səmərəsiz yerə pul xərcləməkdənsə, həmin vəsaiti uşaq futboluna ayırmaq, ora lazım olanları almaq daha məqsədəuyğundu”.
MOİK-in baş məşqçisi Azər Bağırov isə gün ərzində zənglərimizə cavab vermədi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar