11 noy 14:35olke

“Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi

“Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi
Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur
Vorskla (Ukrayna) – Qarabağ 0:1 (0:1)

1. Boqdan Şust
4. İqor Perduta
5. Nacip Yakubu
(14. Nikolas Mores da Kruz, 57)
6. Aleksandr Sklyar
10. Vladislav Kulaç
11. Vyaçeslav Şarpar
17. Vladislav Çesnakov (k)
26. Yuri Kolomoyets
33. Aleksandr Çijov
66. Artur
82. Pavel Rebenok
Ehtiyat oyunçular
21. Aleksandr Tkaçenko
3. Andro Giorqadze
9. Mixail Sergeyçuk
13. Maryan Mısik
23. Vadim Sapay
40. Taras Sakov
44. Ardin Dallku


Baş məşqçi: Vasili Saçko
1. Hannes Halldorsson
77. Vild-Donald Gerye
14. Rəşad Sadıqov (k)
52. Yakub Jezniçak
5. Maksim Medvedev
8. Miçel
2. Qara Qarayev
17. Abdulla Zubir
(11. Mahir Mədətov, 73)
6. Simeon Slavçev
28. Con Delarj
(19. Filip Ozobiç, 88)
9. Araz Abdullayev
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
4. Rahil Məmmədov
7. İnnosent Emeqara
55. Bədavi Hüseynov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Qol: A.Abdullayev, 13-p.
Vərəqələr: V-D.Gerye, 34. N.Yakubu, 52. M.Medvedev, 56. A.Sklyar, 63. A.Çijov, 72. V.Şarpar, 90+6 – sarı.
Hakimlər: SANDRO ŞÖRER, Bekim Zoqay, Ştefan de Almeyda, Raffael Tseder, Alen Byeri, Lukas Fandrix (hamısı İsveçrə).
Hakim-inspektor: Edqar Ştaynborn (Almaniya).
UEFA nümayəndəsi: Klaus Kristensen (Danimarka).
8 noyabr. Poltava. Aleksey Butovski adına stadion. 5479 tamaşaçı.
Yalnız ikinci hissəyə 12 dəqiqə əlavə olunub.
5 (4) qapıya (“çərçivə”yə zərbə) 3 (2)
5 künc zərbəsi 3
2 ofsayd 4
12 qayda pozuntusu 12
4 sarı (qırmızı) vərəqə 2

Nədənsə bu oyundan əvvəlki ab-hava ötən ay Farer adaları – Azərbaycan qarşılaşmasından öncəki atmosferdən xəbər verirdi. Sadəcə, fərq onda idi ki, yığmanın qələbəsinin sonluğu hansısa hədəfə çatdıracaqdısa, bu dəfə Poltavada əldə olunan qələbə böyük ölçüdə heç nəyə yaramayacaqdı. Ən yaxşı halda qrupu üçüncü pillədə başa vurmaq üçün stimul ola bilər. Bənzərlik isə Qurban Qurbanov amili ilə bağlı idi. Farer adalarına qələbə dalınca gedən yığmanın çalışdırıcısı görüşdən əvvəl ölüm-qalım davaşına çıxacaqlarını, yetirmələrinin qələbə qazanmaqdan başqa yolunun olmadığını gizlətmirdi. Düzdü, oyundan bir gün əvvəl Poltavada ehtiyatı əldən verməmişdi. “Yaxşı oyun, yaxşı nəticə” deməsinin kökündə “arının yuvasına çöp uzatmamaq” niyyəti dayansa da, komanda üzvləri ilə söhbətdə sərt danışması kimə olmasa da, qulaqları hər yerdə olan jurnalistlərə məlum idi. Odu ki, 1709-cu ildə rus ordusunun qələbəsi ilə başa çatan Şimal Müharibəsinin baş verdiyi şəhərdə maraqlı görüntülərə şahidlik edəcəyimiz sirr deyildi. Çünki meydan sahibi olan “Vorskla”nın da istəyi bizimkilərin arzusu ilə eyni idi: qələbə qazanmaq.
Oyundan bir saat əvvəl start heyətlərinə nəzər salanda, Azərbaycan çempionu adına təəccüblənməmək mümkün deyildi. Düzdü, meydan sahibləri iki dəyişikliklə diqqəti çəkmişdi. Lakin Bakıdakı qarşılaşma zamanı zədəli olan Arturla son matçlarda inamlı təsir bağışlayan Çijovun “11-lik”də yer almasını sürpriz saymaq olmazdı. Əvəzində Qurbanov həm rəqib, həm də azarkeşlər üçün gözlənilməz addıma əl atmışdı. Bədavi, Emeqara və Mahiri ehtiyatda saxlayan təcrübəli mütəxəssis hücumun sivri ucunda Araza, sağ cinahda Delarja şans vermişdi.
Oyunun əvvəlində “Qarabağ”ın halına acımamaq olmurdu. “Xalça” üzərində texnikalı futbolun həvəskarı olan ağdamlılar bu dəfə alışmadıqları soyuq havada, üstəlik sürüşkən meydanda mübarizə aparmaq məcburiyyətində idi. Amma əngəl tək bu deyildi. Meydan sahibləri ilk dəqiqələrdən durmadan pressinq edir, sərt və kobud oyun hesabına bizimkilərin “gözünün odunu almağa” çalışırdılar. Bu kimi çətinliklər istər-istəməz rəqibin rahat əl-qol açmasına şərait yaradırdı ki, ukraynalıların üstünlüyü cəmi 10 dəqiqə çəkdi. Və bu müddətdə cəmi bir dəfə - 6-cı dəqiqədə Kolomoyetsin baş zərbəsi qapının yanından keçən epizodda təhlükə yaratmağa nail oldular. Qolun vurulmasını səbirsizliklə gözləyən azarkeşlərin intizarı 13 dəqiqə çəkdi. Lakin tablodakı rəqəmlərin dəyişməsinə sevinən “Vorskla, Vorskla” qışqıran yerli tərəfdarlar yox, Azərbaycan bayraqları ilə “silahlanan” soydaşlarımız oldu. Arturun qapıçıya ötürməsi istədiyi kimi alınmayınca, pusquda dayanan Maksimin sürəti hesabına topu boş mövqeyə ötürməsi ilə yerə yıxılması və hakimin fitini səsləndirməsi bir saniyəyə sığdı. İsveçrəli referi Şustun Medvedevə qarşı kobudluğunu haqlı olaraq penalti kimi dəyərləndirdi. Topun başına keçən Araz təkcə “Qarabağ”ın cari qrup mərhələsindəki ilk qolunun müəllifi olmadı. Bu, həm də Arazın “Qarabağ” formasında avrokuboklarda ilk qolu kimi tarixə düşdü. Hesabın açılması ilə ağdamlıların “ikinci nəfəsi” də açıldı. Sanki son oyuna çıxıbmış kimi döyüşən futbolçular meydanın hər yerində pressinq etməklə özünü meydan sahibi kimi aparırdı. Bu mənada Gerye, Maksim, Qara və Slavçevin əzmkarlığı özünü göstərirdi. Əvəzində cinahda yer alanlar – Delarjla Zubir kölgəyə çəkilmişdilər. Əsasən meydanın mərkəzində gedən mübarizənin nəticəsi idi ki, qapılar qarşısında təhlükəli vəziyyətlər yaşanmırdı. Poltavalılar hissənin son 3-5 dəqiqəsində özlərinə gəlsələr də, cinahlardan qapı qarşısına asmalar hesabına hesabı bərabərləşdirmək istəkləri həyata keçmədi.
İkinci hissənin əvvəlində təhlükə meydanda top dalınca qaçanlardan yox, azarkeşlərdən gəldi. Yerli tərəfdarların susqun stadionu partlayıcı maddələr hesabına canlandırıb, meydana yandırıcı maddələr atması oyunda 3 dəqiqəlik fasilənin yaranmasını şərtləndirdi. Bundan az sonra Miçel qola yaxın olsa da, vaxtında irəli çıxan rəqib qolkiper hesab arasındakı fərqin artmasına imkan vermədi. Saçkonun ikinci hissə üçün tapşırığı dəyişməmişdi: hava ötürmələri vermək və “ikinci mərtəbədəki” üstünlük hesabına topu qapıdan keçirmək. Meydan sahiblərinin hesabı bərabərləşdirmək üçün böyük qüvvə ilə irəli atılması “Qarabağ”lıları müdafiəyə çəkilib, əks-hücum taktikasından yararlanmağa məcbur edirdi. Və belə vəziyyətlərin birində “köhlən atlar” ikinci qolu vurmağa yaxın oldu. 61-ci dəqiqədə Delarjın cinah ötürməsindən sonra Slavçevin yetişə bilmədiyi top Zubirin qarşısına düşdü ki, onun vuruşu istədiyi kimi alınmadı. Epizodun davamında Geryenin künc zərbəsindən fərqlənməsinə qeyri-dəqiqlik mane oldu. 65-ci dəqiqədə bu dəfə soydaşlarımızın alışdırıcı maddələrdən istifadə etməsi Şöreri önləyici tədbirlər görməyə məcbur etdi, baş hakim futbolçuları paltardəyişmə otağına göndərdi. Stadionda elan veriləndən, yəni təxminən 8 dəqiqəlik fasilədən sonra komanda üzvləri meydana qayıtdı. Məhz bu səbəbdən hakim oyunun əsas vaxtına 12 dəqiqə əlavə olunmasına dair qərar verdi ki, ən maraqlı anlar da görüşün bu bölümünə təsadüf etdi. Öncə Halldorsson Şarparın baş zərbəsinə qapı xətti üzərində əla reaksiya göstərib komandasını real qoldan xilas etdi. Az sonra Kulaçın hiyləgər vuruşundan sonra topu ideal qurtarışla kornerə çıxarmağı bacardı. Görüşün son dəqiqələrində Miçelin baş zərbəsi də istədiyi kimi alınmayınca, hakimin final fiti “Qarabağ”ın qələbəsini rəsmiləşdirdi.
Bu zəfər ağdamlılar üçün təkcə qrupdakı ilk qol və ilk qələbə ilə əlamətdar olmadı. Həm də bugunkü Bayraq günü üçün xalqa bayram hədiyyəsi kimi qələmə verə bilərik. Maraq üçün qeyd edək ki, “köhlən atlar” buna qədər də bir dəfə Ukrayna təmsilçisi olan “Dnepr”lə eyni qrupda yer almış, səfərdə qalib gəldiyi halda Bakıda məğlubiyyətə üzülmüşdü. Qarşıdakı iki oyunda “Vorskla” ilə “Qarabağ” qrup sonuncusu olmamaq uğrunda mübarizə aparacaq.
HƏBİB

Gözdən qaçmadı...
* Oyundan əvvəl Poltavada Bayraq günü ilə bağlı tədbir keçirildi. “Qarabağ” isə stadiona gələn 400-ə yaxın soydaşımıza bayraq payladı. Onlar əsasən iki sektorda əyləşmişdi.
* 47-ci dəqiqədə “Vorskla” azarkeşləri petardları yandırmaqla güclü atəşfəşanlıq törətdilər. Onlar yandırıcı maddələri meydana atmaqdan da çəkinmirdilər. Tezliklə bizimkilərin sektorundan da cavab atəşi eşidildi. Vəziyyəti belə görən isveçrəli referi 65-ci dəqiqədə komandaları paltardəyişmə otağına aparmalı oldu. Oyun bir də 8 dəqiqədən sonra bərpa olundu. Odu ki, hakimin ikinci hissəyə 12 dəqiqə əlavə etməsində qəribə heç nə yoxdu.
* Dünən Kiyevdə “Dinamo” – “Renn” matçı olmasına baxmayaraq, ukraynalı həmkarlarımız bu oyuna xüsusi diqqət ayırmışdı. Hər halda, 54 yerli jurnalistin akkreditasiyadan keçməsi sıradan fakt sayıla bilməz.
* Peşəkar boksçu kimi tanıdığımız əslən ağdamlı Fariz Məmmədov da oyunu izləyənlər arasındaydı. Poltavadan 240 kilometr qərbdə yerləşən Çerkassı şəhərində işgüzar səfərdə olan Məmmədov özünə doğma saydığı komandanın çıxışını izləmək üçün azarkeşlərin arasında olmağı məqsədəuyğun saymışdı.
Onlar əsasən iki sektorda əyləşmişdi.

Reaksiya
Qurban Qurbanov: “Futbolçularımı təbrik edirəm. Meydanda sona qədər döyüşdülər və lazım olan nəticəni əldə etdilər. Bizim üçün vacib qələbə idi. 90 dəqiqədən həzz aldıq. Hakimə etirazım Geryenin epizoduna görəydi. Onsuz da qayda pozuntusu qeydə almışdı, vərəqəsiz ötüşmək olardı. “Vorskla” ilə Bakıdakı oyuna da qələbə üçün çıxmışdıq. Sadəcə, burda oyunumuz alındı, həm də futbolçular bu matça daha yaxşı köklənə bilmişdilər. Bir rəqibi iş başında görəndən sonra cavab oyununa daha yaxşı hazırlaşmaq olur. İki həftəki öncəki görüşə də yaxşı hazırlaşmışdıq. Sadəcə, onda alınmamışdı. Bu gün komanda oyunu sərgilədik və futbolçuları verdiyimiz tapşırıqları sona qədər yerinə yetirdilər. Ümid edirəm ki, qələbələrin davamı gələcək. Hər oyunda dəyişikliklərə əl atırıq. Bu gün də dəyişikliklər etməyə məcbur idim, həm də daha hazır futbolçuları meydana buraxmağa çalışdım. Elə futbolçularımız var ki, çox yükləniblər. Həm də, daha təcrübəli futbolçulara gərək vardı. Bakıda məğlub olduğumuz oyundan sonrakı təhlillərimiz də heyətdə yeniliklər etməyə yol açmışdı. Üçüncü dəyişikliyə ehtiyac duymadım. Düzdü, belə bir fikrim var idi. Lakin oyunun gedişatı buna gərək olmadığını göstərdi. Hannes bizə kömək edibsə, ondan razı qalmamağım mümkün deyil. Tək ondan yox, bütün futbolçularımdan razı qaldım. Qrupdan çıxmaq şansları? “Sportinq”in “Arsenal”la heç-heçə etməsi şansımızı minimuma endirdi. Lakin yenə də sona qədər mübarizə aparacağıq. “Vorskla” ilə “Qarabağ”ın fərqli oyun üslubları var. Amma deməzdim ki, hər iki oyunda eyni səviyyəli futbol sərgiləndi. Hansısa komandanı digərindən zəif və ya güclü hesab etmirəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar