08 noy 21:26olke

Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı

Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı
Saçko isə qələbə qazanmaq istəyini gizlətmədi
Bu gün Poltavada “Vorskla”nın qonağı olacaq “Qarabağ”ın qalib gəlməsi öz əlindədi. Rəqibin, demək olar, bütün cəhətlərdə təmsilçimizdən geri qalması danılmaz faktdı. Qalır meydanda can qoyub, 90 dəqiqəni qələbə ilə başa vurmaq. Bu mənada əsas yük Qurban Qurbanovun üzərinə düşəcək. İlk matçdakı yenilgidən nəticə çıxarıb yetirmələrinə tapşırıqlarını verməli olan təcrübəli çalışdırıcı həm də əvvəlki üç məğlubiyyəti futbolçulara unutdurmalıdı. Qurbanov dünən matçın keçiriləcəyi stadionun konfrans salonunda azərbaycanlı və ukraynalı jurnalistlərin önünə çıxıb. Öncə oyunla bağlı fikirlərini bildirən Qurban bəy daha sonra sualları cavablayıb: "Sabah çətin qarşılaşma olacaq. Çox istərdik ki, dördüncü oyunumuzda yaxşı nəticə əldə edək. Buna yaxşı oyunla nail olmaq istərdik. Ağır olacaq. Çünki "Vorskla” öz meydanında çox güclü oynayır. Futbolçuları maksimum dərəcədə matça hazırlamışıq. İnanıram ki, uşaqlar sabah bütün gücləri ilə mübarizə aparacaq. Oyunun gedişində hamımız diqqətli olmalıyıq. Matçın gedişində bir çox dəyişikliklər ola bilər. Buna hazırlıqlı olmalıyıq”.
- Zədəli futbolçuların durumu necədi?
- Təkcə Ansi Aqolli heyətdə olmayacaq. Maksimlə Donaldın durumu normaldı. Bəlkə də tam hazır deyillər. Amma oynamaq ehtimalları var. Bu amil bizi narahat etmir.
- Bakıdakı matçdan sonra sabahkı görüşə revanş kimi yanaşmaq olarmı? Yoxsa bu hiss futbolçulara mənfi təsir edə bilər?
- Revanş deməzdim. Qrupda dördüncü oyunumuzdu və xalımız yoxdu. Digər komandalar da rəqib olsaydı, yaxşı nəticə üçün çalışacaqdıq. Buna qədər göstərdiyimiz oyun yaxşı nəticə gətirməyib. Bəlkə sabah daha yaxşı oyunla bunu əldə edə bilərik. "Vorskla” üçün də vacib oyundu. Qalib gəlsələr, 6 xalları olacaq və qrupdan çıxmaq şansları yaranacaq. Hər iki komanda üçün maraqlı mübarizə olacaq. Düşünürəm ki, sabah yaxşı oyun izləyəcəksiz.
- Püşkatmadan sonra "Vorskla” "Qarabağ” üçün ən münasib rəqib sayılırdı. Amma Bakıdakı oyunda buna bir qədər kölgə salındı. "Vorskla” yenə "Qarabağ” üçün münasib rəqibdi?
- Münasib dedikdə, onlara qarşı daha yaxşı çıxış etmək olar. Belə rəqibləri heç vaxt özümüzdən üstün saymıram. Nə də aşağı. Ukrayna çempionatı, hər halda, daha güclüdü, ilboyu gərgin mübarizə olur. Bu onların üstünlüyüdü. Amma bizim böyük təcrübəmiz var. Daha güclü çempionatların komandaları ilə oynamışıq və uğurlu nəticələr qazanmışıq. "Vorskla” Bakıda zəif görünə bilərdi. Oyunu təhlil etdik. Onlardan heç nədə geri qalmırdıq. Biz bura yaxşı oyun və uğurlu nəticə üçün gəlmişik. Sabah "Vorskla” yox, başqası ilə qarşılaşsaydıq, yenə eyni cür yanaşacaqdıq. "Vorskla”nın öz oyun üslubu var, onlara böyük hörmətim var. Güclü futbolçuları və özünəməxsus taktikaları var. Amma yaxşı çıxış etmək istəyirik. Alınmasa, bu başqa məsələ. Düşünürəm ki, "Vorskla" sabah ilk görüşdəkindən daha aqressiv çıxış edəcək.
Mətbuat konfransında Qurbanovla yanaşı əyləşən Qara Qarayev də qarşılaşma ilə bağlı düşüncələrini dilə gətirib: “Ev oyunundan sonra rəqib barədə onu deyə bilərəm ki, yaxşı nəticə qazanmağı bacarırlar. Sabah müsbət nəticə qazanmaq güc tələb edəcək. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, daha yaxşı nəticə əldə edə bilərik. İstər millidəki, istərsə də klubdakı qrafikin sıx olması işimizlə bağlıdı. Qrafik nə qədər sıx olsa, daha yaxşıdı. Bunu tez-tez dilə gətirmək bizi daha çox yorur. İşimizin mahiyyətini başa düşürük. Bu fikri yaxın buraxmamağa çalışırıq. Bizim üçün vacib oyun olacaq. Bakıda da rəqibə qarşı istər mental, istərsə də fiziki cəhətdən yaxşı mübarizə aparmışdıq. Düşünürəm ki, sabah daha yaxşı oynayacağıq”.
Rəqibin çalışdırıcısı Vasili Saçko da qaydalara uyğun olaraq oyunöncəsi mətbuat konfransında iştirak edib. Ehtiyatlı danışan Qurbanovdan fərqli, Saçko qələbə qazanmaq istədiklərini gizlətməyib.
- İlk görüşdəki mübarizəni nəzərə alsaq, sabah yenə müdafiə futbolu oynayacaqsız, yoxsa fərqli "Vorskla” görəcəyik?
- Bizim özümüzə görə taktikamız var. Necə lazımdısa, o cür də çıxış edəcəyik. "Qarabağ” çox güclü komandadı. Amma 12-ci oyunçumuz olan azarkeşlərin də dəstəyi ilə qələbə qazanmağa çalışacağıq.
- Bukmeker kontorlarının ehtimallarına nəzər yetirsək, hər kəs "Vorskla”dan qələbə gözləyir...
- Bukmeker kontorunda nə yazılması məni maraqlandırmır. "Qarabağ” güclü komandadı. Biz də meydana qələbə üçün çıxacağıq.
- Bakıda meydana çıxmayan futbolçulardan hansınısa sabah start heyətində görə bilərikmi?
- Zədəsi olmayan futbolçular komanda ilə hazırlaşırlar. Hamısına güvənirəm, kimin iştirak edəcəyinə isə sabah aydınlıq gətirəcəyik.
- Azərbaycana qələbə dalınca getdiyinizi bildirmişdiz. Hədəfiniz yenə eynidi?
- Birinci il deyil ki, işləyirəm. Karyeramın çox da yaxşı olduğunu deyə bilmərəm, hər zaman işlər istədiyin kimi olmur. Sabahkı oyunla bağlı böyük söz demək istəmirəm. Ancaq pis əsgər odu ki, general olmaq istəmir. Müsbət nəticə üçün çıxış edəcəyik. İlk növbədə evdə, doğma azarkeşlər önündə oynayacağıq. Rəqibin baş məşqçisi də öz millisinə rəhbərlik edir. Güclü və ağıllı insandı. Futbolda hər şey mümkündü. Rəqib öz evindəki oyunda daha çox qol imkanları yaratmışdı. Bir qədər şansımızın gətirdiyini deyə bilərəm. Sabah isə uğurlu nəticə üçün hər şeyi edəcəyik.
- Böyük hədəfinizin olmadığını bildirmisiniz. Konkret məqsədiniz nədi?
- Avroliqanın qrupundan çıxmağı qarşımıza məqsəd qoyduğumuzu demirəm. Sabahkı matçdan sonra hər şey öz yerini tutacaq.
- Vaxtilə "Dnepr” "Qarabağ”ın qrupundan çıxaraq, Avroliqanın finalına qədər irəliləmişdi...
- Bəli, həmin oyunları xatırlayıram. "Dnepr” Bakıda qələbə qazanıb, evində uduzmuşdu. Bu gün çempionatımızda "Metallist”, "Dnepr” kimi komandalar çatmır. "Qarabağ”ın oyununu çoxdandı araşdırıram. Azərbaycanda futbol uzun müddətdi inkişafdadı və avrokuboklarda da uğurlu çıxış edirlər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar