08 noy 22:24olke

“Məni öz içimdən vurdular”

“Məni öz içimdən vurdular”
“Futbol+” Nizami Hacıyevi Moskvada tapıb, danışdırdı
Ondan xeyli vaxtdı səs-soraq yoxdu. Vaxtilə aparıcı ölkə klublarının şərəfini qorumuş, bütün yaş qruplarından ibarət millilərdə çıxış etmiş, verdiyi açıqlamalar və müsahibələr ilə diqqətləri üzərinə çəkməyi bacarmış şəxs kölgəyə çəkilib. Bir ilə yaxındı nə üzünü görən var, nə səsini eşidən. Baş vermiş məlum olaydan sonra Mirhüseyn Seyidov hər dəfə jurnalistlərin suallarını cavablasa da, o danışmadı. Zənglərə cavab vermədi, sonra da nömrəsini dəyişdi.
Nizami Hacıyevin hazırda harda və hansı işlə məşğul olması çoxdan marağıma səbəb olsa da, yaxın ətrafından “burda yoxdu” cavabını eşidib həvəsdən düşürdüm. Suallarıma cavabları üzbəüz söhbətdə eşitmək istəyirdim. Lakin biləndə ki, Azərbaycanı birdəfəlik tərk edib və artıq başqa işin qulpundan yapışıb, görüşməyimizin mümkünsüz olduğunu anladım. Əlaqə nömrəsini tapıb, zəngləşdik. Nizami dərinə getmək istəmədi, araşdırmaların davam etdiyini bildirib hər ifadəsinin ziyanına işləyəcəyini söylədi. Amma bir-iki xüsusi məqama toxundu ki, fikrimcə, sizin üçün də maraqlı olacaq.
- Bir ilə yaxındı səs-soraq yoxdu səndən. Bakıda olmadığını bilirəm.
- Futboldan uzaqlaşdırılmışamsa, necə səs-soraq ola bilər? Xeyli vaxtdı Moskvadayam, bizneslə məşğulam. Allaha şükürlər olsun, ruzimizi yetirir, biz də yaşayırıq. Həyat bitməyib ki, davam edir.
- Çoxdan getmisən?
- Dekabrda məlum qərar çıxdı, yanvarın 19-da bura gəldim.
- İşin nə ilə bağlıdı, sirr deyilsə, biznesin hansı sahəni əhatə edir?
- Neçə illərdi dostuq etdiyim insanların burda biznesi var. İllərdi bu işlə məşğul olurlar. Əsasən istehsalatla bağlıdı. Təfərrüata varmayacam, amma deyə bilərəm ki, bir-birinə bağlı işlərdi. İstehsal və satış. Dostlarım rəhbərlərdi, mən də hansısa mənada onlara kömək edirəm.
- Yəqin vaxtilə sən də həmin qardaşlara əl tutmusan, biznes qurmalarına maliyyə dəstəyi vermisən.
- Xeyr-xeyr, sizi inandırım, 1 qəpik də verməmişəm. Özlərinin qurduğu və inkişaf etdirdiyi biznesdi. Məlum söhbət çıxandan sonra depressiyaya düşmüşdüm. Heç kimlə danışmaq istəmir, heç yerə çıxmırdım. Hədsiz dərəcədə məyus idim. Həmin vaxt dediyim dostlarım inadla məni yanlarında görmək istədiklərini dedilər. O zamanlar mənə hədsiz mənəvi dəstək oldular. Mən futbolla yaşayan adamam, açığı, biznesə girişmək istəmirdim. Məni məcbur bura soxdular ki, başım qarışsın, yaşananları unudum.
- Moskvaya başını götürüb qaçdın, yoxsa ürəyindən gələn səs apardı?
- Düzünü desəm, başımı götürüb qaçdım. Ürəyimdən gələn səslik bir şey olsaydı, çoxdan gedərdim. Sadəcə, Bakıda elə insanlar var ki, onlarla mütəmadi üz-üzə gəlmək istəmirdim. Düzdü, futbol təsərrüfatında qardaşlıq etdiyim insanlar var. Sayları çox olmasa da, var.
- Kimlərdi?
- Adlarını çəkməyəcəm. Adlarını çəksəm, mənim adıma görə onlara problem yaradarlar, nəsə edərlər. Bir neçə il əvvələ kimi fikirləşirdim ki, futbolçulardan adama dost olmaz. Amma sonradan yanıldığımı anladım. Bu gün elə oğlanlar var ki, ürəklərini mənə verməyə hazırdılar. Futbol qurtardısa, başqa nəsə etmək lazımdı. İllər ötür, uşaqlar böyüyür, qayğılar artır. Artıq müstəqil şəxs kimi başqa işin qulpundan yapışmalı, bu sahədə inkişaf etməliyəm.
- Bakıya gəlib-gedirsən?
- Əlbəttə. Bakısız qala bilirəm ki?! (gülür) Mütəmadi gəlib-gedirəm. İdmançı, futbolçu dostlarım var, onlarla görüşürəm, xeyir işlərdə, yas mərasimlərində iştirak edirəm. Gələndə də ən yaxın adamlarım bilir.
- Həyat futbolla gözəl idi, yoxsa futbolsuz?
- Təbii ki, futbolla. Belə inamlı danışıram deyə, elə bilirsiz, ürəyimdə ağrı yoxdu? Gözümü açıb top görmüşəm, futbolla yaşamışam, böyümüşəm. Zəif futbolçu da olmamışam. Həyatda qalmaq üçün mübarizə aparan komandalarda çıxış etmək xarakterimə zidd olub. Çünki özüm qalib ruhlu idmançı olmuşam. “Xəzər Lənkəran”, “İnter”, “Qəbələ” – bu klubların hər biri çempionluğa oynayıb. Ən yaxşı formada olduğum dönəmlərdə Robert Prosineçki yığmaya dəvət etməsə də, hamı layiq olduğumu söyləyirdi. Deməyim odu ki, gözəl günlər yaşamışam, hər zaman diqqət mərkəzində olmuşam. Ona görə də futboldan bu şəkildə uzaqlaşmağım pis oldu. Təəssüf hiss var, amma öz halıma yox, pis anında yanında olduğum insanları vaxtında tanımadığıma görə. Eybi yox, həyat davam edir. Hamıyla görüşəcəyik.
- Pis adla uzaqlaşdırıldığını dedin. Uzaqlaşdırılmalıydınmı?
- Xeyr, qətiyyən. Bu söhbət hələ bitməyib, şəxsən özüm məsələyə qayıdacam. Sadəcə, gec-tezi var.
- Nə vaxt? Karyeran məhv olub getdi...
- Eybi yox, bitsin. Canları sağ olsun. Amma mən bu məsələyə qayıdacam.
- Səni şərləmişdilər, yoxsa olan şeyin üstün açıldı?
- Heç bir şey olmamışdı. Hazırda iş prokurorluqdadı, istintaq araşdırmaları gedir.
- İstintaq araşdırmaları gedirsə, sən bu rahatlıqla Moskvaya gedib-qayıdırsan?
- Bu, mənə ünvanlanası sual deyil.
- Məndə olan bilgiyə görə, Mirhüseynlə sən “qurban” seçilsəz də, siyahı geniş olmalıydı. Söhbət bir oyundan gedirsə...
- Bəs niyə ikimiz “qurban” olduq? Bu sualı aidiyyatı şəxslərə verin də, nə olar. Mənə onların nə cavab verəcəkləri maraqlıdı.
- AFFA-nın baş katibi Elxan Məmmədova buna bənzər sual vermişdim, araşdırmaların getdiyini söylədi.
- Bu qədər araşdırma olar? Terrorçuyuq, yoxsa adam öldürmüşük? Bu istintaq nə qədər çəkəcək, 10 il?
- Qərardan apellyasiya şikayəti vermək hüququndan istifadə etmədin?
- Apellyasiya vermişdim, “qərar qüvvədə qalır” dedilər. Ondan sonra olan-qalan həvəsim də öldü, ailə-uşağı götürüb Moskvaya gəldik. Mənimlə Mirhüseyni vətən xaini kimi təqdim etdilər. Halbuki hansı komandanın formasını geyməyimizdən asılı olmayaraq, daim can yandırmışıq, işimizə kişi kimi yanaşmışıq. Kürəyimizdə “Azərbaycan” yazıldığına görə belimizi əyməmişik, əksinə, dik tutmuşuq. Bir ilə yaxın burdayam, o qədər iş gəldi başıma, amma yenə də Azərbaycanın xəstəsiyəm. Hər yerdə də fəxrlə bunu deyirəm. Biz o torpağı sevmişik, bayrağımıza baş əymişik. Belə oğullar olmuşuq. Ancaq vətən xaini kimi uzaqlaşdırdılar bizi.
- Hansısa mənada güzəşt edə bilərdilər.
- Əlbəttə, bilərdilər. Başqa cür cəzalandırmaq, cərimələmək mümkün idi. Biz belə münasibətə layiq deyildik. Necə oldu, niyə oldu və kimin hesabına – hər şeyin öz vaxtı var.
- Futbolla birdəfəlik qurtarmısan, yoxsa həvəskar kimi oynayırsan?
- Burda dostlarla yığışıb oynayırıq. Sizə deyim ki, olduqca maraqlı alınır. Çoxu azərbaycanlılardı, bəzən ruslar də bizə qoşulur. Şükür Allaha, bu cəhətdən bəxtim gətirib, futbolla nəfəs alan insanların içindəyəm. Danışırıq, müzakirələr aparırıq, “Qarabağ”ın, “Neftçi”nin oyunlarını birgə izləyirik.
- Çempionatı izləyə bilirsən?
- Nizami olsun, çempionata baxmasın? “CBC Sport”un saytı sağ olsun, girirəm ora, ofisdə oturub baxıram.
- Maraqlı gəlir?
- Şəxsən mənim üçün ürəkağrısıdı. Təsəvvür edə bilmirəm ki, çempionat davam edir, amma mənim orda oynamaq icazəm yoxdu. Bir qərar məni məhv elədi.
- Ailə-uşaqları da özünlə aparmısan. Görünür, birdəfəlik getmisən.
- Belə demək olar. Ev-eşik var, 3-5 manat pulumu qazanıram, şükürlər olsun, heç kimdən gizlənmirəm, küçədə rahat gəzə bilirəm. Həminki Nizamiyəm, heç nə dəyişməyib. Orda necə tanıyırdızsa, burda da elə. Həmişə yetimlərin yanında olmuşam, bundan sonra da belə qalacaq.
- Səndən fərqli, həmin olaydan sonra Mirhüseyn tez-tez müsahibə verirdi, yaşananlara aydınlıq gətirməyə çalışırdı. Sənin kölgəyə çəkilməyin nə ilə bağlıydı?
- Dediyim kimi, depressiyadaydım, hamıdan uzaq durmağa çalışırdım. Həm də elə dönəm idi ki, artıq nəsə deməyim ziyanıma işləyə bilərdi.
- Səni öz içindəkilər vurdular, yoxsa kənardan?
- Bəli, məni öz içimdən vurdular.
- Kim olduqlarını da bilirsən.
- Əlbəttə, bilirəm.
- Üz-üzə gəlirsən, yaxud o söhbətdən sonra rastlaşmısan?
- Görməyinə görmüşəm. Ancaq... Mənə yaxın olan adam bu hərəkəti mənə qarşı etməməliydi. Mən futbolçuları nəyəsə təhrik edirdimsə, “boz kardinallıq” edirdimsə, məni saxlaya bilən bir nəfər tapılmadı? Hamı mən deyənlə oturub-durdu?
- Həmin şəxslərə sözünü demisən?
- Vaxtı gələndə sözümü deyəcəm. İndiki vəziyyətdə Allaha tapşırmışam.
- Qəzet vasitəsi ilə kimlərəsə demək istədiyin nələrsə var?
- Allah hamının köməyi olsun. Hər kəs nəyə layiqdisə, onu da alacaq. Fərqi yoxdu – ya bu, ya da o dünyada. Məni tanıyanlara, xətrimi istəyənlərə salamlarımı göndərirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar