08 noy 21:34olke

Qalmaqallı “böyük oyun”dan 7 il ötdü

Qalmaqallı “böyük oyun”dan 7 il ötdü
Rəşad Abdullayev: “Belə oyunlarda futbolçu özünü futbolçu kimi hiss edir”
Ölkə çempionatı tarixində xüsusi izi olan bir oyundan 7 il keçdi. Söhbət əzəli rəqiblərin – “Neftçi” ilə “Xəzər Lənkəran”ın duelindən gedir. Hansı ki, bu, “böyük oyun”larda bir tərəfin ən böyük fərqlə qalib gəldiyi matçdı. 2011-ci il noyabrın 6-da baş tutan görüşdə “ağ-qaralar” rəqibini 5 cavabsız qolla məğlub etdi. Yağışlı havada, “İsmət Qayıbov”da baş tutan, Flavinyo və Bahodir Nasimovun dubl etdiyi, Fərid Quliyevin son nöqtəni qoyduğu qarşılaşmanı lənkəranlı azarkeşlər çətin ki, unuda. Öncə həmin matçın protokolunu xatırladaq, daha sonra başqa məqamlara toxunacağıq.
Neftçi - Xəzər Lənkəran 5:0 (2:0)
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski (19. Mirhüseyn Seyidov, 90), 9. Flavinyo, 11. Cavid Hüseynov (22. Fərid Quliyev, 70), 14. Bahodir Nasimov (10. Emil Mpenza, 80), 15. Ruslan Abışov, 16. Alessandro Viana, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 13. Tural Nərimanov, 18. Ruslan Əmircanov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Xəzər Lənkəran: 85. Kamal Bayramov, 2. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pits, 22. Antonio Semedo, 23. Şəhriyar Xəlilov (7. Katalin Doman, 55), 32. Mario Rosas, 33. Deyan Rusiç (9. Branimir Subaşiç, 70), 84. Culius Vobay (15. Emeka Opara, 45+1).
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 10. Elnur Abdullayev, 17. Zahid Quliyev, 18. Alim Qurbanov.
Baş məşqçi: Mirça Rednik.
Qollar: Flavinyo, 19 (1:0). Flavinyo, 33 (2:0). B.Nasimov, 68 (3:0). B.Nasimov, 80 (4:0). F.Quliyev, 90+1 (5:0).
Vərəqələr: R.Məlikov, 60. E.Bonfim, 73 – sarı.
Hakimlər: ELNUR MURADOV, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov.
Hakim-inspektor: Məlik Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov.
6 noyabr. Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 2500 tamaşaçı.
Hər hissəyə 2 dəqiqə əlavə olunub.
Əslində həmin qarşılaşma ərəfəsində “Xəzər Lənkəran” ilk pillədə idi, “Neftçi” isə əzəli rəqibindən 4 xal geri qalırdı. Bundan başqa, paytaxt təmsilçisi uzun müddət idi ki, cənubluları məğlub edə bilmirdi. Ancaq “ağ-yaşıllar”ın durumu o qədər də ürəkaçan deyildi. Komanda daxilində ab-hava gərginləşmişdi. Mirça Rednik ilə bir qrup futbolçu arasında münasibətlər pozulmuşdu. Həmin oyunçulardan biri də Kamran Ağayev idi. Rumın çalışdırıcı da məhz “Neftçi” ilə oyunda “çərçivə”ni Kamal Bayramova etibar etmişdi.
Yağışlı hava, prinsipial rəqiblər üz-üzə, tribunalarda 2500 tamaşaçı, saat 14.30... 19-cu dəqiqədə Flavinyonun uzaqdan zərbəsindən sonra “atəşkəs pozulur”. Braziliyalı 33-cü dəqiqədə dublunu rəsmiləşdirir. Rəşad qapı önünə asma edir, Bahodir başla topu Flavinyoya doğru atır və nəzarətsiz qalan “sambaçı” toru silkələyir. Nasimov isə 68 və 80-ci dəqiqədə növbəti qolları rəqib qapısından keçirir. Sonradan meydana çıxan Fəridin son nöqtəni qoyması ilə “Neftçi” “Xəzər Lənkəran” üzərində ən böyükhesablı qələbəsini qazanır...
Hətta matçın videoyazısını izlədikdə belə, heyrətənməmək mümkün deyil. Oyunda olan aqressivlik, rəqabət, azarkeşlərin davranışı... Bir daha “Futbol+”in bu rəqiblərin duelini “böyük oyun” adlandırmasının səbəbsiz olmadığını anlamaq olur. Onu da qeyd edək ki, “İsmət Qayıbov”da gerçəkləşən matçın iştirakçılarından ikisi hazırda həyatda yoxdu. Bunlar “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev və “ağ-yaşıllar”ın üzvü Şəhriyar Xəlilovdu. Hacıyev onsuz da uzun müddət idi ki, xəstəliklə çarpışırdı. Onların hər ikisi iki il öncə vəfat etdi. Hacıyev 59, Xəlilov isə 25 yaşında dünyasını dəyişdi. Bundan başqa, futbolçulardan da bir neçəsi kareyrasını başa vurub.
Sözügedən “böyük oyun” baş hakim Elnur Muradov üçün xoş xatirə kimi yadda qalmayıb. Belə ki, yol verdiyi səhv üzündən o, hakimlikdən getdi. Yadınızdadısa, Muradov Rəşadın Şəhriyara qarşı etdiyi hərəkətə göz yummuşdu. Daha sonra İntizam Komitəsi Abdullayevi cəzalandırdısa, Elnurun hakimlik karyerası da uzun sürmədi.
Mirça Rednikin ölkəmizdəki fəaliyyəti də 0:5-dən sonra çox çəkmədi. Düzdü, rumın mütəxəssis dərhal istefa vermədi. O, komandanı sonrakı matçlara - “Rəvan”, “Simurq” və “İnter”lə (indiki “Keşlə”) görüşlərə də çıxardı. Ancaq ilk iki qarşılaşmada heç-heçə edən komanda sonunculara uduzdu. Məhz “İnter”ə məğlubiyyətdən sonra “Xəzər Lənkəran”ın baş məşqi postunda Rednik dönəmi başa çatdı. Ancaq elə “Neftçi”yə məğlubiyyətdən sonra onun gedəcəyi qaçılmaz idi. “Ağ-qaralar”a biabırçı yenilginin əsas səbəbi isə nə hakim səhvi, nə də başqa bir amil idi. Əsas məsələ komanda daxilindəki parçalanmaydı ki, bu da əzəli rəqiblə dueldə tarixi məğlubiyyətlə nəticələndi.
Matçın iştirakçılarından olan Rəşad Abdullayevin həmin oyunla bağlı xatirələrini öyrəndik: “Bilirsiz ki, mən həm “Neftçi”də, həm də “Xəzər Lənkəran”da oynamışam. Bu iki komandanın duellərində yaşanan ajiotajı başqa hansısa oyunda xatırlamıram. İstər azarkeş, istərsə də həyəcan baxımından tam fərqli bir ab-hava yaşayırdıq. İndiyə qədər də unudulmaz anlar kimi yaddaşımdadı. Dost-tanışla söhbət zamanı da deyirik ki, o derbilər harda qaldı?! Sözügedən matçda isə çox yaxşı oynadıq, 5:0 hesabı ilə qələbə qazandıq. Doğrudan da tarixi qələbə idi. Çünki “böyük oyun”larda elə bir nəticə qeydə alınmamışdı. Düzdü, bütün “böyük oyun”ları ayrı-ayrı xatırlayıram. Lakin “İsmət Qayıbov”da baş tutan görüş daha yaddaqalan alındı. Böyük hesabla qalib gəldik. Deməzdim ki, “Xəzər Lənkəran” tam zəif oynadı. Epizodlara nəzər salsaq, biz 1 və 2 top fərqi ilə öndə olanda onların da imkanları var idi. Sadəcə, həm qapıçımız, həm də müdafiəçilərimiz yaxşı oynadı. Lakin həmin vaxt bizim heyət çox güclü idi. Fərdi keyfiyyəti yüksək olan oyunçularımız vardı. O vaxt hiss olunurdu ki, “Xəzər Lənkəran” dağınıq vəziyyətdədi. Rəqib komandada yarımmüdafiəçi müdafiəçi mövqeyində oynayırdı. Rəqib dağınıq durumda idi və biz də bundan istifadə etdik. “Neftçi”də isə yüksəliş dövrü idi. Səhv etmirəmsə, həmin matçdan bir müddət sonra Mirça Rednik də “Xəzər Lənkəran”dan ayrıldı. Çempionata o cür rəqabət lazımdı. Rəqabət olan yerdə inkişaf olur, futbolçu “artırır”. Ab-hava elə olur ki, meydana yalnız qələbə üçün çıxırsan, əlindən gələni edirsən. Bundan başqa, “Xəzər Lənkəran”ın 4:3 hesablı qələbəsinin qeydə alındığı matçı da xüsusi qeyd edərdim. Belə oyunlar həm çempionata, həm məşqçilərə, həm də futbolçulara çox lazımdı. Futbolçu da özünü futbolçu kimi hiss edir. Ev və səfər oyunu bir-birindən fərqlənir, tribunaların təzyiqi, təsiri rol oynayır”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar