11 noy 14:40olke

Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü”

Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü”
“Bu dəqiqə birinci divizionda işləməyən sol ayağımla oynayaram”
Premyer-liqada komanda sayının azalması, birinci divizionda yaşla bağlı limitin tətbiq olunması, Region Liqasında isə həm maddi, həm də başqa şərtlərin aşağı olması bir çox azərbaycanlı futbolçuların Türkiyənin BAL liqasına üz tutmasına gətirib çıxarıb. Oruc Balaşlı, Nurlan Novruzov, Qərib İbrahimov, İlham Allahverdiyev, Azər Zeynallı...
Dünənə qədər Elnar Kərimov da orda idi. Lap dəqiq desək, həvəskarlar liqasına üz tutan ilk azərbaycanlıdı. 2013-dən bu yana “Serhat Ardahanspor”, “Bartınspor”, “Sinopspor”, “Ankara Bağlumspor”, “Görelespor” kimi komandaların şərəfini qoruyan 33 yaşlı qapıçı qardaş ölkədə kifayət qədər təcrübəyə sahibdi. Elnarı “Qəbələ” – “Sabah” matçında görəndə, açığı, təəccübləndim. Hər halda, karyerasını Türkiyədə davam etdirəcəyi, sonradan məşqçiliyə başlayacağı inandırıcı idi. Sən demə, Kərimovun başına “sən saydığını say, gör fələk nə sayır” məsəli gəlib.
- Vətənə çoxdan qayıtmısan?
- Yayda.
- Nə əcəb?
- Evdəki problemlərə görə. Ailəli adam üçün başqa ölkədə yaşamaq çətindi. Üstünüzə sağlıq, atam xəstədi, hər iki övladım məktəbə gedir. Nə qədər çalışdım, baxıram ki, gedib-gəlmək alınmır. Üzr istəyirəm, kamerada danışanda, qızım bir dəfə “ata, yanımıza gəlmirsən” sualını verəndə o biri dünyaya gedib-qayıdırdım.
- Ailəni yanına aparmağa imkan yox idi?
- Birinci dəfə gedəndə aparmışdım. Ardahanda yaşayırdıq, hər şey yaxşı idi. Sadəcə, o vaxt uşaqların ikisi də balaca idi. İndi maşallah, böyüyüblər, ikisi də məktəbə gedir. Sırf təhsil məsələsinə görə getmək olmur. Məktəbə burda başlayıblar, götür apar Türkiyəyə, sonra nə vaxtsa yenidən Azərbaycana qayıt. Nə qədər də olmasa, uşaqların psixologiyasına, təhsilinə mənfi təsir edə bilər. Həm də daim bir yerdə olmurduq. Səfərlər, təlim-məşq toplanışları – istər-istəməz yenə evdən uzaq düşürsən.
- Bundan sonrakı planların nədən ibarətdi?
- Bu dəqiqənin özündə Türkiyədən yenə təkliflərim var. Zarafat deyil, 4 il oynamışam, az-çox tanıyırlar, nəyə qadir olduğumu bilirlər. Sadəcə, dediyim kimi, Azərbaycanda yaşamaq istəyinə görə qayıtdım. Düşünürdüm ki, birinci divizionun hansısa komandası ilə müqavilə bağlayaram. Orda da limit qoyublar, təcrübəli futbolçular oynaya bilməz.
- Nə etmək fikrin var?
- Sağlıq olsun, dekabra qədər gözləyəcəm. Bəlkə qış fasiləsində hansısa komandadan təklif olar. Görsəm ki, yoxdu, məşqçilik barədə düşünəcəm. O da alınmasa, sonuncu variant kimi yenidən Türkiyəyə qayıdıb karyeramı ya futbolçu kimi davam etdirəcəm, ya da məşqçiliyə başlayacam. Gözləyirəm, görək nə olur.
- BAL liqasında vəziyyət necədi?
- Belə deyim, yaxşı futbolçuya yaxşı dəyər verirlər. Hər şey özündən asılıdı. Başını aşağı salıb işini gör, intizama əməl et, meydanda sözünü de – bunlar olandan sonra səni əllərinin içində saxlayacaqlar.
- BAL liqasında oynayan 5-6 azərbaycanlı tanıyıram. Onların durumu necədi?
- Ora sırf pul qazanmaq, ya da Türkiyənin adı üçün getdinsə, heç nə. Həvəskarlar liqası olsa da, futbolçudan çox şey tələb edirlər, intizama xüsusi diqqət yetirirlər. Futbolu sevməlisən, komandaya can yandırmalısan. Azarkeşlər kənardan gələn oyunçuya fikir verirlər. Azərbaycandakı karyeramda görmədiyim azarkeşləri orda gördüm. Bir dəfə Lənkəranda 15 min azarkeş görmüşdüm, indiyə qədər yadımdadı. Türkiyənin həvəskarlar liqasında oyuna 6-7 min tərəfdar gələndə, deyirlər azdı. Elə qarşılaşmalar olub ki, 15-20 min fanatın qarşısında mübarizə aparmışıq. Belə deyim də, adı həvəskarlar liqası olsa da, peşəkar liqanın qoxusu gəlir. Hə, sualınıza gəlincə, açığı, bizimkilərin hər birinin vəziyyəti ilə tanış deyiləm. Çünki elə bir əlaqəm olmayıb.
- Karyera baxımından BAL liqasında oynamağın üstün tərəfləri nədi?
- Basqı görürsən, həyəcan yaşayırsan, hansısa mənada “artırırsan”, legioner həyatının incəliklərini öyrənirsən. Yoxsa bizdəki kimi... Sol ayağım işlək deyil, əsas “sağ”la oynayıram. Sizi inandırım, bu dəqiqə birinci divizionda işləməyən sol ayağımla oynayaram. Orda vəziyyət tam başqadı. Çünki ortada mükafat var, hamı qalib olmağa can atır. Hünərin nədi məşqdə kefsiz görünəsən. Məşqçi yaxınlaşıb dərdinlə maraqlanacaq, sonra da məşqdən uzaqlaşdıracaq ki, get problemlərini həll et, daxili ab-havanı pozma. Burda birinci divizionun bəzi komandalarına baxıram, ağzıgöyçək gədələrdi, söz deyə bilmirsən, adamın üzünə qayıdırlar, böyük-kiçik yeri yoxdu. Məşqçi ilə futbolçu arasında körpü yoxdu. Baş məşqçi üç-dörd aparıcı oyunçunu “qanadlarının” altına alır ki, birdən “torbamı tikərlər”. Komanda 2-3 oyun uduzur, məşqçi özü gedib rəhbərliyə getmək istədiyini deyir. Daha gözləmir ki, onu qovsunlar.
- BAL liqasından, məsələn, PTT liqasına dəvət almaq mümkündü?
- Uzağa getmirəm, özümdən götürək. 2013-də ilk dəfə “Serhat Ardahanspor”da 6 ay oynayandan sonra “Girəsunspor”la “Bucaspor”dan təklif gəlmişdi. Antalyada təlim-məşq toplanışındaydıq, “Girəsunspor” rəsmiləri gəlmişdi. Bizim klubun rəhbəri ilə görüşdülər, amma prezidentimiz məni vermədi. Dedi, qorxuram səni aldadarlar, qal, futbolunu oyna. “Bucaspor” isə baxışa çağırırdı, getmədim. Xəbər göndərdim ki, çıxışımı görmək istəyirlərsə, zəhmət çəkib oyunlarımıza baxsınlar. Əsas qapıçı idim, hər görüşdə 90 dəqiqə qapıda dayanırdım.
- Normal maaş verirlər?
- Bayaq dediyim kimi, yaxşı futbolçuya yaxşı dəyər verirlər. Hər oyunçunun öz qiyməti var.
- Məsələn, yaxşı azərbaycanlının manatla illik qazancı nə qədərdi?
- Başqalarının adından danışmağım düzgün olmaz. Açığı, müqavilə şərtlərindən xəbərim də yoxdu. Burda gizlətməli heç nə yoxdu, özümdən deyəcəm. Klub olub ki, ilə 80 min türk lirəsi, o vaxtkı məzənnə ilə hardasa 50 min manat almışam. Az da olub, çox da. Allahıma çox şükür, qazanmışam.
- Səhv etmirəmsə, BAL liqasına ayaq açan ilk azərbaycanlı futbolçu olmusan.
- Bəli.
- Türklərin futbolumuza münasibəti necədi? Çox güman, yuxarıdan aşağı baxırlar.
- Sizi inandırım, qətiyyən belə deyil. Əksinə, son illərdəki inkişafdan danışırlar. Onların yanında fəxrlə “Qarabağ”la “Qəbələ”nin adını çəkəndə, özlərinə də ləzzət edirdi. Hər nə qədər də olmasa, dilimiz, dinimiz eynidi, qardaş ölkələrik. Bizim uğurumuza onlar da ürəkdən sevinir. “Qarabağ”la “Qəbələ” qrupa düşəndə, komanda yoldaşlarımla bayram edirdik, məni təbrik edirdilər. Bilirdilər ki, uzun illər “Qəbələ”də oynamışam, premyer-liqa təcrübəm var. Rəşad Sadıqovun superliqada oynamasını, Azərbaycanın Türkiyəni məğlub etməsini bilməyənlərə çatdırırdım. Düzdü, futbolumuzun incəliklərindən xəbərsizdilər, əsasən “Qəbələ” ilə “Qarabağ”ı tanıyırlar. Allaha and olsun, uşaqları götürüb internet kluba aparırdım, “Qarabağ”ın Avroliqanın qrupundakı oyunlarına baxırdıq. Necə dəstək verdiklərini görsəydiz... Ona görə də yuxarıdan aşağı baxmaq söhbəti yoxdu. Heç yadımdan çıxmaz, Türkiyə karyeramın ilk vaxtlarında yerli qapıçılardan biri dedi ki, siz bura gəlib çörəyimizə bais olursuz. Dedim, futbolda çörəyə bais olmaq söhbəti yoxdu, kim güclüdüsə, o da oynayacaq. Bir-iki oyunumu görəndən sonra çantasını yığıb getdi. Hətta gedəndə əlimi sıxdı ki, təcrübədə məndən üstünsən. Bəlkə də özlüyündə fikirləşirdi ki, türkəmsə, azərbaycanlı futbolçudan üstün olmalıyam, ya da üstünəm.
- Həvəskarlar liqasında bir neçə azərbaycanlı futbolçu çıxış edir. Kimlərlə daim əlaqə saxlayır, görüşürdün?
- Ancaq bizim qrupda yer alan komandaların oyunçuları ilə görüşmək imkanım olurdu. O da oyundan-oyuna. Azər Zeynallı idi, bir də Oruc Balaşlı. Onların komandaları ilə qarşılaşanda ayaqüstü görüşüb, söhbətləşmişik.
- Premyer-liqada, hətta birinci divizonda iş yeri tapa bilməyən neçə-neçə futbolçu bu gün Region Liqasında top qovur, ya da gözləmə mövqeyindədi, hətta karyeralarını başa vurmaq haqda düşünürlər. Onlara BAL liqasına üz tutmağı məsləhət görürsən?
- Öz gücünə, xarakterinə güvənən istənilən futbolçumuz gedib oynaya bilər. Sadəcə, bir çox futbolçular var ki, intizamsızlığa görə bu gün Region Liqasında çıxış edirlər. Türklərin intizam tərəfdarı olduğunu çoxumuz bilirik, elə həmin futbolçular da. Ona görə də ora getmək istəmirlər. Yoxsa Türkiyəyə qapı açıqdı. Gömrüyü keç, istənilən komandanın qapısını döy və de ki, gəlmişəm, gücümə inanıram, məni yoxlayın. Təbii ki, BAL liqasında oynamaq burda birinci divizionda və ya Region Liqasında top dalınca qaçmaqdan yaxşıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar